Məhkəmə qərarları › İş №2(036)-84/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-84/2021

23.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-84/2021 23.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, ərizəçilər Ərizəçi və Aslanov Vidadi Zöhrab oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi və Aslanov Vidadi Zöhrab oğlunun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydin düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi və Aslanov Vidadi Zöhrab oğlu ərizə ilə məhkəməyə müraciət edərək X1 doğum haqqında akt qeydində doğum tarixinin xx xxxx 2005-ci il yazılmasının düzgün olmamasının müəyyən edilməsi, həmin akta düzəliş edilib onun doğum tarixinin xx xxxx 2001-ci ildə İmişli rayonunun Kürdmahmudlu kəndində doğulması yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçilər 2000-ci ildə qeyri-rəsmi nikah münasibətinə girərək evlənmişlər, nikahlarını isə xx xxxxxx 2008-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx xxxx 2001-ci ildə Nigar və xx xxxxxx 2003-cü ildə Nicat adlı uşaqları doğulmuşdur. Onlar fermada yaşadıqları üçün qızları Nigara vaxtında doğum şəhadətnaməsi götürə bilməmişdirlər. Sonradan onun sənədi üçün müraciət edəndə doğum tarixini xx xxxx 2005-ci il kimi qeyd etmişlər. Lakin Nigarın hazırda 18 yaşı var, fiziki cəhətdən baxanda da bu aşkar bilinir. Qeydiyyat şöbəsi doğum haqqında akt qeydində doğum tarixinin düzəldilməsindən imtina etmişdir. O, doğum haqqında akt qeydini başqa yolla düzəldə bilmir. Ona görə də doğum haqqında akt qeydində doğum tarixinin xx xxxx 2005-ci il yazılmasının düzgün olmamasının müəyyən edilməsi, həmin akta düzəliş edilib onun doğum tarixinin xx xxxx 2001-ci il yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi və Aslanov Vidadi Zöhrab oğlu məhkəmə iclasında ərizəyə uyğun izahat verib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İşə əlavə edilmiş Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, “X3 Zöhrab oğlu xx xxxx 2005-ci ildə vətəndaş Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir”. İşə əlavə edilmiş AZ-İİ 095079 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 2005-ci il tarixdə İmişli şəhərində doğulmuş, atası Aslanov Vidadi Zöhrab oğlu, anası isə Ərizəçidır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 603 saylı rəyindən görünür ki, X1 müəyyən edilmiş sümük yaşı 18-19 yaş ilə uyğun gəlir, xx xxxx 2001-ci il tarixdə anadan olması inkar olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 603 saylı rəyi ilə razılaşmır ona görə ki, həmin rəydə X1 müəyyən edilmiş sümük yaşı 18-19 yaş ilə uyğun gəldiyi göstərilsə də, iş materiallarında olan sənədlərlə yanaşı açıq məhkəmə iclasında iştirak etmiş X1 müşahidə olunan fiziki və zahiri görünüşü də onun AZ-İİ 095079 nömrəli doğum haqqında şəhadətnamədə qeyd olunmuş tarixdə, yəni xx xxxx 2005-ci il tarixdə doğulmasına dəlalət verir. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.11-ci maddəsinin tələbinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüququ əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi doğum akt qeydinin düzgün olmamasına dair yetərli subutlar olmadığından və məhkəmə iclası zamanı ərizəçilərin verdiyi izahatı və ekspert rəyi inandırıcı deyildir, ona görə də ərizə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı məddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar