Məhkəmə qərarları › İş №2(036)-865/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-865/2023

07.03.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-865/2023 07.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək İmişli Rayon Mənzil İstehsalat Sahəsinin ümumilikdə 9627.92 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs İmişli Rayon Mənzil İstehsalat Sahəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna 167.35 manat və Dövlət Sosial Müdafiə Fonduna 9460.57 manat olmaqla, ümumilikdə 9627.92 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcun beş gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixli **********919900 nömrəli və xx.xx.2021-ci il tarixli **********471900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Vergi ödəyicisi olan hüquqi şəxs İmişli Rayon Mənzil İstehsalat Sahəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna 167.35 manat və Dövlət Sosial Müdafiə Fonduna 9460.57 manat olmaqla, ümumilikdə 9627.92 manat məbləğində borcu yaranmışdır.

4. Yaranmış borcun beş gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********919900 nömrəli və xx.xx.2021-ci il tarixli **********471900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 82 nömrəli əmrinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli Mənzil Kommunal X1 yaradılması barədə xx.xx.2020-ci il tarixli 82 nömrəli sərəncamının icrası təmin etmək üçün Maraqlı şəxs İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir.

6. Maraqlı şəxs tərəfindən ərizəyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə ünvanlayaraq işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılıb, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

11. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

12. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir.

13. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir.

14. Maddə 77.1. Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

15. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

16. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Mülki Prosessual Məcəllə

17. Maddə 305.1.12. Məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır.

18. Maddə 355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

19. Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

20. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

21. Maddə 355-7.6. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək, müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

22. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir.

23. Belə ki, iş materialları ilə müəyyən olur ki, Vergi ödəyicisi olan hüquqi şəxs İmişli Rayon Mənzil İstehsalat Sahəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna 167.35 manat və Dövlət Sosial Müdafiə Fonduna 9460.57 manat olmaqla, ümumilikdə 9627.92 manat məbləğində borcu yaranmışdır.

24. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 82 nömrəli əmrinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli Mənzil Kommunal X1 yaradılması barədə xx.xx.2020-ci il tarixli 82 nömrəli sərəncamının icrası təmin etmək üçün Maraqlı şəxs İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir.

25. Mülki Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1, 14.1, 88-ci maddələri).

26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

27. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

28. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

29. Göründüyü kimi, vergi ödəyicisi olan İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış vergilər üzrə borcların ödənilməsini təmin etmək üçün ərizəçi hüquqi şəxs olan İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli əmrinə əsasən Maraqlı şəxs İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilmişdir.

30. Maraqlı şəxs hüquqi şəxsin rəisi vəzifəsindən azad edildiyindən və hazırkı halda hüquqi şəxsin rəhbəri olmadığından, idarənin borcuna görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz.

31. Ona görə də ərizə əsassız hesab edilib təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar