Məhkəmə qərarları › İş №2(037)-1029/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1029/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1029/2023 24.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə İddiaçı Nəsı̇ r oğlunun nümayəndəsi /vəkil/ Vəkil Cavabdeh Piriyeva Səbı̇ nə Kazım qızının iştirakı ilə İddiaçı Nəsı̇ r oğlunun cavabdeh Piriyeva Səbı̇ nə Kazım qızına qarşı aliment borcunun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nəsı̇ r oğlu cavabdeh Piriyeva Səbı̇ nə Kazım oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2015-ci il təvəllüdlü X1 və 20 avqust 2016-cı il təvəllüdlü X2nın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olamqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nəsı̇ r oğlu məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi /vəkil/ Vəkil təmsil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi/vəkil/Vəkil izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 15 aprel 2015-ci il tarixdə doğulmuş X1 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X2 adlı uşaqların cavabdehin yanında saxlanılması və uşaqların maddi təminatı üçün iddiaçıdan hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İddiaçı qətnamə üzrə çıxarılmış 04 oktyabr 2021-ci il tarixli icra vərəqəəsinə əsasən alimenti vaxtında ödəmişdir. Nikahları pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə tərəflər barışaraq iddiaçının valideynlərinə məxsus ünvan 1 ünvanda birgə yasamışlar. Cavabdehlə təsərrüfatı birgə idarə etmiş, uşaqlarının saxlanılmasl xərclərini, hətta cavabdehin xərclərini iddiaçı ödəmiş, övladı Aydan Əsədovanın Bakı şəhəri üzrə Təhsil Îdarəsinin 274 nömrəli tam orta məktəbin 1g sinfində təhsil almasını təmin etmişdir. İddiaçı ilə cavabdeh arasında ərasında ər-arvad münasibətləri bərpa olunmuş və hətta cavabdeh hamilə qalmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh yenidən ayrıldığını bildirmış və İsmayıllı rayonun Keyvəndi kəndində köçmüşdür. Həmin vaxtdan iddiaçı yenidən icra vərəqəsi üzrə alimenti ödəməyə davam etmişdir. Bundan sonra cavabdeh İsmayıllı rayon İcra və Probasiya şöbəsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət üçün yığılmış alimentin ödənilməsini tələb etmişdir. Qeyd edilən müddət ərzində iddiaçı uşaqları ilə birgə yaşayaraq onların maddi təminatını, xərclərinin ödəmişdir. Ona görə də iki uşağın saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Piriyeva Səbı̇ nə Kazım qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra övladı 15 aprel 2015-ci il təvəllüdlü Aydan Əsədovanın təhsili ilə bağlı o, iddiaçının valideynlərinə məxsus ünvan 1 ünvanda övladları ilə birgə yasamışdır. O, iddiaçı ilə bir otaqda deyil, övladları ilə ayrı otaqda qalmışdır. Həmin vaxt o, Müşviqabad qəsəbəsində yerləşən “Bəyaz” paltar mağazasında satıcı işləməklə ayda 350 manat əmək haqqı almış, özünün və uşaqlarının təminatını, dolanışığını özü ödəmişdir. İddiaçı ilə aralarında barışıq olmadığından yenidən rəsmi nikaha daxil olmamışlar və o, alimentə xitam verilməsi ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə ərizə verməmişdir. Onun uşağın təhsilinə görə müvəqqəti olaraq iddiaçı ilə bir evdə qalması, hətta həmin müddətdə hamilə qalması uşaqların saxlanması üçün təyin olunmuş alimentin həmin müddət üçün silinməsinə əsas deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsindən müəyyən edilir ki tərəflər arasında bağlanmış nikahın pozulması, 15 aprel 2015-ci il tarixdə doğulmuş X1 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X2 adlı uşaqlar cavabdehin yanında saxlanılmış və uşaqların maddi təminatı üçün iddiaçıdan hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 274 nömrəli tam orta məktəbin M-33 saylı xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, X2 Bakı şəhəri E.Şirəliyev adına 274 nömrəli tam orta məktəbin 1g sinfində xx.xx.2022-ci il tarixə kimi təhsil almışdır. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT018/2023-01851 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adlna Respublika klinik Xəstəxanası” nın X4 Məsləhət vərəqəsində müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ginekoloqun müayinəsindən keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 15 aprel 2015-ci il tarixdə doğulmuş X1 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X2 adlı uşaqlar cavabdehin yanında saxlanılmış və uşaqların maddi təminatı üçün iddiaçıdan hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. Tərəflərin birgə nikahından doğulmuş Aydan və Aysel adlı uşaqlar əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı nikah pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdehlə barışaraq valideynlərinə məxsus ünvan 1 ünvanda birgə yasadıqlarını, cavabdehlə təsərrüfatı birgə idarə etdiyini, uşaqlarının saxlanılmasl xərclərini, hətta cavabdehin xərclərini ödədiyini, övladı Aydan Əsədovanın Bakı şəhəri üzrə Təhsil Îdarəsinin 274 nömrəli tam orta məktəbin 1g sinfində təhsil almasını təmin etdiyini, birgə yaşadıqları üçün cavabdehin hamilə qaldığını, xx.xx.2022-ci il tarixdə cavabdehin yenidən onunla ayrıldığını, buna baxmayaraq cavabdehin birgə yaşadıqları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət üçün yığılmış alimentin ödənilməsini tələb etdiyini qeyd edərək İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsini xahiş edir. Cavabdeh nikah pozulduqdan sonra övladı 15 aprel 2015-ci il təvəllüdlü Aydan Əsədovanın təhsili ilə bağlı iddiaçının valideynlərinə məxsus ünvan 1 ünvanda övladları ilə birgə yaşadığını, iddiaçı ilə bir otaqda deyil, övladları ilə ayrı otaqda qaldığını, həmin vaxt Müşviqabad qəsəbəsində yerləşən “Bəyaz” paltar mağazasında satıcı işləməklə ayda 350 manat əmək haqqı aldığını, özünün və uşaqlarının təminatını, dolanışığını özü ödədiyini, iddiaçı ilə aralarında barışıq olmadığından yenidən rəsmi nikaha daxil olmadıqlarını, alimentə xitam verilməsi ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə ərizə vermədiyini, onun uşağın təhsilinə görə müvəqqəti olaraq iddiaçı ilə bir evdə qalması, hətta həmin müddətdə hamilə qalması uşaqların saxlanması üçün təyin olunmuş alimentin həmin müddət üçün silinməsinə əsas olmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Göründüyü kimi qanunvericilik iddiaçının yuxarıda qeyd etdiyi xüsusatları aliment öhdəliyindən azad olunması əsası kimi müəyyən etməmişdir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulduqdan sonra cavabdehin 15 aprel 2015-ci il tarixdə doğulmuş X1 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X2 adlı uşaqları ilə birgə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək bir ünvanda yaşaması həmin müddət üçün yığılmış aliment borcunun silinməsi üçün əsas ola bilməz. Bundan başqa tərəflər arasında barışıq olmadığından yenidən rəsmi nikaha daxil olmamışlar və cavabdeh alimentə xitam verilməsi ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə ərizə verməmişdir. İddiaçı yaranmış aliment borcunun silinməsi əsasları barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı Nəsı̇ r oğlunun cavabdeh Piriyeva Səbı̇ nə Kazım qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Nəsı̇ r oğlunun cavabdeh Piriyeva Səbı̇ nə Kazım qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iddia təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar