Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-119/2021 10.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş JN-407A KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan xx xxxxxxx 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (bundan sonra iddiaçı) iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh1 qardaşıdır. X19 2006-cı ildə, anası Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişlər. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi paylı mülkiyyət əsasında X19 və anası Tamara Əhmədovaya, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında X19a məxsus olmuşdur. Valideyinləri vəfat etdikdə onların dəfnini həyata keçirməklə onların qəbirüstü abidələrini düzəltdirmişdir. O, atasının mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsində inşa edilmiş evdə anadan olmuş və ailə həyatı qurduqdan sonra da həmin evdə yaşamışdır. Ailə həyatı quran vaxt atası ilə birlikdə həyətdəki boş sahədə ikinci fərdi yaşayış evinin inşasına başlamışlar. 1991-ci ildə atası ilə birlikdə inşa etdikləri həyətdəki ikinci yaşayış evi tam hazır olduqdan sonra kiçik qardaşı hazırkı iş üzrə Cavabdeh1 valideyinləri ilə birlikdə həmin tikiliyə köçərək orada yaşamışdır. Həmin vaxtdan bu günədək atasının mülkiyyətində olan fərdi yaşayış evi onun sahibliyində və istifadəsində olmuşdur. Sonradan işi ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində işləyərək öz vəsaiti hesabına mənzil alaraq orada yaşamışdır. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə hər yay istirahət üçün gəlib-getmişdir. Qardaşı Cavabdeh1 tərəfindən bu günədək onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair hər hansı tələb irəli sürülməmişdir. Valideyinlərinin vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmişdir. 2020-ci ilin ortalarında qardaşı Cavabdeh1 özünün yaşadığı fərdi yaşayış evindən əlavə ona məxsus olan evə də iddia irəli sürməyə başlamış və yaşadığı evi ələ keçirməyə çalışmışdır. Valideyinlərindən miras qalan əmlaklara dair vərəsəlik işinin açılıb-açılmaması barədə ərizə ilə İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon notariat ofisi onun müraciətinə cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixli 1261 nömrəli məktubda 2006-cı ildə vəfat etmiş X19dan miras qalan əmlaka dair vərəsəlik işinin açılmadığını göstərmişdir. İsmayıllı rayon notariat ofisinin cavab məktubunu aldıqdan sonra aidiyatı üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən müraciətinə cavab olaraq verilmiş xx xxxxxxx 2020-ci il tarixli **********17 nömrəli cavab məktubundan sonra ona məlum olmuşdur ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 63 saylı qərarı ilə Əməl Əhmədov,Tamara Əhmədova və Cavabdeh1 adına 2004-cü ilin dekabrın 27-də tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** nömrəli xx xxxxxxx 2014-cü il tarixli Çıxarış tərtib edilmişdir. Həmin əmlaka İsmayıllı rayon notariat ofisi tərəfindən qardaşı Cavabdeh1 adına xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında xx xxxxxx 2014-cü ildə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarış verilmişdir. Bundan sonra təkrarən İsmayıllı rayon notariat ofisinə müraciət edərək notariat ofisindən xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etmişdir. Şəhadətnamələri əldə etdikdən sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə İsmayıllı rayon notariat ofisinə ərizə ilə müraciət edərək bilərəkdən başqa vərəsələr barədə hissəni boş qoymuş və bu yolla onun vərəsəlik hüquqlarını pozmuşdur. Bundan əlavə digər zəruri sənədləri alan zaman bu barədə onu məlumatlandırmamış və öz xeyrinə əmlak əldə etməyə nail olmuşdur. İsmayıllı rayon Basqal qəsəbə sakinləri Seymur Şəfiyev, Qurban Əhmədov və Bəylər Əhmədov tərəfindən tərtib edilərək imzalanmış aktla sübut edilir ki, atasından miras qalan fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Valideyinlərindən miras qalan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi qardaşı Cavabdeh1la aralarında olan razılıq əsasında iki yerə bölünərək hasarlanmışdır. Fərdi yaşayış evi ona məxsus olduğundan onun payına düşən torpaq sahəsində yerləşir. İsmayıllı rayon Basqal bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 18 nömrəli və İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 123 nömrəli oxşar məzmunlu arayışlarında mərhum Əməl Əhmədova məxsus İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun övladları onun və qardaşı Cavabdeh1 öz aralarında razılıq əsasında daş hasarla bölündüyü, bölünmüş hissələrdən birindəki həyətdə olan ikinci yaşayış evində qardaşı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığı, lakin onun ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək orada mövsümü yaşadığı və həmin evdə ona və ailəsinə məxsus əşyalar saxlanıldığı göstərilmişdir. Bundan əlavə elektrik enerjisi satışı üzrə ÇJG/9 645796 nömrəli mədaxil qəbzi, **********00339 kodlu abonent saldosu və xx xxxxxx 2020-ci il tarixli 19/13 nömrəli arayışda komunal xidmətlərin və stasionar telefonun onun adına olduğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq qardaşı Cavabdeh1 ondan gizlin olaraq öz vərəsəlik hüquqlarını tanıtmaqla onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. O, fərdi yaşayış evinə faktiki sahiblik etməklə valideyinlərindən miras qalan əmlakı faktiki qəbul etmişdir. İsmayıllı rayon notariat ofisi vərəsəlik hüququnu rəsmiləşdirərkən qanunvericiliyin tələblərini pozmuş və onun hüquqlarını nəzərə almamışdır. Bundan əlavə qardaşı Cavabdeh1 digər vərəsələr barədə məlumat verməsə də notariat ofisi də vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir cəhd göstərməyərək digər vərəsələrə məlumat verməmişdir. Hüquqlarının pozulduğunu gördükdən sonra pozulan hüquqlarının bərpasına nail olmaq üçün məhkəməyə müraciət etmişdir. O, qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan xx xxxxxxx 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Vəkil (bundan sonra iddiaçının nümayəndəsi) iddia tələbini müdafiə etdiyini bildirdi və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 (bundan sonra birinci cavabdeh) iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı qardaşıdır. X19 2006-cı ildə, anası Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişlər. O və qardaşı İddiaçı İsmayıllı rayon Basqal qəsəbəsində doğulmuşlar. Ailədə üç bacı və üç qardaş olmuşlar. Bacılarını valideyinləri sağlıqlarında ər evinə köçürmüşlər. Atası sağlığında öz vəsaiti hesabına qardaşı İddiaçı evləndirərək Bakı şəhərindən ev alıb vermişdir. Atası İsmayıllı rayonu Basqal qəsəbəsindəki ata yurdunun ona qalmasını qardaşı İddiaçı Bakı şəhərindən ev alıb verərkən bildirmişdir. Qardaşı İddiaçı da atası ilə razılaşmışdır. 1992-ci ildən qardaşı İddiaçı Bakı şəhərində yaşayır və orada qeydiyyatdadır. Qardaşı İddiaçı atasının Bakı şəhərindən aldığı evi baha qiymətə sataraq Bakı şəhərində müxtəlif ünvanlardan 3-4 dənə ev almış, evlərin birində ailəsi ilə birlikdə yaşamaqla digərlərini isə icarəyə vermişdir. Qardaşı İddiaçı ona müraciət edərək Basqal qəsəbəsindən torpaq sahəsi tapmağı xahiş etmişdir. Onun köməkliyi ilə qardaşı İddiaçı Basqal qəsəbəsinin girəcəyində Basqal bələdiyyəsindən 13.5 sot torpaq sahəsi almışdır. Qardaşı İddiaçı Bakı şəhərinə köçərkən ehtiyacı olmadığı əşyaları atasına məxsus evdə qalmışdır. Qardaşı İddiaçı əmlakının əvvəl atasının evində, sonradan isə vərəsəlik əsasında onun mülkiyyətinə keçmiş evdə qalmasına bir qardaş kimi narazılıq etməmişdir. Ancaq qardaşı İddiaçı həmin əmlakların onun evində qalmasından sui-istifadə edərək atasından ona miras qalan fərdi yaşayış evini valideyinlərinin vəfatından sonra ələ keçirərək qapıları qıfıllamış və onu mülkiyyətində olan evə buraxmamışdır. Qardaşı İddiaçı onu mülkiyyətində olan evə buraxmadığından məcbur qalaraq həyətdəki yardımçı tikilidə qalmışdır. Valideyinləri qardaşı İddiaçı Bakı şəhərinə köçdükdən sonra vəfat etmişlər. Valideyinləri vəfat etdikləri günədək onlarla birlikdə yaşamış, onlara qulluq etmiş və vəfat etdikdən sonra isə onların dəfn və hüzür zərclərini çəkmişdir. Qardaşı İddiaçı mübahisəli evdə doğulmuş, orada yaşamış, ailə qurmuş və 1992-ci ildən isə Bakı şəhərinə köçərək orada atasının aldığı evdə yaşamışdır. Qardaşı İddiaçı tərəfindən ata yurdunda ev tikilməmişdir. Mübahisəli ev tikilərkən qardaşı İddiaçı üç yaşı olmuşdur. 1992-ci ildən qardaşı İddiaçı Basqal qəsəbəsindən qeydiyyatdan çıxdığından torpaq islahatları vaxtı onun adı islahat siyahısına salınmamışdır. Valideyinləri ilə birlikdə yaşadığından torpaq islahatları zamanı yaşadığı həyətyanı torpaq sahəsi JN-407 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun və valideyinlərinin birgə mülkiyyətlərinə verilmişdir. Qardaşı İddiaçı valideyinlərinin vəfatından sonra miras əmlakla maraqlanmamışdır. 2011-2012-ci illərdə sovet dönəmindən vətəndaşların əmanət kassalarında və banklarda qalan pulların ödənişi başlayarkən atasından miras qalan az miqdarda pul vəsaitinin miras əmlak kimi qəbulu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında pul vəsaiti onun adına ödənilmişdir. 2014-cü ildə isə atasından miras qalan əmlakın vərəsəlik qaydasında onun adına keçirilməsinə başlamışdır. Həm bankdan pulun alınması, həm də atasından qalan əmlakın onun adına keçirilməsi zamanı qardaşı İddiaçı məlumat vermişdir. Ancaq qardaşı İddiaçı atasından qalan əmlaklardan imtina edərək miras əmlaka ehtiyacının olmadığını bildirmişdir. Qardaşı İddiaçı mirasın onun adına rəsmiləşməsindən bir müddət sonra onun evində qalan az miqdarda əmlakını əsa tutaraq mülkiyyətində olan evə gəlib-getməyə və evin ona məxsus olmasını bildirərək fərdi yaşayış evinə dair mülkiyyət hüququnu pozmağa başlamışdır. Qardaşı İddiaçı mülkiyyət hüququnu pozması barədə hərəkətlərinin ötəri olduğunu düşünmüş, böyük qardaş kimi aralarındakı qardaşlıq münasibətlərinə xələl gəlməməsinə, aralarında baş verənlərdən el-obanın, qohum-əqrabanın bilməməsinə çalışmış və mübahisənin öz aralarında sülh yolu ilə həll edilməsini istəmişdir. Lakin sonradan bu yolların keçərli olmamasını görərək qardaşı İddiaçı qarşı iddia tələbi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməssinə evdən çıxarılma və mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulmasına dair iddia tələbi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməssinə müraciət etmişdir. Qardaşı İddiaçı qarşı irəli sürdüyü iddia tələbi Bakı şəhər Nəsimi rayon Məhkəməssi tərəfindən aidiyat məsələsinə görə geri qaytarılmışdır. Bundan sonra İddiaçı ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qardaşı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini qanunsuz olaraq əlindən aldıqdan sonrac 3-4 il əvvəl Basqal qəsəbəsinə qaz xətti çəkilərkən qanunsuz yollarla qaz xəttini öz adına çəkdirmişdir. 2014cü ildə İsmayıllı rayon notariat ofisinə müraciət edərək valideyinlərindən miras qalan əmlaka dair İsmayıllı rayon notariat ofisindən xx xxxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Qeyd edilən şəhadətnamələr əsasında miras əmlaka dair öz adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmış xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunu almışdır. Qardaşı İddiaçı miras əmlakı qoruyub saxlamamış, miras əmlakla maraqlanmamış, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində heç bir hərəkət etməmiş, miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməmişdir. Valideyinləri vəfat edənədək onlarla birlikdə yaşamış, onların vəfatından sonra da miras əmlakı faktiki qəbul etmiş, miras əmlakı qoruyub saxlamışdır. Qardaşı İddiaçı miras əmlakı qəbul etməmiş, mirasla maraqlanmamış, eyni zamanda atası sağlığında qardaşı İddiaçı çatan miras payını ödəmiş və qardaşı İddiaçı bununla tam razılaşdığından 2014-cü ildə mirasla bağlı mübahisə açmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon notariat ofisinin (bundan sonra ikinci cavabdeh) nümayəndəsinə məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə ikinci cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid İsmayıllı rayon İHB-nın Basqal İƏD üzrə nümayəndəsi Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı rayon İHB-nın Basqal İƏD üzrə nümayəndəsi işləyir. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil sorğusu əsasında arayış vermiş və arayışda İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətindfə olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını göstərmişdir. Mübahisəli əraziyə baxış keçirdikdən sonra arayış tərtib etmişdir. Şahid İsmayıllı rayon Basqal qəsəbə bələdiyəsinin nümayəndəsi Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı rayon Basqal qəsəbə bələdiyəsinin sədri vəzifəsini müvəqqəti icra etmişdir. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil sorğusu əsasında arayış vermiş və arayışda İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətindfə olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını, həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını, İddiaçı və Cavabdeh1 hər birinin adında ayrıca qaz və işıq sayğaclarının, su və telefon xəttinin olduğunu göstərmişdir. Şahid Şəfiyev Seymur Söbət oğlu ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 xalası oğludur. Hər ikisi İsmayıllı rayonu Basqal qəsəbəsində doğulub orada yaşayıblar. İddiaçı ata mülkündə yaşadıqdan sonra bir müddət Rusiya Federasiyasına gedib-gəlibdir. Sonradan yenə də ata mülkünə qayıtmış və hazırda orada yaşayır.İddiaçı və Cavabdeh1 valideyinləri rəhmətə getdikdən sonra onların atadan qalma evdə daimi yaşayış olmamışdır.İddiaçı hər il yay mövsümündə atadan qalma evə gələrək orada istirahət etmişdir. İddiaçı atadan qalma evdə müəyyən əşyaları var. Cavabdeh1 atadan qalma evdə deyil, həmin həyətdə yerləşən ikinci yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şahid X10 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. Usta işləyir. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. O, İddiaçı və Cavabdeh1 yaşadıqları həyətin hasarını çəkmişdir. Hasarın pulunu Cavabdeh1 və anası Tamara Əhmədova vermişdir. Şahid X11 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. Onların ata mülkündəki həyətdə əvvəllər bölgü olmamışdır. Valideyinləri vəfat etdikdən sonra onlar həyəti öz aralarında bölüblər. İddiaçı valideyinləri vəfat edəndə onların dəfn və yas mərasimlərində iştirak etmişdir. Cavabdeh1 atası vəfat edəndə Rusiya Federasiyasında olmuş və atasının dəfninin üçüncü günü gəlib çıxmışdır. Cavabdeh1 anası vəfat edəndə dəfn mərasimində iştirak etmişdir. Şahid X12 ifadə verərək göstərdi ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 dayısıdır.Onlar arasında yaranan mübahisə torpaq sahəsi ilə bağlıdır. Uşaq vaxtı mübahisəli evə gələrkən qohumları ata evinin İddiaçı məxsus olduğunu və həmin evə girməmələrini bildirirdilər. Şahid X13 ifadə verərək göstərdi ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 qayınlarıdır. Əvvəllər mübahisəli həyətə gəlib-getmişdir. Mübahisəli həyətə gəlib-gedərkən qohumları evin İddiaçı məxsus olduğunu bildirmişlər. İddiaçı mübahisəli həyətdə çox zəhməti olubdur. Şahid X6 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 həmkəndliləridir. Mübahisəli həyətə hasar çəkilərkən onların anası mərhum Tamara Əhmədova sağ olmuşdur. Hasar çəkilərkən ustaya kömək etmişdir. X18 çəkmişdir. Onun pulunu ustası Qurban Əhmədov vermişdir. Şahid X7 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Zeyvə kəndində yaşayır. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. Mübahisəli həyətin bölünməsini və bölünmüş əraziyə hasar çəkilməsini İddiaçı təşkil etmişdir. Həyətə hasar çəkilərkən Cavabdeh1 və ailə üzvləri hasar çəkilən əraziyə gəlməmişlər. Cavabdeh1 və ailə üzvləri mübahisəli həyətin bölünməsinə və hasar çəkilməsinə müdaxilə etməmişlər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. 1988-ci il tarixli 240 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 mülkiyyətinə verilmişdir. xx xxxxxx 2004-cü il tarixli JN-407A KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi X8, X5 və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmişdir. xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınaraq çıxarış verilmişdir. xx xxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, X9, X3 və Cavabdeh1 birgə mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsinə və X2 mülkiyyətində olan fərdi yaşayış evinə dair Cavabdeh1 öz adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmış çıxarış almışdır. xx xxxxxxx 2014-cü il tarixli reyestrdə 2V-1/336 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə verilmiş arayışa və xx xxxxxxx 2014cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayon Basqal qəsəbəsi ərazisində 0.09 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 62.6 kv.m olan fərdi yaşayış evindən xx xxxxxx 2006-cı il tarixdə vəfat etmiş mərhum X4 çatan hissəsindən vərəsə Cavabdeh1 tam, həyətyanı torpaq sahəsindən isə mərhuma çatan hissəsində pay alması göstərilmişdir. xx xxxxxxx 2014-cü il tarixli reyestrdə 2V-1/337 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə verilmiş arayışa və xx xxxxxxx 2014cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayon Basqal qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tam, 0.09 hektar torpaq sahəsinin isə xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş mərhum X1 çatan hissəsində vərəsə Cavabdeh1 pay alması göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli 173330 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Əməl Əhmədov xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. xx xxxxxx 2020-ci il tarixli 214285 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Tamara Əhmədova xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. Sonradan JN-407A KOD 40700016 nömrəli şəhadətnaməyə əsasən həmin torpaq sahəsi X8, X5 və Cavabdeh1 birgə mülkiyyətinə verilmişdir.Əməl Əhmədov 2006-cı ildə, Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişdir.2014-cü ildə Cavabdeh1 valideyinlərindən miras qalan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisindən xx xxxxxxx 2014-cü il tarixli reyestrdə 2V-1/336 və 2V-1/337 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. 2014-cü ildə Cavabdeh1 İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və fərdi yaşayış evinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmış xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. İddiaçı xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan xx xxxxxxx 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsini tələb edir. Birinci cavabdeh mübahisəli evi və torpaq sahəsini vərəsə kimi qanuni əsaslarla əldə etdiyini, iddiaçının iddia tələbini əsassız hesab etdiyini və rədd edilməsini xahiş edir. İkinci cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyən etmək mümkün olmamışdır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması,vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci cavabdeh valideyinlərindən miras qalan əmlakı qoruyub saxlamış, həmin əmlakı faktiki olaraq idarə etmiş, mirası qəbul etməsini təsdiq edən sübutları notariat orqanına təqdim edərək öz adına xx xxxxxxx 2014-cü il tarixli reyestrdə 2V-1/336 və 2V-1/337 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Cavabdeh1 adına xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində çıxarış sənədi hazırlanarkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, iddia tələbi Cavabdeh1 adına verilmiş xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. İddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etməli olduğu halda notariat ofisinə müraciət etmədən məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməısi barədə ərizə ilə müraciət etməli olduğu halda məhkəməyə miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qeyri müəyyən tələblə müraciət etmişdir. İddiaçı həm də miras əmlak üzərində öz payını müəyyənləşdirmədən cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbi iddiaçının valideyinlərindən miras qalan xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan xx xxxxxxx 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş JN-407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan xx xxxxxxx 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-119/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-119/2021
10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver