Məhkəmə qərarları › İş №2(036)-981/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-981/2024

17.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-981/2024 17.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları X1 və X2 ilə birlikdə onların mülkiyyətlərində olan İmişli şəhəri, H.Aslanov küçəsi, ev 18, mənzil 6 ünvanında yaşayış hüququnun itirilmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq hesab edir ki, tərəflərin iştirakı olmadan işə baxılması qeyri-mümkündür və bu səbəbdən də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında "xxxx" ASC-nin ödəmə terminalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də, həmin dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında "xxxx" ASC-nin ödəmə terminalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar