Məhkəmə qərarları › İş №2(036)-969/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-969/2021

19.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-969/2021 19.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Sarıxanlı və Buludlu kəndləri üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxx 2004-cü il tarixli 45 nömrəli doğum haqqında akt qeydində qızı X2 doğum akt qeydində Qululu yazılmasının düzgün olmaması faktının müəyyən edilməsi və onun doğum akt qeydində soyadının Səyyaflı kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Xalidə Səyyaflı onun qızıdır. Xalidənin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində, ümumi orta təhsil haqqında attestatında və digər bütün sənədlərində soyadı Səyyaflı kimi qeyd olunmuşdur. Yeni şəxsiyyət vəsiqəsi almaq istədikdə məlum olmuşdur ki, onun doğum akt qeydində soyadı Qululu kimi yazılıb. Həmin yalnışlıqların aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəlişlər edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan AZ-İ 416862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2003-cü il tarixdə İmişli rayonunun Buludlu kəndində doğulmuş, atası Ərizəçi, anası X9r. İş materiallarından görünür ki, İmişli rayon Sarıxanlı və Buludlu kəndləri üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxx 2004-cü il tarixli 45 nömrəli doğum haqqında akt qeydində aktın aid olduğu şəxs kimi göstərilmiş X7 AZE 12248045 seriyalı şəxsiyyət vəsiqəsində, CN 273178 saylı ümumi orta təhsil haqqında attestatında, AZ-İ 416862 saylı doğum haqqında şəhadətnaməsində və digər sənədlərində adı, soyadı və ata adı X5 qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş rəydən görünür ki, İmişli rayonunun Sarıxanlı və Buludlu kəndləri üzrə İcra nümayəndəliyi tərəfindən xx xxx 2004-cü il tarixdə tərtib olunmuş 45 nömrəli doğum haqqında akt qeydində X3 “Qululu”-dan “Səyyaflı”-ya düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, İmişli rayonu Sarıxanlı və Buludlu kəndləri üzrə icra nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxx 2004-cü il tarixli 45 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində X1 Qululu kimi qeyd edilməsinin düzgün olmaması faktı müəyyən edilməli, həmin doğum akt qeydinə düzəliş edilərək Səyyaflı soyadı qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. İmişli rayonu Sarıxanlı və Buludlu kəndləri üzrə icra nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxx 2004-cü il tarixli 45 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində X1 Qululu kimi qeyd edilməsinin düzgün olmaması faktı müəyyən edilsin. Həmin doğum akt qeydinə düzəliş edilərək soyadı Səyyaflı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar