Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-496/2021 23.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin dügün olmaması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1961-ci il tarixdə tərtib olunmuş 543 nömrəli doğum haqqında akt qeydində adının “Kamilə”-dən “Kəmalə”-yə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili X2 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə İmişli şəhərində anadan olmuş, atası X4, anası isə X3r. Ərizəçinin xx xxxxxx 1961-ci il tarixdə doğum aktı yazılanda adı səhvən Kamilə kimi qeyd olunmuş, adının Kamilədən Kəmaləyə düzəliş edilməsi barədə qeydiyyat şöbəsinə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəlişlər edilməsindən imtina etmişdir. Hazırda bu uyğunsuzluqlara görə bəzi sənədləşmə işlərində problemlər yaranır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli rəydən görünür ki, Maraqlı şəxs Ərizəçi adının “Kamilə”-dən “Kəmalə”-yə düzəliş edilməsindən imtina etmişdir. İş materiallarından görünür ki, ərizəçiyə məxsus şəxs şəxsiyyət vəsiqəsində, ümumvətəndaşlıq pasportunda, orta təhsil haqqında attestatında, nikahın pozulması haqqında şəhadətnamədə və digər sənədlərində adı Kəmalə kimi qeyd olunsa da koğum akt qeydində adı səhvən Kamilə kimi qeyd olunmuşdur, bu uyğunsuzluğa görə ərizəçi bəzi sənədləşdirmə işlərini apara bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi İmişli rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1961-ci il tarixdə tərtib olunmuş 543 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində Kamilə kimi qeyd edilməsinin düzgün olmaması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi məxsus, İmişli rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1961-ci il tarixdə tərtib olunmuş 543 nömrəli doğum akt qeydində ərizəçinin adının Kamilə kimi qeyd edilməsinin düzgün olmaması faktı müəyyən edilsin. Qətnamə həmin akt qeydinə düzəliş edilməklə ərizəçinin adının Kəmalə kimi qeyd edilməsinə əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-496/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-496/2021
23.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver