Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1316/2025 16.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı, İddiaçı cavabdeh İsmayıllı Rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisinin xüsusi notariusu X1 13 mart 2025-ci il tarixdə, 8İ-1695 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2(037)-716/2025 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh İsmayıllı Rayon Notariat Ofisi və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi:**********) tam şəkildə ona qaytarılması qərara alınmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinə əvvəlki dövlət rüsumu qəbzini (Qəbzin nömrəsi:**********) əlavə etmişdir. Belə olan halda hazırki iddia ərizəsi baxılması üçün icraata götürülə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maadəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh İsmayıllı Rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1316/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1316/2025
16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver