Məhkəmə qərarları › İş №2(037)-1074/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1074/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1074/2024 20.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlunun cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı,maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxslər X10, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı və X18 qarşı “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 20 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1988-ci ildə tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə cəfat etmiş anası Quliyeva Əmlakə Ağa qızından miras qalmış əmlakın vərəsə kimi ona verilməsi və xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşı X16 miras qalmış İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin vərəsələri X28, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və Quliyeva Əmlakə Ağa qızının irsi transmisiya ilə miras əmlakının onun və X6 paylarla qəbul edilməsinin aparılmasına cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı tərəfindən olan maneələrin aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(037)-1074/2024 saylı qərardadı ilə iddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlunun cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı və maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə X10, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı və X28 üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası Quliyeva Əmlakə Ağa qızı 02 fevral 2021 -ci il tarixdə vəfat etmişdir. Mərhum anasından İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsi ev 37 ünvanda yerləşən fərdi yaşayış evi (1988-ci il tarixdə tərtib edilmiş texniki pasportu ərizəsinə əlavə edir) və 5 nəfərlə, qardaşı X33 daxil olmaqla, birgə mülkiyyətdə olan həmin evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsi (JN-3040 kod 40701004 olan Şəhadətnamə) qalmışdır. Bildirmək istəyir ki, İsmayıllı şəhəri, N.ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi anası Əmlakə Quliyevanın mülkiyyətindədir. Anası vəfat etməmişdən əvvəl həmin əmlak üzrə ona vərəsəlik verilmişdir. O, qanun üzrə bütün sənədləri toplayaraq xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası Əmlakə Quliyevadan qalan miras əmlakı üçün vərəsəlik işi açılması üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən onun mərhum anası Əmlakə Quliyevanın vərəsəsi olması haqqında 38 nömrəli məktub verilmişdir.Vərəsəlik hüququ haqqında Şəhadətnamənin alınması üçün mümkün texniki işlərin aparılması və müvafiq sənədlərin Notariat Ofisinə təqdim edilməsi üçün, o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən idarədən ona ünvanlanmış məktublardan göründüyü kimi mərhum anası Əmlakə Quliyevanın mülkiyyətinə İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsi ev 37 ünvanda yerləşən 1988-ci ildə tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsi 5 nəfərlə birgə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin bir payı anası Əmlakə Quliyevanın mülkiyyətində, bir payı isə anasından əvvəl vəfat etmiş mərhum qardaşı Zöhrab Quliyevin mülkiyyətindədir. Qeyd olunan idarənin ona ünvanladığı 27 iyun 2024-ci il tarixli məktubla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina olunmaqla səbəb kimi cavabdeh tərəfin çöl-ölçmə işlərinin aparılmasına mane olması göstərilmişdir. Bundan əlavə həmin Şəhadətnamədə mülkiyyətçi kimi qeyd olunan qardaşı Zöhrab Quliyev anasından əvvəl, yəni 17 dekabr 2020-ci il tarixdə vəfat etdiyi üçün anası Əmlakə Quliyeva onun birinci dərəcəli varisi olaraq oğlundan qalan miras əmlakını qəbul etmiş və irsi transmissiya (Mülki Məcəllənin 1252-ci maddəsi) ilə həmin qardaşı Zöhrab Quliyevdən anası Əmlakə Quliyevaya miras qalan əmlakda anasının vərəsəsi kimi ona keçir. Ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum anası Əmlakə Quliyevanın mülkiyyətində olan İsmayıllı şəhəri,Nəriman Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1988-ci ildə tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi, 5 nəfərlə birgə mülkiyyət hüququ ilə və irsi transmissiya ilə qardaşı Zöhrab Quliyevdən ona İsmayıllı şəhəri N.Nərimanov küçəsi ev 37 ünvanda 0.08 hektar həyətyanı torpaq sahəsi 5 nəfərlə birgə mülkiyyət hüququ ilə miras qalmışdır. O, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1988-ci ildə tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə cəfat etmiş anası Quliyeva Əmlakə Ağa qızından miras qalmış əmlakın vərəsə kimi ona verilməsi və xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşı X16 miras qalmış İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin vərəsələri X28, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və Quliyeva Əmlakə Ağa qızının irsi transmisiya ilə miras əmlakının onun və X6 paylarla qəbul edilməsinin aparılmasına cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlu məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yaşayır. Zöhrab Quliyev keçmiş əri, İddiaçı isə qaynıdır. X37 xx.xx.1982-ci il tarixdə, əri Zöhrab Quliyev xx.xx.2020-ci il tarixdə və qaynanası Əmlakə Quliyeva isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4698 nömrə ilə qeydə alınmış xx.xx.1988-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci ildə ölmüş X37dən miras qalmış İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evinə dair mərhumun vərəsələri həyat yoldaşı Əmlakə Quliyeva, qızı Mehriban Quliyeva və oğlanları İddiaçı və Zöhrab Quliyev bərabər hissələrdə irs almışlar. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 188 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 3 otaqlı,ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr,köməkçi sahəsi 60.5 kv.metr olan fərdi yaşayış evi Əmlakə Quliyevaya 5/8 pay, Mehriban Quliyevaya 1/8 pay, İddiaçı 1/8 pay və Zöhrab Quliyevə 1/8 pay müəyyən edilməklə şəxsi mülkiyyət kimi adlarına qeydə alınmışdır. JN-3040F kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında onun və digər mülkiyyətçilər qaynanası Əmlakə Quliyeva, əri Zöhrab Quliyev, qızı Aygün Quluzadə və oğlu Emin Quluzadənin ümumi birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda 1988-ci il tarixli inventar nömrəsi 208 olan fərdi yaşayış evinə dair texniki pasporta əsasən İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1949-1960-cı illərdə inşa edilmiş ümumi sahəsi 122.7 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi qaynanası Əmlakə Quliyevanın adına qeydə alınmışdır. Şamaxı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1-35 nömrə ilə qeyd edilmiş 04 fevral 2004-cü il tarixli 216740 nömrəli müqaviləyə əsasən Əmlakə Quliyeva, Mehriban Quliyeva, İddiaçı və Zöhrab Quliyev 188 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun 23 yanvar 2004-cü il tarixli 17 nömrəli arayışına əsasən özlərinə məxsus olan İsmayıllı şəhəri, N.ünvan 3 ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən 1949-cu ildə tikilmiş ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr olan üç otaqlı yaşayış evini 12.250.000 (on iki milyon iki yüz əlli min) manata ona satmışlar. Əmlakə Quliyeva, Mehriban Quliyeva, Zöhrab Quliyev və İddiaçı öz imzaları ilə təsdiq etdikləri xx.xx.2004-cü il tarixli məktubda ünvan 4 ünvanda olan evə heç bir iddiaları olmayacağını, əgər bu məsələ ilə bağlı hər hansı bir iddia qaldırılarsa bunun əsassız hesab olunmasını, yazdıqlarını öz imzaları ilə təsdiq etdiklərini qeyd edərək məktubu ayrı-ayrılıqda imza etmişlər. İddiaçı tərəfindən 04 fevral 2004-cü il tarixdə öz imzası ilə təsdiq edilmiş sadə formada qeydə alınmış qəbzə əsasən müxtəlif nömrələrdən ibarət 25 ədəd 100 ABŞ dolları 04 fevral 2004-cü il tarixdə onun tərəfindən təhvil verilmiş, İddiaçı tərəfindən isə həmin tarixdə qəbul edilərək öz imzaları ilə təsdiq etmişlər. Mübahisəli torpaq sahəsi və ev 2004-cü ildə birgə mülkiyyətçilər tərəfindən ona satılmasına baxmayaraq iddiaçı həmin əmlaklara dair ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxs X17 iştirakı olmadan baxılmasını qərara almışdır. Üçüncü şəxs X28 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yaşayır. İddiaçı əmisi, Cavabdeh isə anasıdır. X44 xx.xx.1982-ci il tarixdə, atası Zöhrab Quliyev xx.xx.2020-ci il tarixdə və nənəsi Əmlakə Quliyeva isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4698 nömrə ilə qeydə alınmış xx.xx.1988-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci ildə ölmüş X44dən miras qalmış İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evinə dair mərhumun vərəsələri həyat yoldaşı Əmlakə Quliyeva, qızı Mehriban Quliyeva və oğlanları İddiaçı və Zöhrab Quliyev bərabər hissələrdə irs almışlar. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 188 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 3 otaqlı,ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr,köməkçi sahəsi 60.5 kv.metr olan fərdi yaşayış evi Əmlakə Quliyevaya 5/8 pay, Mehriban Quliyevaya 1/8 pay, İddiaçı 1/8 pay və Zöhrab Quliyevə 1/8 pay müəyyən edilməklə şəxsi mülkiyyət kimi adlarına qeydə alınmışdır. JN-3040F kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında onun və digər mülkiyyətçilər nənəsi Əmlakə Quliyeva, atası Zöhrab Quliyev,anası Cavabdeh və bacısı Aygün Quluzadənin ümumi birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda 1988-ci il tarixli inventar nömrəsi 208 olan fərdi yaşayış evinə dair texniki pasporta əsasən İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1949-1960-cı illərdə inşa edilmiş ümumi sahəsi 122.7 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi nənəsi Əmlakə Quliyevanın adına qeydə alınmışdır. Şamaxı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1-35 nömrə ilə qeyd edilmiş 04 fevral 2004-cü il tarixli 216740 nömrəli müqaviləyə əsasən Əmlakə Quliyeva, Mehriban Quliyeva, İddiaçı və Zöhrab Quliyev 188 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun 23 yanvar 2004-cü il tarixli 17 nömrəli arayışına əsasən özlərinə məxsus olan İsmayıllı şəhəri, N.ünvan 3 ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən 1949-cu ildə tikilmiş ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr olan üç otaqlı yaşayış evini 12.250.000 (on iki milyon iki yüz əlli min) manata anası Cavabdeh satmışlar. Əmlakə Quliyeva, Mehriban Quliyeva, Zöhrab Quliyev və İddiaçı öz imzaları ilə təsdiq etdikləri xx.xx.2004-cü il tarixli məktubda Nərimanov küçəsi 37 saylı əmlak payı ilə bağlı evi anası Cavabdeh satdıqları üçün gələcəkdə həmin ünvanda olan evə heç bir iddiaları olmayacağını, əgər bu məsələ ilə bağlı hər hansı bir iddia qaldırılarsa bunun əsassız hesab olunmasını, yazdıqlarını öz imzaları ilə təsdiq etdiklərini qeyd edərək məktubu ayrı-ayrılıqda imza etmişlər. İddiaçı tərəfindən 04 fevral 2004-cü il tarixdə öz imzası ilə təsdiq edilmiş sadə formada qeydə alınmış qəbzə əsasən müxtəlif nömrələrdən ibarət 25 ədəd 100 ABŞ dolları 04 fevral 2004-cü il tarixdə anası Cavabdeh tərəfindən təhvil verilmiş, İddiaçı tərəfindən isə həmin tarixdə qəbul edilərək öz imzaları ilə təsdiq etmişlər. Mübahisəli torpaq sahəsi və ev 2004-cü ildə birgə mülkiyyətçilər tərəfindən anası Cavabdeh satılmasına baxmayaraq iddiaçı həmin əmlaklara dair anasına qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X10 məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu X11 təmsil etmişdir. Üçüncü şəxsin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Quluzadə (Həsənli) Aygün Zöhrab qızına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin üçüncü şəxs Quluzadə (Həsənli) Aygün Zöhrab qızı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxs Quluzadə (Həsənli) Aygün Zöhrab qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 04 aprel 1961-ci il tarixli İİ ИЕ №082438 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə İsmayıllı şəhərində doğulmuşdur. X14 və anası Quliyeva Əmlakə Ağa qızıdır. İşdə olan 31 mart 1969-cu il tarixli AЗ №1496573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1959-cu ildə İsmayıllı şəhərində doğulmuşdur. X14 və anası Quliyeva Əmlakə Ağa qızıdır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci ildə İsmayıllı şəhərində doğulmuş Quliyev X25 şəhəri, Q.Məmmədov küçəsi ev 12 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE № 08624208 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu ildə İsmayıllı şəhərində doğulmuş X3 şəhəri, Cavanşir küçəsi ev 21-A, m 16 ünvanında qeydiyyatdadır. İşdə olan Tağlabiyan kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş İİİ-ЖГ №287570 nömrəli 14 sentyabr 1983-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X20 ilə X19 xx.xx.1983-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar.Ərə Zülfüqarov və arvada Zülfüqarova soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ilin sentyabr ayının 14 günündə 17 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 24 yanvar 2024-cü il tarixli 38 nömrəli müraciətə cavab məktubunda Quliyeva Əmlakə Ağa qızının xx.xx.2021-ci il tarixdə vəfat etməsi, vərəsələrin dairəsinin müəyyən edilməsi və İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən mərhumun vərəsəsinin İddiaçı olması barədə məlumat verilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin 01 may 2024-cü il tarixli 258 nömrəli müraciətə cavab məktubunda xx.xx.2021-ci il tarixdə vəfat etmiş Quliyeva Əmlakə Ağa qızının adına vərəsəlik işinin açıldığı, digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 10 gün müddətində dayandırıldığı, həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılmasının dayandırıldığı, əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsinin mümkün olduğu qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 yanvar 2023-cü il tarixli 3-21-3-42/2-Q-00xx-xx/2023 nömrəli müraciətə cavab məktubunda mərhum Quliyeva Əmlakə Ağa qızının adına İsmayıllı şəhəri, N.Nərimanov küçəsində 37 nömrəli fərdi yaşayış evi (köhnə ünvan və 1988-ci il tarixli texniki pasport) və 5 nəfər ilə birgə mülkiyyətdə olan 0.08 hektar həyətyanı torpaq sahəsi (JN-3040F kod 40701004 olan şəhadətnamə) olduğu qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 27 iyun 2024-cü il tarixli 3-21-3-42/2-3454/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina verilməsi barədə bildirişdən görünür ki, İsmayıllı şəhər sakini Quliyev X25 şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, ərazi idarəsinin mütəxəsisləri texniki inventarlaşdırma işləri aparılması üçün ərazidə olmuşlar, lakin torpaq sahəsi üzərində mübahisə səbəbindən çöl-ölçmə işlərinin aparılması mümkün olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan İsmayıllı rayon VVAQ şöbəsi tərəfindən verilmiş 02 sentyabr 1982-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1982-ci ilin sentyabr ayının 02 günündə 32 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2020-ci il tarixdə İsmayıllı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12 ayının 24 günündə 510 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyeva Əmlakə Ağa qızı xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 09 günündə 77 nömrə ilə qeyd edilmişdir. İşdə olan JN-3040F kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında İsmayıllı şəhər sakinləri Quliyeva Əmlakə Ağa qızı,X33,X12, X23 və X17 ümumi birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 17648 nömrə ilə kitabda qeyd edilmiş və bir nüsxəsi Quliyeva Əmlakə Ağa qızına verilmişdir. İşdə olan 1988-ci il tarixli inventar nömrəsi 208 olan fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş sürətindən görünür ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1949-1960-cı illərdə inşa edilmiş ümumi sahəsi 122.7 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi Quliyeva Əmlakə Ağa qızının adına qeydə alınmışdır. İşdə olan İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 2B-9 nömrə ilə qeydə alınmış xx.xx.1999-cu il tarixli vəsiyyətnamənin sürətindən görünür ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37-də yaşayan Quliyeva Əmlakə Ağa qızı həmin vəsiyyətnamə ilə vəfat edəcəyi günə qədər ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, habelə İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37-də yerləşən yaşayış evini oğlanları X33 və İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edilmiş, birinci nüsxəsi İsmayıllı rayon Dövlət Notariat Kontorunda saxlanılmış, ikinci nüsxəsi isə vəsiyyət edən Quliyeva Əmlakə Ağa qızına verilmişdir. İşdə olan İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4698 nömrə ilə qeydə alınmış xx.xx.1988-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1982-ci ildə ölmüş X21 miras qalmış İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evinə dair mərhumun vərəsələri həyat yoldaşı Quliyeva Əmlakə Ağa qızı, qızı X19 və oğlanları İddiaçı və X33 bərabər hissələrdə irs almışlar. İşdə olan Ə.Quliyeva, M.Quliyev, Z.Quliyev və İddiaçı öz imzaları ilə təsdiq etdikləri xx.xx.2004-cü il tarixli məktubdan görünür ki, Quliyeva Əmlakə Ağa qızı, X19, X33 və Quliyev X5 37 saylı əmlak payı ilə bağlı evi X1 üçün gələcəkdə həmin ünvanda olan evə heç bir iddiaları olmayacağını, əgər bu məsələ ilə bağlı hər hansı bir iddia qaldırılarsa bunun əsassız hesab olunmasını, yazdıqlarını öz imzaları ilə təsdiq etdiklərini qeyd edərək məktubu ayrı-ayrılıqda imza etmişlər. İşdə olan İddiaçı tərəfindən 04 fevral 2004-cü il tarixdə öz imzası ilə təsdiq edilmiş sadə formada qeydə alınmış qəbzdən görünür ki, müxtəlif nömrələrdən ibarət 25 ədəd 100 ABŞ dolları 04 fevral 2004-cü il tarixdə Mürsəliyeva A. tərəfindən təhvil verilmiş, Quliyev L tərəfindən isə həmin tarixdə qəbul edilərək öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Şamaxı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1-35 nömrə ilə qeyd edilmiş 04 fevral 2004-cü il tarixli 216740 nömrəli müqavilənin sürətindən görünür ki, İsmayıllı şəhəri, N.ünvan 3 evdə yaşayan Kuliyeva Əmlakə Ağa qızı, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 21A/16 da yaşayan X22, İsmayıllı şəhəri, Q.Məmədov küçəsi 12 nömrəli evdə yaşayan X36 və İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37-də yaşayan X34 188 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun 23 yanvar 2004-cü il tarixli 17 nömrəli arayışına əsasən özlərinə məxsus olan İsmayıllı şəhəri, N.ünvan 3 ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən 1949-cu ildə tikilmiş ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr olan üç otaqlı divarı çay daşı, kubik, üstü saxsıdan ibarət olan yaşayış evini (mənzili) 12.250.000 (on iki milyon iki yüz əlli min) manata İsmayıllı şəhəri, N.ünvan 3 evdə yaşayan X2. İşdə olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 188 nömrəli qeydiyyat vəsiqəsinin sürətindən görünür ki, İsmayıllı şəhəri,N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr,köməkçi sahəsi 60.5 kv.metr olan fərdi yaşayış evi Quliyeva Əmlakə Ağa qızına 5/8 pay,X13 1/8 pay, İddiaçı 1/8 pay və X24 1/8 pay müəyyən edilməklə şəxsi mülkiyyət kimi adlarına qeydə alınmışdır. Bu barədə kitab 01, səh 19, iş 188, inventar 208 nömrə ilə reyestr kitabına yazılmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Əzim Quliyev xx.xx.1982-ci il tarixdə, Zöhrab Quliyev xx.xx.2020-ci il tarixdə və Əmlakə Quliyeva isə xx.xx.2021-ci il tarixdə ölmüşlər. İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4698 nömrə ilə qeydə alınmış xx.xx.1988-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci ildə ölmüş Əzim Quliyevdən miras qalmış İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evinə dair mərhumun vərəsələri həyat yoldaşı Əmlakə Quliyeva,qızı Mehriban Quliyeva və oğlanları İddiaçı və Zöhrab Quliyev bərabər hissələrdə irs almışlar. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 188 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 37 ünvanında yerləşən 3 otaqlı,ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr, köməkçi sahəsi 60.5 kv.metr olan fərdi yaşayış evi Əmlakə Quliyevaya 5/8 pay, Mehriban Quliyevaya 1/8 pay, İddiaçı 1/8 pay və Zöhrab Quliyevə 1/8 pay müəyyən edilməklə şəxsi mülkiyyət kimi adlarına qeydə alınmışdır. JN-3040F kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında İsmayıllı şəhər sakinləri Əmlakə Quliyeva,Zöhrab Quliyev, Almarə Mürsəlizadə, Aygün Quluzadə və Emin Quluzadənin ümumi birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda 1988-ci il tarixli inventar nömrəsi 208 olan fərdi yaşayış evinə dair texniki pasporta əsasən İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37 ünvanında yerləşən 1949-1960-cı illərdə inşa edilmiş ümumi sahəsi 122.7 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi Əmlakə Quliyevanın adına qeydə alınmışdır. İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 2B-9 nömrə ilə qeydə alınmış xx.xx.1999-cu il tarixli vəsiyyətnaməyə əsasən İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37-də yaşayan Əmlakə Quliyeva vəsiyyətnamə yazaraq vəfat edəcəyi günə qədər ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, habelə İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 37-də yerləşən yaşayış evini oğlanları Zöhrab Quliyevə və İddiaçı vəsiyyət etmişdir. xx.xx.2004-cü il tarixli məktuba əsasən Əmlakə Quliyeva, Mehriban Quliyeva, Zöhrab Quliyev və İddiaçı Nərimanov küçəsi 37 saylı əmlak payı ilə bağlı evi Almarə Mürsəliyevaya satdıqları üçün gələcəkdə həmin ünvanda olan evə heç bir iddiaları olmayacağını, əgər bu məsələ ilə bağlı hər hansı bir iddia qaldırılarsa bunun əsassız hesab olunmasını, yazdıqlarını öz imzaları ilə təsdiq etdiklərini qeyd edərək məktubu ayrı-ayrılıqda imza etmişlər. İddiaçı tərəfindən 04 fevral 2004-cü il tarixdə öz imzası ilə təsdiq edilmiş sadə formada qeydə alınmış qəbzə əsasən müxtəlif nömrələrdən ibarət 25 ədəd 100 ABŞ dolları 04 fevral 2004-cü il tarixdə Mürsəliyeva A. tərəfindən təhvil verilmiş, Quliyev L tərəfindən isə həmin tarixdə qəbul edilərək öz imzaları ilə təsdiq etmişlər. Şamaxı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1-35 nömrə ilə qeyd edilmiş 04 fevral 2004-cü il tarixli 216740 nömrəli müqaviləyə əsasən İsmayıllı şəhəri, N.ünvan 3 evdə yaşayan Əmlakə Kuliyeva, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 21A/16 da yaşayan Mehriban Kuliyeva,İsmayıllı şəhəri, Q.Məmədov küçəsi 12 nömrəli evdə yaşayan Lətif Kuliyev və İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37-də yaşayan Zöhrab Kuliyev 188 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun 23 yanvar 2004-cü il tarixli 17 nömrəli arayışına əsasən özlərinə məxsus olan İsmayıllı şəhəri, N.ünvan 3 ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən 1949-cu ildə tikilmiş ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr olan üç otaqlı divarı çay daşı, kubik, üstü saxsıdan ibarət olan yaşayış evini (mənzili) 12.250.000 (on iki milyon iki yüz əlli min) manata İsmayıllı şəhəri, N.ünvan 3 evdə yaşayan Almara Mürsəliyevaya satmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki,məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı,yəni bir tərəfdən vəsiyyət edə bilməyi,digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə,iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla,hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər),valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1-35 nömrə ilə qeyd edilmiş 04 fevral 2004-cü il tarixli 216740 nömrəli müqavilənin sürətindən görünür ki, İsmayıllı şəhəri, N.ünvan 3 evdə yaşayan Kuliyeva Əmlakə Ağa qızı, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 21A/16 da yaşayan X22, İsmayıllı şəhəri, Q.Məmədov küçəsi 12 nömrəli evdə yaşayan X36 və İsmayıllı şəhəri,N.Nərimanov küçəsi ev 37-də yaşayan X34 188 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun 23 yanvar 2004-cü il tarixli 17 nömrəli arayışına əsasən özlərinə məxsus olan İsmayıllı şəhəri, N.ünvan 3 ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən 1949-cu ildə tikilmiş ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr olan üç otaqlı divarı çay daşı, kubik, üstü saxsıdan ibarət olan yaşayış evini (mənzili) 12.250.000 (on iki milyon iki yüz əlli min) manata İsmayıllı şəhəri, N.ünvan 3 evdə yaşayan X2. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, İsmayıllı şəhəri, N.ünvan 3 ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən 1949-cu ildə tikilmiş ümumi sahəsi 122.7 kv.metr, yaşayış sahəsi 62.2 kv.metr olan üç otaqlı divarı çay daşı, kubik, üstü saxsıdan ibarət olan yaşayış evini miras kütləsinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, miras qoyan öldüyü məqamda sözügedən əmlaklar artıq alğı-satqı müaviləsi əsasında hazırki tələb üzrə cavabdehə satılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və sair) Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Bu baxımdan hər hansı əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Eləcə də, Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki,aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, qeyd edir ki, mübahisəli əmlaklara dair sözügedən alqı-satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqavilələri onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmış və qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlanmışdır. Göründüyü kimi hazırki tələb üzrə iddiaçı və həmin dövrdə maraqlı şəxslər özlərinə məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqla artıq iradələrini ifadə etmişlər. Belə ki, sözügedən əmlaklarla bağlı tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, həmin əmlaklar üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Müqavilə bağlanarkən müqavilə üzrə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-cı maddəsinə əsaəsn fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2.şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3.müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsaəsn öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Belə ki, Quliyeva Əmlakə Ağa qızının adına İsmayıllı şəhəri, N.ünvan 3 fərdi yaşayış evinə dair 1988-ci ildə texniki pasport tərtib edilmiş, sözgedən fərdi yaşayış evi hazırki tələb predmeti olan torpaq sahəsinin üzərində inşa edilmiş, həmin torpaq sahəsinə xx.xx.2006-cı il tarixdə JN-3040F kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003cü il tarixli 111 nömrəli qərarı ilə İsmayıllı şəhər sakinləri Quliyeva Əmlakə Ağa qızı, X33,X12,X23 və X17 ümumi birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair 2004-cü il tarixdə, yəni alğı-satqı müqaviləsi bağlanan zaman hüquqmüəyyənedici sənəd olmadığından Əmlakə Quliyevaya məxsus fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bir bütün olaraq alğı-satqı müqaviləsinin predmeti olmuşdur. Məhkəmə hesab edir ki, sözügedən alğı-satqı müqaviləsində üzərində inşa edilmiş fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsinin qeyd edilməməsi həmin alğı-satqı müqaviləsində fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsinin də satılmaması mənasını vermir, əksi mülki dövriyyə iştirakçıları arasında güvəni zədələməklə, Mülki Məcəllənin 425 və 560-cı maddələrinin tələbinə də ziddir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlunun cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı, maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxslər X10, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı və X18 qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlunun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Qulı̇ yev Lətı̇ f Əzı̇ m oğlunun cavabdeh Mursəlı̇ yeva Almara Qərı̇ b qızı, maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxslər X10, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı və X18 qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar