Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1127/2025 28.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı, Ərizəçi İddiaçı İsmayıllı rayon Notariat Ofisini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini maraqlı tərəflər qismində cəlb etdiyi İsmayıllı rayon Notariat Ofisinin Notariusu Sərdar Nəsibovun 09 iyul 2025-ci il tarixli 8İ-4536 reyestr nömrəli icra qeydindən verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi Səfərov X1 rayon Notariat Ofisini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini maraqlı tərəflər qismində cəlb edərək İsmayıllı rayon Notariat Ofisinin Notariusu Sərdar Nəsibovun 09 iyul 2025-ci il tarixli 8İ-4536 reyestr nömrəli icra qeydindən verdiyi şikayət ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə məhkəməyə qeyri-prosessual formada verilmiş, ərizənin giriş hissəsində iddiaçı və cavabdehlər kimi qeyd olunmaqla iddia icraatı qaydasında verilməli olduğu halda, həmin qaydada deyil, şikayət verən və maraqlı tərəflər kimi qeyd olunmaqla, icra qeydindən şikayət formasında məhkəməyə göndərilmişdir. Eyni zamanda iddia ərizəsi verilərkən İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilmişdir ki, iddiaçı tərəfindən müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılır. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149.1 və 108.1.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir,yəni ərizənin giriş,təsviri əsaslandırıcı və nəticə hissələrinin qeyd olunmasını və giriş hissəsində iddiaçı və cavabdeh kimi qeyd olunmasına və məhkəməyə iddia ərizəsi verilərkən iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ona hazırkı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi İddiaçı İsmayıllı rayon Notariat Ofisini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini maraqlı tərəflər qismində cəlb etdiyi İsmayıllı rayon Notariat Ofisinin Notariusu Sərdar Nəsibovun 09 iyul 2025-ci il tarixli 8İ-4536 reyestr nömrəli icra qeydindən verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1127/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1127/2025
28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver