Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-417/2024 19.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Cavabdeh iştirak ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsində yerləşən ümumi sahəsi 106.3 kvm sahəsi 0.012 ha olan qeyri yaşayış binasına DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 20 sentyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli MA ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh onun qohumudur. Bir neçə il bundan əvvəl o, işlərini həll etməsi üçün cavabdehə etibarnamə vermişdir. Cavadeh də onun ona olan etibarından istifadə edərək ona veridiyi etibarnamə əsasında ona məxsus obyekti qanunsuz olaraq öz adına rəsmləşdirmişdir. Belə ki, o, ona məxsus qeyri yaşayış sahəsinə 20 sentyabr 2011-ci ildə öz adına ********** qeydiyyat nömrəli MA ******* saylı Çıxarışı almışdır. Onun həmin qeyri yaşayış sahəsinin cavabdeh tərəfindən öz adına sənədləşməsindən xəbəri olmayıb və həmçinin qeyd edir ki, o, həmin qeyri yaşayış sahəsinin cavabdehin adına sənədləşməsinə razılıq verməmişdir. Belə bir sənədin olmasını o, indi bilmişdir. Hazırda cavabdeh qeyri qanuni olaraq sənədləşdirdiyi əmlakı vermir. Ona görədə məhkəməyə müraciət etməli olmuşdur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarının ləğv edilməsini və torpaqların alqı-satqısına dair akt etibarsız edilməsini, İmişli şəhəri Məşədi Əzizbəyov küçəsində yerləşən 0.012 ha torpaq sahəsində inşa edilmiş 106.3 kv.metrdən ibarət tikili üzərində Daşınmaz Əmlak Reyestrinə daxil edilən ********** nömrəli reyestr qeydiyyatın ləğv edilməsini, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış və seriya MA, № ******* nömrəli blank etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair məhkəmə iclasını onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: İddiaçı ona qarşı “Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmənin icraatındadır. O, iddiaya qarşı aşağıdakı qaydada etiraz edir. Belə ki, iddiaçı öz iddia tələbində İmişli şəhəri, M.Əzizbəyov (indiki N.Savalanov) küçəsində yerləşən ümumi sahəsi 0.012 ha olan qeyri-yaşayış binasının DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən onun adına verilmiş 20 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli MA ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiaçının iddia tələbi ilə razı deyildir. İddiaçı həmin iddianı qaldırmağa hüquqi əsası yoxdur. O, iddia ərizəsində onun mülkiyyət sənədlərinin ləğv edilməsinin ona nə kimi aidiyyəti olmasını, həmin sənədlər alınarkən onun hansı hüquqlarının pozulmasını göstərməmişdir. Qanuna görə onun belə bir iddia qaldırmaq hüququ yoxdur. Nəzərə çatdırır ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış binasının iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin qeyri-yaşayış binasını özü almışdır. Qeyri-yaşayış binasının ilkin sənədləri də özünə məxsusdur. Yəni həmin bina heç vaxt iddiaçının mülkiyyətində olmayıb, o da öz adına rəsmləşdirmişdir. Keçən məhkəmə iclasında bütün sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən iddianın tamamilə əsassız olması bir daha öz tasdiqini tapır. Bütün qanunlar iddiaçının tələbinin əleyhinədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehi dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, İmişli şəhəri, M.Əzizbəyov (indiki N.Savalanov) küçəsində yerləşən ümumi sahəsi 0.012 ha olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətinə verilmişdir; İş materiallarına əlavə edilmiş **********36-06301 saylı xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, İmişli şəhəri, M.Əzizbəyov küçəsi 100 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adınadır; İş materiallarına əlavə edilmiş İmişli rayonu İcra Hakimiyyətinin 131 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ilə qərara alınmışdır ki, Cavabdeh müraciəti nəzərə alınsın və ona şəhərin M.Əzizbəyov küçəsinin qurtaracağında maşın yuyucu sexinin tikintisi məqsədi ilə ayrılmış 120 kv.m torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilsin. Tikinti işlərinə obyektin layihəsi və mühəndis-kommunikasiya pasportu Yanıb Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlansın. Cavabdeh tapşırılsın ki, obyektin tikintisi aparılarkən qanunla müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etsin. Sərəncamın icrasına nəzarət rayonun baş memarına həvalə edilsin; İş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 05 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün Cavabdeh xüsusi mülkiyyətinə 120kv.m torpaq sahəsi verilmişdir; İş materiallarına əlavə edilmiş rəyin surətindən görünür ki, İmişli şəhəri, M.Əzizbəyov küçəsinin sağ hissəsində yerləşən, ümumi tikintialtı sahəsi 120.0 kv. metr olan Cavabdeh məxsus qeyri-yaşayış binası tikinti tələblərinə cavab verir və şəhərin ümumi arxitektura planına uyğundur; İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli 158 saylı rəyin surətindən görünür ki, Cavabdeh icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsi 120 kv.m. olmaqla İmişli bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi şərti yararsız olmaqla həmin məqsəd üçün icarəyə verilməsi qanuna müvafiqdir; İş materiallarına əlavə edilmiş İmişli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh İmişli şəhəri, M.Əzizbəyov küçəsinin sağ tərəfində maşın yuyucu sexinin istifadəsi üçün bələdiyyənin torpağından 120 kv.m. torpaq sahəsi verilmişdir; İş materiallarına əlavə edilmiş torpaqların alq-satqısına dair xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, bələdiyyə ərazisindən Cavabdeh İmişli şəhəri, M.Əzizbəyov küçəsindən 120 kv.m. torpaq sahəsi verilmiş və 2040.000 (iki milyon qırx min) manat haqq ödənilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İmişli bələdiyyəsinin hesabına 2040.000 (iki milyon qırx min) manat ödənilmişdir; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı bir neçə bir-biri ilə əlaqə olmayan iddia tələbini bir iddia ərizəsində birləşdirmişdir. İddiaçı hazırki iddia tələbi ilə Cavabdeh adına verilmiş MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsini tələb etsə də, həmin çıxarış inzibati akt hesab edilən – İmiş Bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 05 saylı qərarı və İmişli rayonu İcra Hakimiyyətinin 131 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı əsasında qeydiyyata alınmış mülkiyyət hüququ əsasında verildiyi üçün hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, göründüyü kimi iddiaçı Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Buna görə də, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən: İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) iddiaçıya qaytarılsın. İddiaçı müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-417/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-417/2024
19.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver