Məhkəmə qərarları › İş №2(037)-1077/2021

İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-1077/2021

29.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1077/2021 29.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pay torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi tələbinə dair mülki işə 29 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN- 0051 kod 40717005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2, Cavabdeh2, Cavabdeh1, X3, İddiaçı1, İddiaçı2 və X4 ümumi birgə mülkiyyət hüququ əsasında verilmiş İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların ümumilikdə payları olan 1.4228 ha hissəsinin naturada ayrılması və paylarına düşən torpaq sahəsi üzrərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3,32 ha pay torpaq sahəsi mərhum anası X2, bacısı Cavabdeh2, qardaşı Cavabdeh1, bacısı X3, həyat yoldaşı İddiaçı2 və qızı X1 birgə mülkiyyətinə verilərək 24 may 2006-cı il tarixli, JN-0051 Kod 40717005 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin pay torpaq sahəsinin 1.4228 ha hissəsi onun və ailə üzvlərinin payına düşür. Lakin onlar torpaq sahələrindən payları ayrılmadığı üçün maneçiliklərlə qarşılaşırlar. Belə ki, dövlət tərəfindən verilən subsidiya Əmlak Məsələləri Döğvlət Komitəsi yanında DƏDRX-nın 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, payçılar arasında narazılıq olduğundan real bölgünün aparılmasının mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən faktiki olaraq iddiaçılara məxsus olan torpaq sahəsi naturada sənəd əsasında ayrılmalı və iddiaçılara məxsus çıxarışda digər şəxslərin adları olmadan, təkcə iddiaçıya ayrıca çıxarış verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq göstərdi ki, sözügedən torpaq sahəsinin ölçüləri və onların payı faktiki olaraq ayrılmışdır. Belə ki bütün mülkiyyətçiləri torpaq sahələrinin plan və ölçüsü hazırdır, lakin cavabdehlər reyestr xidmətinə gəlmədiklərindən ayrıca çıxarış ala bilmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarındakı JN-0051 kod 40717005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2, Cavabdeh2, Cavabdeh1, X3, İddiaçı1, İddiaçı2 və X4 ümumi birgə mülkiyyət hüququ əsasında İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, torpaq sahəsinin paylara uyğun bölünməsi üçün notarial qaydada təsdiq edilmiş bölgü planı və payların bölünməsi barədə saziş təqdim olunmalıdır. Əgər payçılar arasında narazılıq mövcuddursa payların bölünməsi üçün məhkəməyə müraciət edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, JN-0051 kod 40717005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2, Cavabdeh2, Cavabdeh1, X3, İddiaçı1, İddiaçı2 və X4 ümumi birgə mülkiyyət hüququ əsasında İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq bölgüsünü aparmışdır, bununla belə, iddiaçılar özünün adına ayrıca çıxarış əldə etmək üçün payının naturada bölgüsünü tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçılar tərəfindən faktiki olaraq bölünmüşdür və belə bölünmə zamanı cavabdehlərin texniki cəhətdən istifadə şərtləri pozulmamış, ümumiyyətlə bu barədə cavabdehlər tərəfindən hər hansı etiraz da olmamışdır. Belə ki, əvvəlki məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, qardaşının nə səbəblə məhkəməyə müraciət etdiyi anlaşılan deyildir. Belə ki, onlar arasında torpaq mübahisəsi olmamışdır, hər kəsin payı ayrılmış və ölçüləri də bilinir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0051 kod 40717005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2, Cavabdeh2, Cavabdeh1, X3, İddiaçı1, İddiaçı2 və X4 ümumi birgə mülkiyyət hüququ əsasında verilmiş İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 ümumilikdə payı olan 1.4228 ha hissəsi naturada ayrılmalı və onların payına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə iddiaçının hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. JN-0051 kod 40717005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2, Cavabdeh2, Cavabdeh1, X3, İddiaçı1, İddiaçı2 və X4 ümumi birgə mülkiyyət hüququ əsasında verilmiş İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3,32 ha kənd təsərrüfaı təyinatlı torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 ümumilikdə payı olan 1.4228 ha hissəsi naturada ayrılsın və onların payına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar