Məhkəmə qərarları › İş №e-2(001)-3638/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3638/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3638/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı və cavabdeh arasında xx.xx.2013-cü 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 378 saylı qeydlə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü ildə ailə qurmuş və bu nikah faktı nikah şəhadətnaməsi ilə təsdiq olunmuşdur.Nikahın bağlanması barədə Bakı şəhəri, 1 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 378 saylı qeydlə xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat apararaq AZ-İ №855454 saylı Nikah haqqında Şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Abdullazadə AliSamin oğlu adlı övladları dünyaya gəlmişdir. Bu haqda 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2462 saylı qeydlə 05 iyul 2014-cü il tarixli doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılaraq AZ-İİİ №346357 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Nikah bağlanandan sonra cavabdehlə birgə yaşayış zamanı məlum olmuş ki, onunların xasiyyətləri tamamilə bir-birinə ziddir. Artıq ailə faktiki olaraq mövcud deyildir. Cavabdeh özü də nikahın pozulmasına və uşağın iddiaçının himayəsində saxlanılmasına razıdır və bu haqda Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli MŞB-6-00730 saylı Barışıq sazişi imzalanmışdır. Aşağıdakı göstərilən əsaslara görə hesab edirik ki, iddiaçı - İddiaçı Cavabdeh arasında xx.xx.2013cü 1 saylı Bakı “Asan”xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 378 saylı qeydlə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması barədə qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddianı müdafiə edir, nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, iddiaçı tərəfindən onun notarial qaydada təsdiq edilmiş ərizəsi məhkəməyə təqdim edilmişdir. Həmin ərizədə Cavabdeh nikahın pozulmasına dair məhkəmə işinə baxılmasına etiraz etmədiyini bildirmişdir. Tədqiq edilmiş sübutlar:

5. 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin AZ-İ seriyalı, 855454 saylı nikah haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2013-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 378№ ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.

6. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixində doğulmuşdur.

7. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixində Bakı şəhərində doğulmuşdur.

8. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 346357 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. İş materiallarında olan birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh arasında mediasiya prosesində bağlanan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: - Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh xx.xx.2013-cü il tarixli nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar. - Tərəflər razılığa gəlirlər ki, birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X4 anası İddiaçı himayəsində qalır. - Tərəflər razılığa gəlirlər ki, Cavabdeh heç bir maneə olmadan X4 ilə ünsiyyətdə ola bilər və İddiaçı buna maneə yaratmayacağı öhdəliyini öz üzərinə götürür. - İddiaçı X1 üçün Cavabdeh qarşı aliment tələbi yoxdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Cavabdeh ilə X3 arasında xx.xx.2013-cü il tarixində nikah bağlanmış, nikah bağlanandan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.

11. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur.

12. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanılan barışıq sazişi ilə uşağın yaşayış yeri və aliment məsələsi həll edilmiş və hər iki tərəf nikahın pozulmasına razıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

15. 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

16. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

17. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

18. Beləliklə, məhkəmə yuxarıda sadalanan normalara əsaslanaraq, tərəflərin nikahın pozulmasında qarşılıqlı razılığını, uşağın yaşayış yeri və alimentlə bağlı tərəflər arasında razılıq olduğunu (Mediasiya prosesi zamanı barışıq sazişi bağlanmışdır) nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Tətbiq edilən prosessual normalar:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

23. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Nəticə:

24. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 378 № ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından doğulan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməlidir.

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 378 № ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar