Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-929/2023 27.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış hüququnu itirmiş hesab edilməsi və həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzili alaraq Dövlət reyestrində qeydiyyata aldırmışdır. Bu barədə ona xx.xx.2020-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05-05101-093039 reyestr nömrəli Çıxarış və 7768 inventar nömrəli texniki pasport verilmişdir. 29 iyun 2020-ci il tarixdə İmişli regional “ASAN xidmət” mərkəzindən arayış alarkən ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mənzilində qeydiyyatdadır. Cavabdehlər onun ailə üzvləri deyil və onun evində yaşamırlar.
3. AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzilini 15000 manat qiymətinə İddiaçı satmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzilin hüquq subyekti İddiaçıdur.
5. Hüquqlarının qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05-05101-093039 reyestr nömrəli Çıxarışa əsasən İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
6. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzildə qeydiyyatdadır.
7. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
14. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzilini 15000 manat qiymətinə İddiaçı satmış, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyat yazısı ləğv edilərk 19 mart 2020-ci il tarixdə İddiaçı adına Dövlət qeydiyyatına alınmış və bu barədə ona hüquqlarının qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05-05101-093039 reyestr nömrəli Çıxarış verilmişdir.
24. Məhkəmə hesab edir ki, İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzilin Cavabdeh2 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilməklə həmin mənzilə mülkiyyət hüququnu itirdiyindən və həmin mənzilə başqa şəxs tərəfindən mülkiyyət hüququnu əldə edildiyindən onun həmin mənzildən istifadə hüququ da itirilmiş hesab edilməlidir.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
26. Cavabdehlərin faktiki olduqları yeri üzrə yaşadıqları mənzildə deyil, iddiaçıya məxsus mənzildə yaşamadıqları halda formal olaraq pasport qeydiyyatında qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı iddiaçının mülkiyyət, sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirməsini məhdudlaşdırır.
27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
28. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
29. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».
30. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Beləliklə məhkəmə işin faktiki hallarına əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
33. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi ev 13-də yerləşən 36 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev