Məhkəmə qərarları › İş №2(036)-911/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-911/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-911/2024 11.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İmişli Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı İmişli şəhəri, P.Həsənov küçəsi 126 saylı ünvanda 0,06 ha torpaq sahəsi üzərində yerləşən vəsiyyətnamə ilə iddiaçıya məxsus olan evə enerji təchizatının verilməsinin dayandırılması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı İmişli şəhəri, P.Həsənov küçəsi 126 saylı ünvanda 0,06 ha torpaq sahəsi üzərində yerləşən vəsiyyətnamə ilə iddiaçıya məxsus olan evə enerji təchizatının verilməsinin dayandırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı İmişli şəhəri, P.Həsənov küçəsi 126 saylı ünvanda 0,06 ha torpaq sahəsi üzərində yerləşən vəsiyyətnamə ilə iddiaçıya məxsus olan evə enerji təchizatının verilməsinin dayandırılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar