Məhkəmə qərarları › İş №2(036)-922/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-922/2021

31.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-922/2021 31.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktı qeydinin düzgün olmaması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək dayısı X10 İmşli rayon Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxxxx 1954-cü il tarixdə 642 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydinin və anası X4 Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxxx 1953-cü ildə tarixdə 292 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydlərinin düzgün olmaması faktının müəyyən edilməsi və qeyd olunan akt qeydlərində düzəliş edilərək həmin akt qeydlərində ana qrafalarında Gülüstan Tağıyevanın ata adının Əsəd kimi qeyd olunması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, dayısı X18 və həmçinin onun həyat yoldaşıda vəfat etmiş övladları olmamışdır. Bir sözlə dayısının ondan başqa heç kimi olmamış onu özünə övlad kimi götürüb saxlamış ölümündən əvvəl bütün əmlakını ona vəsiyyət etmişdir. Lakin hazırda o, həmin vəsiyyətnamədən istifafə edə bilmir. Belə ki, dayısının doğum haqqında akt qeydində ana qrafasında anası, yəni onun nənəsi Gülüstan Tağıyevanın ata adı Əsəd əvəzinə səhvən Mehralı kimi qeyd olunmuşdur. Bundan əlavə, anası X4 da doğum haqqında akt qeydində ana qrafasında anası, yəni onun nənəsi Gülüstan Tağıyevanın ata adı Əsəd əvəzində səhvən Həsənalı kimi qeyd olunmuşdur. Qeyd olunan yalnışlıqlara görə dayısı X10 ona verdiyi vəsiyyətnamədən istifadə edə bilmir. Həmin yalnışlıqları aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydlərində düzəlişlərin edilməsindən imtina etmişdir. Ona görə də bu faktın təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxx 1940-cı ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olmuşdur. X5, anası X2r. İşdə olan arayışdan görünür ki, X13 xx xxxxxx 1936-cı ildə İmişli şəhərində anadan olmuşdur. X5, anası X1r. İşdə olan arayışdan görünür ki, X6 xx xxxxxx 2014-cü il tarixdə İmişli şəhərində qaraciyər serrozu nəticəsində ölmüşdür. İşdə olan arayışdan görünür ki, X14 xx xxxxxx 2017-ci il tarixdə İmişli şəhərində ağciyər ödemi nəticəsində ölmüşdür. İş materiallarında olan fərdi uçot kartoçkasından görünür ki, X6 xx xxx 1916-cı ildə İmişli rayonunun Gövhərli kəndində anadan olmuşdur. X28 anası Gülüstan Mehralıyeva olmuşdur. İş materiallarından olan vəsiyyətnamədən görünür ki, İmişli şəhər N.ünvan 1-də yaşayan X18 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus İmişli şəhər N.ünvan 1 ünvanında yerləşən Fərdi yaşayış evini həyətyani torpaq sahəsi ilə birlikdə Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş dayısı mərhum X10 öldüyü günədək İmişli şəhər, N.ünvan 1-də qeydiyyatda olmuş və faktiki yaşamışdır. Ərizəçi dayısı X10 ölümündən sonra mərhumun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmişdir. İş materiallarında olan arayışdan görünür ki, X18 ilə X16 arasında nikah xx xxxxxx 1966-cı il tarixdə Maraqlı şəxs tərəfindən bağlanmış və həmin nikah 05 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Tağıyeva” soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X7 ilə X13 arasında nikah xx xxxxx 1953-cü il tarixdə Maraqlı şəxs tərəfindən bağlanmış və həmin nikah 28 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Quliyeva” soyadı verilmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxxxx 2008-ci il tarixdə İmişli şəhərində beyinə qansızma nəticəsində ölmüşdür. Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, Maraqlı şəxs tərəfindən xx xxxxx 1953-cü il, xx xxxxxx 1954-cü il tarixdə tərtib olunmuş doğum haqqında 292 və 642 saylı akt qeydlərinin ananın ata adının Mehralı və Həsənalıdan Əsəd-ə düzəliş edilməsindən imtina olunmuşdur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 339.1-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X10 İmşli rayon Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxxxx 1954-cü il tarixdə 642 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydinin və X4 Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxxx 1953-cü ildə tarixdə 292 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydlərinin düzgün olmaması faktı müəyyən edilməli və qeyd olunan akt qeydlərində düzəliş edilərək həmin akt qeydlərində ana qrafalarında Gülüstan Tağıyevanın ata adı Əsəd kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X10 İmşli rayon Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxxxx 1954-cü il tarixdə 642 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydinin və X4 Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxxx 1953-cü ildə tarixdə 292 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydlərinin düzgün olmaması faktı müəyyən edilsin və qeyd olunan akt qeydlərinə düzəliş edilərək həmin akt qeydlərində ana qrafalarında Gülüstan Tağıyevanın ata adı Əsəd kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar