Məhkəmə qərarları › İş №2(037)-1016/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1016/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1016/2024 22.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh və maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzrə çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh və maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzrə çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzrə çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması” tələbləri eyni tərəflər arasında olsa da,mahiyyət və predmet baxımından fərqlənən iddialardır.Ona görə də,hazırki iddia tələblərinin bir icraatda baxılması qeyrimümkündür. Belə ki,iddia ərizəsinin məzmunundan görünür ki,iddiaçı anasından miras qalmış əmlakdan vərəsəlik qaydasında payların müəyyən edilməsini, eyni zamanda onun hazırki və ona düşəcək paya gələcəkdə hüquqmüəyyənedici sənədlər alınacağı təqdirdə aparılacaq çöl-ölçmə işlərində cavabdeh tərəfindən ona ediləcəyini ehtimal etdiyi maneənin aradan qaldırılmasını xahiş etmişdir.Göründüyü kimi sözügedən miras əmlaka payların müəyyən edilməsi ilə həmin paylarla bağlı ediləcək hərəkətlərə gələcəkdə törədiləcək maneələrə qadağa qoyulması eyni icraatda baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bundan başqa iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək onun formasına və məzmununa və ərazi aidiyyətinə riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. İddiaçı iddia ərizəsini iddiaçı və cavabdeh şəklində qeyd etsə də notariat ofisini müstəqil tələb irəli sürən və ya sürməyən üçüncü şəxs qismində qeyd etmək əvəzinə, maraqlı şəxs qismində qeyd etmişdir. Göründüyü kimi tələb iddia ərizəsi prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh və maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzrə çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar