Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3482/2022 07.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən evindən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh 03 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən yaşayış evini almışdır. Müqavilədə göstərilmişdir ki, 500 kvm torpaq sahəsində yerləşən 3 otaqdan ibarət yaşayış evi Cavabdeh tərəfindən ona satılmışdır. Qeyd edilən ev notariusun alqı-satqı müqaviləsi əsasında xx.xx.2004-cü il tarixdə 1632 nömrəli qeydiyyat vəsiqəsi ilə adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan İlham və ailə üzvləri evdən köçmüş, o ailəsi ilə birlikdə həmin evi və həyəti təhvil alaraq orada yaşamışdırlar. xx.xx.2022-ci il tarixdə İmişli regional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş arayışla məlum olmuşdur ki, ona məxsus evdə ailə üzvü olmayan 16 il əvvəl evi ona satıb başqa yerə köçmüş Cavabdeh qeydiyyatdadır. Cavabdehin qeydiyyatdan çıxarılması üçün İmişli RPŞ-yə müraciət etmiş, lakin ordan ona bildirmişdilər ki, yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi və yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə qətnaməsi olsa, həmin vətəndaşı qeydiyyatdan çıxara bilərlər. Ona görə də xüsusi mülkiyyətində olan İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən evindən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi və yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən 3 (üç) otaqdan ibarət, mişar daşından tikilmiş, ümumi sahəsi 158.9 kv.m əsas, yaşayış sahəsi 77.9 kv.m İddiaçı adına mülkiyyət hüquqi əsasında qeydə alınmışdır. İş materiallarında olan 03 fevral 2004-cü il tarixli, 199671 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən fərdi yaşayış evin İddiaçı satmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən evdə qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, evin iddiaçının mülkiyyətində olması, Cavabdeh isə evdə qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşamaması sübuta yetirilir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mənzilin üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 15 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Cavabdehlərin yaşamadıqları halda evdə pasport qeydiyyatında qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına səbəb olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Sübutların məcmusuna qiymət verib, məhkəmə cavabdehlərin həmin ünvanda yaşamamasını, həmin evdə qeydiyyatlarının formal olmasını nəzərə alıb, onların İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən evə olan istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən evə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3482/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3482/2022
07.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver