Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-11/2022 14.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sabı̇ r oğlu, Cavabdeh3 Sabı̇ r qızı və Cavabdeh4 Səftər oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahələrində onun payının müəyyən edilməsi, həmin torpaq sahələrinin naturada bölünməsi və həmin bölgünün həyata keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 14 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sabı̇ r oğlu, Cavabdeh3 Sabı̇ r qızı və Cavabdeh4 Səftər oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Qalacıq kəndində yerləşən JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 hektar həyətyanl torpaq sahəsinin 0,0375 hektar hissəsi və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektar hissəsinə onun payının müəyyən edilməsi, həmin hissələrin naturada bölünərək ona verilməsi və cavabdehlər tərəfindən həmin torpaq sahələrindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Qalacıq kəndində yerləşən. mərhum atası X5, mərhum anası X2, qardaşı qızı Cavabdeh3 Sabir qızı və onun ümumi birgə mülkiyyətlərinə 0,15 hektar həyətyanı torpaq sahəsi və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərinə 2,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X9 08 iyun 2003-cü il tarixdə, anası Güllü Qafarova isə 31 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. 16 avqust 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında böyük qardaşı X6 mərhum valideynlərinin vərəsəsi müəyyən edilmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında qardaşı Ağalı Qafarov hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 0468814, 0468815, 0468816, ******* və ******* saylı çıxarışlar almışdır. Həmin çıxarışlara əsasən müvafiq olaraq 0,6276 hektar, 0,19 hektar, 0,1611 hektar, 0,403 hektar və 0,7393 hektar torpaq sahələrinə dair qardaşı Ağalı Qafarovun mülkiyyət hüququ **********, **********, **********, ********** va ********** qeydiyyat nömrələri ilə 30 avqust 2014-cü il və 02 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin çıxarışlar əsasında miras qalmış torpaq sahələri üzrə 2/4 pay hüququ əsasında qardaşı Ağalı Qafarovun, hərəsinə 1/4 pay hüququ əsasında onun və qardaşı qızı Cavabdeh3 mülkiyyət hüququları təsdiq olunmuşdur. Bacısı Cavabdeh1 və qardaşı oğlu Cavabdeh2 Sabir oğlu qardaşı Ağalı Qafarova qarşı 2016-cı il tarixdə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 01 dekabr 2016-ci il tarixli 2(037)-1640/2016 nömrəli qətnaməsi ilə İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən Ağalı Qafarovun adına verilmiş və reyestrdə 2V- 1/246 və 2V-1/247 nömrələri ilə qeyd edilmiş 16 avqust 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Ağalı Qafarovun adına hüquqların qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar ləğv edilmişdir. İsmayıllı rayon Qalacıq kəndində yerləşən, JN-204F KOD 40711018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,15 hektar həyətyanı torpaq sahəsinin Səftər Qafarov və Güllü Qafarovadan miras qalan 1/2 hissəsi (0,075 hektar), həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və JN - 260 KOD 40711018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Səftər Qafarov və Güllü Qafarovadan miras qalan 1/2 hissəsinin (1,06 hektar) qanun üzrə birinci növbədə vərəsə Cavabdeh1 və vəsiyyət üzrə vərəsə Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən edilmişdir. 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Səftər Qafarov və Güllü Qafarovadan miras qalan 1/2 hissəsi (1,06 hektar) üzərində qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh1 mülkiyyət hüququ müəyyən edilmişdir. Səftər Qafarov və Güllü Qafarovadan miras qalan, İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən, Ağsu rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1989-cu ilin mart ayında Səftər Qafarovun adına tərtib edilmiş, inventar nömrəsi 3 olan fərdi yaşayış evinin texniki pasportuna uyğun olaraq 1971-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 86,1 kvadratmetr, yaşayış sahəsi 33,6 kvadratmetr və köməkçi sahəsi 52,5 kvadratmetr olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ əsasında və 1/2 hissəsi üzərində Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmişdir. İsmayıllı rayon Qalacıq kəndində yerləşən, JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,15 hektar həyətyanı torpaq sahəsinin 0,0375 hektar hissəsinə və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektar hissəsinə onun payı müəyyən edilməli və həmin hissələrin naturada bölünərək ona verilməlidir. Hazırki vəziyyətdə isə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən həmin torpaq sahələrindən onun payının müəyyən edilməsinə və həmin hissələrin real bölgü əsasında naturada bölünərək ona verilməsinə mane olurlar. O, buna görə də məhkəməyə müraciət etmişdir. İsmayıllı rayonu Qalacıq kəndində yerləşən JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 hektar həyətyanl torpaq sahəsinin 0,0375 hektar hissəsi və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektar hissəsinə onun payının müəyyən edilməsi, həmin hissələrin naturada bölünərək ona verilməsi və cavabdehlər tərəfindən həmin torpaq sahələrindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. 1989-cu il tarixli inventar nömrəsi 3 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, 1971-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 86,1 kvadratmetr, yaşayış sahəsi 33,6 kvadratmetr və köməkçi sahəsi 52,5 kvadratmetr olan fərdi yaşayış evi X3 adına tərtib edilmişdir. 01 may 2000-ci il tarixli, JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X5, X2, İddiaçı və Cavabdeh3 Sabir qızının birgə mülkiyyətlərinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2002-ci il tarixli, JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X5, X2, İddiaçı və Cavabdeh3 Sabir qızının birgə mülkiyyətlərinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 09 iyun 2003-cü il tarixli AZ-İ №068158 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 08 iyun 2003-cü il tarixdə vəfat etmişdir. 01 fevral 2011-ci il tarixli AZ-İ №432211 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 31 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 2(037)-1640/2016 nömrəli qətnaməsindən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X4 adına verilmiş və reyestrdə 2V-1/246 və 2V-1/247 nömrələri ilə qeyd edilmiş 16 avqust 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında X4 adına hüquqların qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, İsmayıllı rayon Qalacıq kəndində yerləşən, JN-204F KOD 40711018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,15 hektar həyətyanı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (0,075 hektar), həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və JN - 260 KOD 40711018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsinin (1,06 hektar) qanun üzrə birinci növbədə vərəsə Cavabdeh1 və vəsiyyət üzrə vərəsə Cavabdeh2 Sabir oğlu tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi, İsmayıllı rayon Qalacıq kəndində yerləşən, JN-204F KOD 40711018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,15 hektar həyətyanı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (0,075 hektar) və İsmayıllı rayon Qalacıq kəndində yerləşən JN - 260 KOD 40711018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (1,06 hektar) üzərində qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh1 mülkiyyət hüququ müəyyən edilməsi, X5 və X1 miras qalan, İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən, Ağsu rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1989cu ilin mart ayında Səftər Qafarovun adına tərtib edilmiş, inventar nömrəsi 3 olan fərdi yaşayış evinin texniki pasportuna uyğun olaraq 1971-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 86,1 kvadratmetr, yaşayış sahəsi 33,6 kvadratmetr və köməkçi sahəsi 52,5 kvadratmetr olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ əsasında və 1/2 hissəsi üzərində Cavabdeh2 Sabir oğlunun vəsiyyət üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 2(107)- 297/2018 nömrəli qətnaməsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 2(037)-1640/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə Mülki Kollegiyasının 25 may 2018-ci il tarixli 2(102)-3587/2018 nömrəli qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 2(107)-297/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli **********42 nömrəli və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli **********99 nömrəli mütəxəssis rəylərindən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi ilə JN-204F nömrəli şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,15 hektar torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqləri mövcuddur. Torpaq sahəsində 2 ədəd fərdi yaşayış evlərinin, 2 ədəd qeyri-yaşayış tikililərinin mövcud olduğu üçün sözügüdən torpaq sahəsinin bölünməsi mümkün deyildir. JN-260 KOD 40711018 nömrəli dövlət aktı əsasında mülkiyyətə verilmiş 2,12 hektar torpaq sahəsinin 260, 260P, 260B, 260Q, 260X cizgilərində müvafiq olaraq göstərilmiş 0,74, 0,40, 0,19, 0,16, 0,63 hektar torpaq sahələrinin yerləri məlum olmadığı üçün ölçü işləri aparılmamışdır. Məhkəmə mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X5, X2, İddiaçı və Cavabdeh3 Sabir qızının birgə mülkiyyətlərinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,15 hektar həyətyanı torpaq sahəsi və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə isə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Paylı mülkiyyətçilərdən Səftər Qafarov 08 iyun 2003-cü il tarixdə, Güllü Qafarova isə 31 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 2(037)-1640/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İsmayıllı rayon Qalacıq kəndində yerləşən, JN-204F KOD 40711018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,15 hektar həyətyanı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (0,075 hektar), həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və JN - 260 KOD 40711018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsinin (1,06 hektar) Cavabdeh1 və Cavabdeh2 Sabir oğlu tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi, həmin 0,15 hektar həyətyanı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (0,075 hektar) və İsmayıllı rayon Qalacıq kəndində yerləşən JN - 260 KOD 40711018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (1,06 hektar) üzərində Cavabdeh1 mülkiyyət hüququ müəyyən edilməsi, X5 və X1 miras qalan, İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən, fərdi yaşayış evinin 1/2 hissəsi üzərində Cavabdeh1 və 1/2 hissəsi üzərində Cavabdeh2 Sabir oğlunun mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli **********42 nömrəli və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli **********99 nömrəli mütəxəssis rəylərinə əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə JN-204F nömrəli şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,15 hektar torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqləri mövcuddur. Torpaq sahəsində 2 ədəd fərdi yaşayış evlərinin, 2 ədəd qeyri-yaşayış tikililərinin mövcud olduğu üçün sözügüdən torpaq sahəsinin bölünməsi mümkün deyildir. JN-260 KOD 40711018 nömrəli dövlət aktı əsasında mülkiyyətə verilmiş 2,12 hektar torpaq sahəsinin 260, 260P, 260B, 260Q, 260X cizgilərində müvafiq olaraq göstərilmiş 0,74, 0,40, 0,19, 0,16, 0,63 hektar torpaq sahələrinin yerləri məlum olmadığı üçün ölçü işləri aparılmamışdır. İddiaçı İsmayıllı rayonu Qalacıq kəndində yerləşən JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 hektar həyətyanl torpaq sahəsinin 0,0375 hektar hissəsi və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektar hissəsinə onun payının müəyyən edilməsi, həmin hissələrin naturada bölünərək ona verilməsi və cavabdehlər tərəfindən həmin torpaq sahələrindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 2(037)-1640/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İsmayıllı rayon Qalacıq kəndində yerləşən, JN-204F KOD 40711018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,15 hektar həyətyanı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsi (0,075 hektar), həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və JN - 260 KOD 40711018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 və X1 miras qalan 1/2 hissəsinin (1,06 hektar) Cavabdeh1 və Cavabdeh2 Sabir oğlu tərəfindən miras əmlak kimi qəbul edilməsi, həmin torpaq sahələrinin 1/2 hissəsi (1,06 hektar) üzərində Cavabdeh1 mülkiyyət hüququ və X5 və X1 miras qalan, İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən, fərdi yaşayış evinin 1/2 hissəsi üzərində Cavabdeh1 və 1/2 hissəsi üzərində Cavabdeh2 Sabir oğlunun mülkiyyət hüququ müəyyən edilmişdir. Hazırda iddiaçı İsmayıllı rayonu Qalacıq kəndində yerləşən JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 hektar həyətyanl torpaq sahəsinin 0,0375 hektar hissəsi və JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektar hissəsinə onun payının müəyyən edilməsini tələb edir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Məhkəmə qərara gəlir ki, hər bir mülkiyyətçinin payı bərabər hissələrə bölünməli, iddiaçının JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsində payı 0,0375 hektar, JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 2,12 hektar torpaq sahəsində payı 0,53 hektar müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi hissəsinə münasibətdə qeyd edir ki, JN-204F KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Qalacıq kəndində X5, X2, İddiaçı və Cavabdeh3 Sabir qızının birgə mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsi və JN-260 KOD 40711018 nömrəli dövlət aktına əsasən 2,12 hektar torpaq sahəsinin İddiaçı payına (müvafiq olaraq 0,0375 ha və 0,53 ha) uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə məhkəmə tərəfindən göndərilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəylərində bildirilmişdir ki, faktiki naturada ölçülmüş torpaq sahəsi ilə JN-204F nömrəli şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,15 hektar torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqləri mövcuddur. Torpaq sahəsində 2 ədəd fərdi yaşayış evlərinin, 2 ədəd qeyri-yaşayış tikililərinin mövcud olduğu üçün sözügüdən torpaq sahəsinin bölünməsi mümkün deyildir. JN-260 KOD 40711018 nömrəli dövlət aktı əsasında mülkiyyətə verilmiş 2,12 hektar torpaq sahəsinin 260, 260P, 260B, 260Q, 260X cizgilərində müvafiq olaraq göstərilmiş 0,74, 0,40, 0,19, 0,16, 0,63 hektar torpaq sahələrinin yerləri məlum olmadığı üçün ölçü işləri aparılmamışdır. Məhkəmə mütəxəssis rəyləri ilə razılaşmır. Belə ki, verilmiş rəydə qeyd edilmiş əsaslar həmin torpaq sahələrinin sənəd üzrə göstərilən koordinatlarda real bölgüsünün aparılmasının mümkün olubolmaması üçün rəy verilməməsinə səbəb ola bilməz. Qeyd edilən torpaq sahələrinə dair sənədlərdə həmin torpaq sahələrinin bütün koordinatları öz əksini tapmışdır. Qeyd edilən mübahisəli torpaq sahələrinə yerində müayinə keçirilmədən də həmin sənədlər əsasında iddiaçının payı naturada bərabər bölünməklə ayrılmasının mümkün olub-olmaması barədə rəy verilə bilər. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, tələb paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin bölgünün həyata keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddiaçının paylı mülkiyyətçisi olduğu torpaq sahələrindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi bölgünün həyata keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması hissəsində də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-204F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Qalacıq kəndində yerləşən X5, X2, İddiaçı və Cavabdeh3 Sabir qızının birgə mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsində İddiaçı payı 0,0375 hektar müəyyən edilsin. 0,15 hektar həyətyanı torpaq sahəsindən İddiaçı payına verilmiş 0,0375 hektar hissə naturada real bölünərək İddiaçı verilsin. 0,15 hektar həyətyanı torpaq sahəsindən İddiaçı payına verilmiş 0,0375 hektar hissədən onun istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sabı̇ r oğlu və Cavabdeh4 Səftər oğlu tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. JN-260 KOD 40711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu Qalacıq kəndində yerləşən X5, X2, İddiaçı və Cavabdeh3 Sabir qızının birgə mülkiyyətində olan 2,12 hektar torpaq sahəsində İddiaçı payı 0,53 hektar müəyyən edilsin. 2,12 hektar torpaq sahəsindən İddiaçı payına verilmiş 0,53 hektar hissə naturada real bölünərək İddiaçı verilsin. 2,12 hektar torpaq sahəsindən İddiaçı payına verilmiş 0,53 hektar hissədən onun istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sabı̇ r oğlu və Cavabdeh4 Səftər oğlu tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-11/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-11/2022
14.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver