Məhkəmə qərarları › İş №2(036)-58/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-58/2025

08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-58/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1nun və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “birgə mülkiyətdə olan torpaq sahəsindəki payın naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “birgə mülkiyətdə olan torpaq sahəsindəki payın naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və iddiaçının birgə mülkiyyətində olan İmişli rayonu, Məzrəli kəndində yerləşən və “Torpağa mülkiyyət hüququna dair JN-313 KOD 90710005 nömrəli Dövlət Aktı ilə verilmiş 4,24 ha çöl pay torpaq sahəsindən payının naturada müəyyən edilib ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı ailə üzvlərinə ona və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İmişli rayonu, Məzrəli kəndində Torpağa mülkiyyət hüququna dair JN-313 KOD 90710005 nömrəli Dövlət Aktı ilə 4,24 ha çöl pay torpaq sahəsi verilmişdir. Sonradan o, Beyləqan rayonu, Əhmədli kəndinə köçüb ailə qurmuş və orada yaşayır. Həmin vaxtdan torpaq sahəsindən cavabdehlər istifadə edirlər. Cavabdehlər ona islahat zamanı ayrılmış torpaq payını vermirlər, onu torpaq sahəsinə buraxmırlar. O, aidiyyəti orqanlara müraciət etmiş, ona demişlər ki, torpaq payının ayrılıb verilməsi üçün məhkəməyə müraciət edilməlidir. Torpaq islahatı haqqında Qanunun tələblərinə əsasən o da qanuni sənədlə ailəsinə verilmiş birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisidir və islahat zamanı adambaşına torpaq payı nəzərdə tutulmuşdur. Ona görə də birgə mülkiyyətdə olan ümumi torpaq sahəsindəki, payına, yəni torpaq sahəsinin 1/11 hissəsinə mülkiyyət hüququ vardır. Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda yaranır. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Lakin cavabdehlər onunla razılaşmırlar. Həmin 220.2ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının tələb edə bilər. Mübahisəyə görə bölgü məhkəmə yolu ilə aparılmalıdır. Göstərilənlərə əsasən onun birgə mülkiyyətdə olan torpaq sahəsindəki payının müəyyən edilib naturada ayrılıb ona verilməlidir. Buna dair dövlət qeydiyyatı apartdırmaq istəyir ki, onun üzərində sərəncam vermək hüququ olsun. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı torpaq sahəsindən payının ayrılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh6 izahatında bildirdi ki, İddiaçı torpaq sahəsindən payının ayrılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 793508 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə İddiaçı arasında nikah 28 noyabr 2012-ci il tarixdə Beyləqan rayon İHB-nın Əhmədli kənd icra nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan JN 0313 kod 90710005 saylı Torpağa mülkiyyət hüququna dair aktın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh7, Cavabdeh8, X4 və Cavabdeh9 4,24 hektar torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2025-ci il tarixli 10/973 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

1. JN-313 KOD90710005 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tərəflərə məxsus İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən 4.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları naturada müəyyən edilmişdir.

2. JN-313 KOD90710005 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tərəflərə məxsus İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən 4.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11 nəfərdən ibarət torpaq mülkiyyətçilərinin hər birinə çatası payların bərabər hissədə (4.24 ha: 11= 0.3855 ha) naturada ayrılması mümkündür.

3. Qeyd olunan torpaq sahəsindən İddiaçı ona çatası 0.3855 ha olan torpaq sahəsinə iddia etdiyi üçün naturada həmin ərazinin hüdudlarının döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN 0313 saylı Dövlət Aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu, Məzrəli kəndində yerləşən 4,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/11 hissəsi (0.3855 ha) naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərdən 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q ƏT E T D İ :

İddia tələbi təmin edilsin. JN 0313 saylı Dövlət Aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu, Məzrəli kəndində yerləşən 4,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/11 hissəsi (0.3855 ha) naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınıb iddiaçıya ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN: **********; MüxbirhesAz 41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar