Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1005/2021 22.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçı/cavabdehlər İddiaçı1, İddiaçı2 (X8), X22 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 cavabdeh/iddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasına və cavabdeh/iddiaçı Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçı/cavabdehlər İddiaçı1, İddiaçı2 (X8), X22 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı/cavabdehlər İddiaçı1, İddiaçı2 (X8), X22 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X4 miras qalan, İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin, habelə “Volkswagen Bora” minik markalı,** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin və mirasın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda cavabdeh/iddiaçı Səmədova (Qəribova) Mələk Akif qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalan, İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakın onun tərəfindən qəbul edilməsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən və digər miras əmlakdan payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı/cavabdehlər tələbi onunla əsaslandırmışlar ki, X17 18.12.2020-ci il tarixdə analarından boşanaraq, Qəbələ rayon sakini olmuş Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Atalarının ikinci nikahından övladı olmamışdır. Lakin ataları analarından ayrılsa da onlardan atalıq qayğısını əsirgəməmiş, vəfat etdiyi günədək imkanı daxilində onlara maddi və mənəvi dəstək olmuşdur. Atalarının sağlığında özünə məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili və idarə etmək hüququnu etibarnamə əsasında İddiaçı1 etibar etmiş və həmin avtomobil hazırkı vaxtadək daimi onun istifadəsində olmuşdur. X17 18.12.2020-ci il tarixdə Covid-19 virusuna yoluxması səbəbindən vəfat etmişdir. Atalarının bütün dəfn və hüzr xərclərini onlar çəkmişlər. Atalarının vəfatından bir neçə gün sonra onlar İsmayıllı notariat ofisinə mirasın qəbul edilməsi barədə müraciət etmiş, bu barədə notariat ofisində qeydiyyat aparılmış lakin hazırkı vaxtadək onlara heç bir cavab verilməmişdir.Buna baxmayaraq hazırda onlar sözügedən evdə yaşayaraq mirası eyni vaxta faktiki qəbul etmişlər. Eyni zamanda Türkiyə respublikasında yaşayan bacıları da atalarının dəfninə pandemiya ilə əlaqədar gələ bilməmişlər, lakin mirasın qəbulu ilə bağlı niyətlərini bildirməklə digər bacılarına etibarnamə vermişlər. Bildirirlər ki, atalarından İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaq, 1 böyük zal, 1 mətbəx və 1 sanuzeldən ibarət fərdi yaşayış evi, “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili və digər ev məişət əşyaları miras qalmışdır. Mübahisələndirilən hər iki miras əmlak cavabdehlə evlənməmişdən əvvəl atalarına məxsus olmuş, cavabdeh isə həmin əmlaklarla bağlı heç bir əsaslı əlavələr, artırmalar etməmişdir. İddiaçı/cavabdeh İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, mübahisəli evdə doğulmuş və orada böyüyüb boya–başa çatmışdır. Onun bütün uşaqlığı və gəncliyi həmin mübahisəli evdə olmuşdur. Çünki mübahisəli ev onun atası evi olmuşdur, bacıları da həmin evdə doğulub boya-başa çatmış və sonradan ailə quraraq köçmüşlər, o isə maddi vəziyyətinin pis olması səbəbindən Bakı şəhərinə köçərək taksi fəaliyyəti ilə məşğul olur. Eyni zamanda atasından miras qalmış minik avtomobili də etibarnamə əsasında onun istifadəsindədir. O və bacıları atasına məxsus evə gəlmək istədikdə cavabdeh onlara maneçilik yaradır. Lakin onlar cavabdehin həmin evdə yaşamasına etiraz etmir. Buna baxmayaraq cavabdeh onları ata evlərinə buraxmır və əsassız olaraq miras əmlakdan pay istəyir. Odur ki, iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı cavabdehlər İddiaçı2 (X8), X22 (İddiaçı5) qızı məhkəmə iclasında iştirak etməmiş, onları etibarnamə üzrə səlahiyyətli nümayəndə/bacıları İddiaçı4 təmsil etmişdir. Məhkəmə iclasında iddiaçı/cavabdeh və eyni zamanda digər iddiaçı/cavabdehlər İddiaçı2 (X8), X22 (İddiaçı5) qızının etibarnamə üzrə sələhiyyətli nümayəndəsi İddiaçı4 iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, atasına məxsus sözügedən fərdi yaşayış evində doğulub böyümüşdür. 2005-ci ildə ailə quraraq köçmüş, lakin mütəmadi olaraq atası evinə gəlib getmişdir. Belə ki, ailə quran vaxtadək həmin fərdi yaşayış evində digər bacıları ilə birlikdə yaşamış, bacısı Günel 2014-cü il tarixdə, digər bacısı Natavan isə 2015-ci il tarixdə ailə quraraq, Türkiyə Respublikasına getmişlər. Ataları hər iki bacısının və onun toy mərasimlərini sözügedən fərdi yaşayış evində etmişdir. Atası rəhmətə gedənə qədər mütəmadi olaraq ona baş çəkmişlər, qayğısına qalmışlar, eyni zamanda atasının yas mərasimlərini də onlar keçirmişlər. Atası 2018-ci il tarixdə hazırkı iş üzrə cavabdehlə evlənmiş və 2020-ci ildə rəhmətə getmişdir. Məhz bundan sonra cavabdeh onları evə buraxmamışdır. Hesab edir ki, onlar digər bacı-qardaşları ilə birlikdə mirası qəbul etmişlər. Ona görə də iddianın təmin edilməsi, qarşılqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı/cavabdeh İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçı/cavabdeh İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh/iddiaçı Səmədova (Qəribova) Mələk Akif məhkəmə iclası zamanı iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, 14 iyul 2017-ci il tarixdə İsmayıllı rayon sakini X10 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Əri 18.12.2020-ci il tarixdə vəfat etmişdir. Ərinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 19.04.2018-ci il tarixli, RX seriyalı, 125926 saylı çıxarışa əsasən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcuddur. Ərinin ölümündən sonra miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsə olaraq o qəbul etmiş, ərinin sağ vaxtı onunla birgə yaşamaqla təsərrüfatı idarə etmiş və onun qayğılarını çəkmiş, vəfat etdikdən sonra isə el adəti ilə dəfn etmişdir. Dəfn və yas mərasimlərinin bütün xərclərini özü çəkmişdir. Sonradan da mirası qəbul edərək idarə etmiş və mirasın şəksiz qəbulunu nümayiş etdirmişdir. Belə ki, o hal-hazırda da sözügedən fərdi yaşayış evində yaşayır və evin bütün kommunal xərclərini də o ödəmiş və hal-hazırda da ödəyir. Bundan əlavə əri hələ sağ olarkən əlyazma vəsiyyətnaməsi də qoyaraq, bütün əmlakını ona vəsiyyət etmişdir. Bundan başqa, mərhum əri ondan əvvəl də bir neçə dəfə ailəli olmuş və hazırkı uşaqları üçün də ev tikmişdir. Belə ki, iddiaçı/cavabdehlərin hazırkı iddia etdikləri ev və həyətyanı torpaq sahəsi ilə heç bir əlaqələri olmamışdır. Onlardan ikisi Türkiyə Respublikasında yaşamaqla mirasa dair hər hansı ərizə və ya hərəkətləri olmamış, X17un yas mərasimlərində heç bir xərc çəkməmişlər. O, əri öldükdən sonra ondan qalan mirası qəbul etdiyini notariat ofisinə bildirmiş, ona bu barədə məhkəməyə müraciət olunması barədə cavab verilmişdir. Hesab edir ki, iddiaçı/cavabdehlər mirası qəbul etməmişlər. Ona görə də iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X9 göstərdi ki, iddiaçı/cavabdeh İddiaçı1 arvadıdır. O, evlənərkən qaynatasına məxsus fərdi yaşayış evinə gəlin köçmüş, lakin maddi vəziyyətləri pis olduğundan sonradan işləmək üçün Bakı şəhərinə yerləşmişlər. Lakin, Bakı şəhərində yaşasalar da mütəmadi olaraq qaynatasına baş çəkmişlər, onun qayğısına qalmışlar, onun yas mərasimini də əri vermişdir. Eyni zamanda qaynatasına məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ərinin istifadəsindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia və qarşılıqlı iddia qismən əsaslı olduğundan hər iki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X13 arasında 14 iyul 2017-ci il tarixdə Qəbələ RİHB-nın Bunud kənd İƏD-si üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 01 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra qadına “Səmədova” soyadı verilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 07.09.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı1, X8, İddiaçı5, İddiaçı4 və İddiaçı3 ataları, X10, anaları isə X12 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 18.12.2020-ci il tarixdə ölmüşdür. İşdə olan X10 tərəfindən 15.12.2020-ci il tarixli əlyazmadan görünür ki, o, özünə məxsus olan ev və torpaq sahəsini həyat yoldaşı Cavabdeh vəsiyyət etməsi barədə qeyd imzalamışdır. İşdə olan AR ƏMDK–nin yanında DƏDRX–in hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki,İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19.04.2018-ci il tarixdə 37 nörmə ilə qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş, 31.08.2021-ci il tarixli, 2003 saylı arayışdan görünür ki, 2018-2022-ci illər üzrə 22 nömrəli təsərrüfatbaşına uçot kitabının 184-cü səhifəsinə əsasən, Səmədova X11 şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında yaşayır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 31.08.2021-ci il tarixli, N- 1319 saylı Cavabdeh ünvanlanmış məktubdan görünür ki, 23.12.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğuna görə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılmışdır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 27.08.2021-ci il tarixli, N- 13057 saylı X6 ünvanlanmış məktubdan görünür ki, 23.12.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğuna görə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılmışdır. İşdə olan etibarnamənin surətindən görünür ki, X7 mülkiyyət hüququ ilə məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən 18.02.2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı1 etibar edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X3 cavabdeh/iddiaçı Cavabdeh ilə 14 iyul 2017-ci il tarixdə Qəbələ RİHB-nın Bunud kənd İƏD-su üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 01 nömrə ilə dövlət qeydiyyatına alınmış, evləndikdən sonra qadına “Səmədova” soyadı verilmişdir. X2 əvvəlki evlilikdən İddiaçı1, X8, İddiaçı5, İddiaçı4 və İddiaçı3 adlı uşaqları olmuşdur. X10 18.12.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. X3 vəfat etdikdən sonra cavabdeh İddiaçı1 və iddiaçı/Cavabdeh vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsələr arasında mübahisə olduğundan həmin şəhadətnamənin verilməsi dayandırılmış və məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, X21 ona məxsus fərdi yaşayış evini və torpaq sahəsini arvadı Cavabdeh ev vəsiyyətnaməsi məzmunlu ifadələr yazaraq vəsiyyət etmişdir. Məhkəmə sözügedən ev vəsiyyətnaməsi məzmunlu əlyazısını sübut növü kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Həmin Məcəllənin 1187.1-ci maddəsinə əsasən vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Həmin Məcəllənin 1187.2-ci maddəsinə əsasən bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Göründüyü kimi qanunvericilik ev vəsiyyətnaməsinin forma və məzmununu, etibarlılıq dərəcəsini konkret olaraq göstərmişdir. Belə olan halda hazırki iş materiallarına surəti əlavə edilmiş Səmədov Fazil tərəfindən əlyazma olaraq yazılmış və onun tərəfindən imza edilmiş vəsiyyətnamə içərikli əlyazısı Mülki Məcəllənin tələblərinə əsasən vəsiyyətnamə olaraq qəbul edilə bilməz. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna AR ƏMDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır.X21 18.12.2020-ci il tarixdə vəfat ediyindən ondan qalan miarsla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı/cavabdehlər İddiaçı1, İddiaçı2 (X8), X22 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 miras qoyan X21un övladları, cavabdeh/iddiaçı Cavabdeh isə onun arvadı olmaqla mirasın açıldığı vaxt onun vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, X21 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh miras açıldıqdan sonra miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, oğlu İddiaçı1 isə atasına məxsus minik avtomobilini idarə etməklə, eyni zamanda atası öldükdən sonra onun dəfn mərasimini təşkil etməklə ondan qalmış mirası faktiki qəbul etmişlər. Eyni zamanda İddiaçı1 və Cavabdeh miras qoyan Fazil Səmədovun ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiklərini bəyan etmişlər. Ona görə də məhkəmə hesab edir ki, X21un birinci növbəli vərəsələri, arvadı Cavabdeh və övladı İddiaçı1 ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da həm iddiaçı/cavabdeh İddiaçı1, həm də cavabdeh/iddiaçı Cavabdeh mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Məhkəmə digər vərəsələrə münasibətdə qeyd edir ki, İddiaçı4 özünün də ifadəsində qeyd etdiyi kimi 2005-ci il tarixdə ailə quraraq başqa təsərrüfatı idarə etmiş, digər bacıları Natavan və İddiaçı5 isə 2014 və 2015-ci il tarixlərdə ailə quraraq Türkiyə Respublikasına getmişlər, həmin tarixdən isə Azərbaycan Reaspublikasına gələ bilməyərək, atalarının dəfn və yas mərasimlərində iştirak etməmişlər. Eyni zamanda iddia ərizəsində atalarından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etiklərini bildirsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İş materiallarından da göründüyü kimi, vərəsələrdən sadəcə Cavabdeh və İddiaçı1 vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılması barədə notariat orqanı tərəfindən məhz onlara cavab məktubu ünvanlanmışdır. Digər vərəsələr isə notariat orqanına müraciət etməmişlər. Göründüyü kimi digər vərəsələr qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiklərindən həmin hüquqlarını itirmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri– sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki‚ X2 vərəsələrindən iddiaçı/cavabdeh İddiaçı1 və cavabdeh/iddiaçı Cavabdeh mirasa faktiki sahiblik etməklə onu faktiki qəbul edərək həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən və minik avtomobilindən istifadə etmiş‚ həmçinin sahibliyi həyata keçirmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X1 miras qalmış mübahisəli fərdi yaşayış evinə, 0.06 hektar həyətyanı torpaq sahəsinə və minik avtomobilinə mirası faktiki qəbul etmiş onun birinci növbəli vərəsəsi kimi oğlu iddiaçı/cavabdeh İddiaçı1 və arvadı Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, cavabdeh/iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində mərhum əri Fazil Səmədovdan miras qalmış fərdi yaşayış evinin, torpaq sahəsinin və minik avtomobili olan miras əmlakın onun tərəfindən qəbul edilməsini, minik avtomobilinə və “digər miras əmlaklarına” dair isə onun payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, hazırki tələb üzrə “digər miras əmlakları” ifadəsi mücərrəd anlayış olmaqla, qeyri müəyyəndir və konkret olaraq hansı əmlakların (daşınar və ya daşınmaz, bölünəbilən və ya bölünəbilməyən) olması göstərilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakın iddiaçı/cavabdeh İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlaklara İddiaçı1 miras payı ½ hissədə müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, qarşılqılı iddia tələbi qismən təmin edilməli, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi və “Volkswagen Bora” minik markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobildən ibarət miras əmlakların cavabdeh/iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlaklara Cavabdeh miras payı ½ hissədə müəyyən edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaklar iddiaçı/cavabdeh İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaklara İddiaçı1 miras payı ½ hissədə müəyyən edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi və “Volkswagen Bora-minik” markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobildən ibarət miras əmlakın cavabdeh/iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X1 miras qalmış “Volkswagen Bora-minik” markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobil miras əmlaka cavabdeh/iddiaçı Cavabdeh payı ½ hissədə müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1005/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1005/2021
22.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver