Məhkəmə qərarları › İş №2(036)-750/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-750/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-750/2024 30.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların himayədə saxlanılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın himayədə saxlanılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli 329 saylı nikah akt qeydinin pozulması və birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 boşanmadan sonra onun himayəsində saxlanması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2006-cı ildə faktiki surətdə evlənmiş və nikahları xx.xx.2006-cı il tarixdə rəsmi qaydada qeydə alınmışdır.Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 adında uşaqları olmuş və münasibətləri pozulduqundan birdəfəlik ayrılmışlar.Cavabdeh ilə aralarındakı ər-arvad münasibətlərin bundan sonra bərpa olunması mümkün deyil.Ona görə də, Cavabdeh ilə aralarında olan nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 boşanmadan sonra onun himayəsində saxlanması barədə iddia qaldırmışdır. İşdə olan AZ-İ №238420 saylı «nikah haqqında şəhadətnamə»yə əsasən İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İİ №465687 «doğum şəhadətnaməsi»nin surətinə əsasən Cavabdeh doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 Sakit Hüseyn oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında razılıq olmadıqda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasındakı ər-arvad münasibətlərinin bundan sonra bərpası mümkün olmadıqından aralarında bağlanmış xx.xx.2006-cı il tarixli rəsmi nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçının yanında qalmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216- 220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli 329 saylı nikah akt qeydi pozulsun. Boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçı yanında qalsın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar