Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1181/2023 11.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair mülki işə 11 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs İsmayıllı rayon Tircan bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3091.72 manat, İşsizlikdən Sığorta Fonduna olan 12.4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 107.08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan İsmayıllı rayon Tircan bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3091.72 manat, İcbari Tibbi Sığorta Fonduna 107.08 manat, İşsizlikdən Sığorta Fonduna 12.4 manat olmaqla,ümumilikdə 3211.2 manat borcu vardır.Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********717200, xx.xx.2023-cü il tarixli **********957800, xx.xx.2023-cü il tarixli **********381300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.Həmçinin,Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Əlizadə X3 rayonu, Tircan kəndi ünvanında yaşayır. Ərizəçiyə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs İsmayıllı rayon Tircan bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə maraqlı şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin (bundan sonra – MPM): 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır; 355-7.2-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarına olan və məhkəmə baxışına təqdim edilmiş: Hüquqi şəxs haqqında məlumatına əsasən Azərbaycan Respublikası İsmayıllı Rayonun Tircan Bələdiyyəsi X1 Fəaliyyəti ilə məşğul olur, dövlət qeydiyyat sənədinin tarixi xx.xx.2010-cu il, VÖEN **********, qeydiyyatda olduğu vergi orqanı - 10 saylı Ərazi Vergilər İdarəsidir,AZ3127, İsmayıllı rayonu,Tircan kəndi ünvanında qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur, (Şəxsiyyət vəsiqəsi AZE №09791448, FİN:xxxxxxx, təvəllüdü xx.xx.1996, Doğulduğu yer-İsmayıllı, Tircan kəndi, vətəndaşlıq - AZE) xx.xx.2023-cü il tarixli **********381300 nömrəli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon Tircan Bələdiyyəsinin (VÖEN:**********) 18 iyul 2023-cü il tarixə ümumilikdə 38.93 manat məbləğində (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 36.30 manat,maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 2.63 manat,inzibati cərimə üzrə 0.00 manat və digər üzrə 0.00 manat) vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; xx.xx.2023-cü il tarixli **********957800 nömrəli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon Tircan Bələdiyyəsinin (VÖEN:**********) 18 iyul 2023-cü il tarixə ümumilikdə 521.58 manat məbləğində (o cümlədən, icbari tibbi sığorta haqları üzrə 447.69 manat,maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 73.89 manat,inzibati cərimə üzrə 0.00 manat və digər üzrə 0.00 manat) vergi borcu vardır.Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; xx.xx.2023-cü il tarixli **********717200 nömrəli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon Tircan Bələdiyyəsinin (VÖEN: **********) 18 iyul 2023-cü il tarixə ümumilikdə 3091.72 manat məbləğində (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 2750.12 manat,maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 341.60 manat, inzibati cərimə üzrə 0.00 manat və digər üzrə 0.00 manat) vergi borcu vardır.Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli, **********518000 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli,**********518000 nömrəli xəbərdarlıq məktubu göndərilərək 3344.86 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borcun ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; 78.1-cü maddəsinə əsasən,vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin,habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 23.1.15-3-cü maddəsinə əsasən,vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Azərbaycan Respublikası MPM-nin: 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyəcisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN:xxxxxxx, təvəllüdü xx.xx.1996, Doğulduğu yer - İsmayıllı rayonu, Tircan kəndi, vətəndaşlıq - AZE) dövlət büdcəsinə olan 3211.2 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ, vergi öhdəliklərini tam olaraq yerinə yetirdiyi dövrə qədər müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1996-cı il tarixdə İsmayıllı rayonun Tircan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan vergi ödəyicisi hüquqi şəxs Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE:AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Məhkəmə qətnaməsi dərhal qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1181/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1181/2023
11.10.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver