Məhkəmə qərarları › İş №2(037)-129/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-129/2021

03.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-129/2021 03.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması, paylı mülkiyyətdə olan torpaq sahəsinin real bölünməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 xx xxxx 1999-cu il tarixli 99 saylı qərarı ilə JN-052F KOD 40707005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən valideyinlərindən miras qalmış 0.05 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin miras əmlak olaraq qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və X1 xx xxxx 1999-cu il tarixli 99 saylı qərarı ilə verilmiş JN- 052F KOD 40707005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən paylı mülkiyyətdə olan torpaq sahəsinin real bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1la öz aralarında qarşılıqlı razılığa gəlmişlər. Hazırda onun cavabdehə qarşı heç bir tələb və şikayəti yoxdur və iddiadan imtina edir. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddiaçı ilə aralarında qarşılıqlı razılıq əldə olunduğunu, hazırda iddiaçının ona qarşı heç bir tələb və şikayətinin olmadığını, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iş materiallarını və iddiaçının vəsatətini nəzərdən keçirərək qeyd olunan hüquq normasının tələbinə əsasən qərara gəlir ki, tərəflər öz aralarında könüllü olaraq razılığa gəldiklərinə və iddiaçı iddiadan imtina etdiyinə və cavabdehin iddia tələbinə xitam verilməsinə etiraz etmədiyinə görə bu imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması,paylı mülkiyyətdə olan torpaq sahəsinin real bölünməsi tələbinə dair mülki iş üzrə iddiaçı öz iddiasından imtina etdiyinə görə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar