Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-137/2023 29.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 29 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Tircan kəndində qaynanası X6 məxsus 1,02 hektar torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İsmayıllı rayonu Notariat Ofisinə qaynanası X3 miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. İsmayıllı rayonu Notariat ofisi ərizənin təmin olunmasından imtina etmiş və ona ünvanladığı 24 dekabr 2022-ci il tarixli 1971 nömrəli məktubunda qeyd edilmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüş və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Bu səbəbdən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil və bu məsələ il bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. O, zənn etmişdir ki, qaynanası Gülüsüm Məmmədovadan miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. İsmayıllı rayonu Tircan kəndində qaynanası Gülüsüm Məmmədovaya məxsus 1,02 hektar torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə münasibətini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. JN-0591 KOD 40726018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonu DNK-nın 10 aprel 2006-cı il tarixli 4Ə-1-332 nömrəli alğı-satqı müqaviləsi ilə İsmayıllı rayonu Tircan kəndi ərazisindən 1,02 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. 11 avqust 1982-ci il tarixli İİİ-ЖГ №280042 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X8 nikahları 11 avqust 1982-ci il tarixdə 671 nömrə ilə qeydə alınmışdır. 11 iyul 2001-ci il tarixli AZ №113776 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 11 iyul 2001-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Kontorunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanladığı 22 iyul 2015-ci il tarixli 327 nömrəli məktubunda qeyd edilmişdir ki, X11 11 iyul 2001-ci il tarixdə vəfat etmiş və vərəslərinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən X12 miras qoyanın vərəsəsidir. İsmayıllı rayon Dövlət Arxivinin 23 iyul 2015-ci il tarixli 288 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu Tircan kənd İƏD-nin (XDS-nin) 1980-2001-ci illərin Təsərüffatbaşına kitablarında X7 ailə başçısı olmaqla şəxsi istifadəsində 1933-1948-ci illərdə tikilmiş ev və 0,05 hektar həyətyanı torpaq sahəsi var. 28 mart 2017-ci il tarixli AZ-İ №867936 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 26 mart 2017-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 24 dekabr 2021-ci il tarixli 1971 nömrəli məktubunda qeyd edilmişdir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil və bu məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 13 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka vərəsəsi X12 tərəfindən 22 iyul 2015-ci il tarixdə İsmayıllı rayon DNK-na qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət ərizəsi rəsmiləşdirilmişdir. 23 yanvar 2023-cü il tarixli **********287 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X4 11 iyul 2001-ci il tarixdə vəfat etmiş anası – X5 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini, etmək fikrində olmadığını notarial qaydada təsdiq edilmiş ərizə ilə bildirmişdir. 18 fevral 2023-cü il tarixli, AZ-İİ №337397 nömrəli şəhadətnamənin surətindən görünür ki, X1 08 fevral 2023-cü il tarixdə vəfat etmişdir. 26 fevral 2023-cü il tarixli ərizədən görünür ki, X2 11 iyul 2001-ci il tarixdə vəfat etmiş anası – X5 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini, etmək fikrində olmadığını öz imzası ilə təsdiq etməklə ərizə ilə bildirmişdir. İsmayıllı rayon Notariat Ofisinin 03 mart 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X6 İsmayıllı rayon DNK-da vərəslik işi açılmış, lakin vərəslərinə hər hansı bir əmlaka dair vərəsəlik işi şəhadətnaməsi verilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, JN-0591 KOD 40726018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu DNK-nın 10 aprel 2006-cı il tarixli 4Ə-1-332 nömrəli alğı-satqı müqaviləsi ilə İsmayıllı rayonu Tircan kəndi ərazisindən 1,02 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. X14 ilə X8 nikahları 11 avqust 1982-ci il tarixdə 671 nömrə ilə qeydə alınmışdır. Gülüsüm Məmmədova 11 iyul 2001-ci il tarixdə vəfat etmişdir.İsmayıllı rayon Notariat Kontorunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanladığı 22 iyul 2015-ci il tarixli 327 nömrəli məktubunda qeyd edilmişdir ki, Gülüsüm Məmmədova 11 iyul 2001-ci il tarixdə vəfat etmiş və vərəslərinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən Azər Məmmədov miras qoyanın vərəsəsidir. İsmayıllı rayon Dövlət Arxivinin 23 iyul 2015-ci il tarixli 288 nömrəli arxiv arayışına əsasən İsmayıllı rayonu Tircan kənd İƏD-nin (XDS-nin) 1980-2001-ci illərin Təsərüffatbaşına kitablarında Gülüsüm Məmmədovanın ailə başçısı olmaqla şəxsi istifadəsində 1933-1948-ci illərdə tikilmiş ev və 0,05 hektar həyətyanı torpaq sahəsi var. Azər Məmmədov 26 mart 2017-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 24 dekabr 2021-ci il tarixli 1971 nömrəli məktubunda qeyd edilmişdir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil və bu məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 13 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka vərəsəsi X12 tərəfindən 22 iyul 2015-ci il tarixdə İsmayıllı rayon DNK-na qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət ərizəsi rəsmiləşdirilmişdir. X4 11 iyul 2001-ci il tarixdə vəfat etmiş anası – Gülüsüm Məmmədovanın ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini, etmək fikrində olmadığını notarial qaydada təsdiq edilmiş 23 yanvar 2023-cü il tarixli **********287 nömrəli ərizə ilə bildirmişdir. Miras qoyanın qızı - X1 08 fevral 2023-cü il tarixdə vəfat etmişdir. X2 11 iyul 2001-ci il tarixdə vəfat etmiş anası – X5 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini, etmək fikrində olmadığını öz imzası ilə təsdiq etməklə 26 fevral 2023-cü il tarixli ərizə ilə bildirmişdir. İsmayıllı rayon Notariat Ofisinin 03 mart 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X6 İsmayıllı rayon DNK-da vərəslik işi açılmış, lakin vərəslərinə hər hansı bir əmlaka dair vərəsəlik işi şəhadətnaməsi verilməmişdir. İddiaçı İsmayıllı rayonu Tircan kəndində qaynanası Gülüsüm Məmmədovaya məxsus 1,02 hektar torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, mərhum Gülüsüm Məmmədova 11 iyul 2001-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayonu Tircan kəndində yerləşən 1,02 hektar torpaq sahəsi mərhum Gülüsüm Məmmədovadan miras qalmışdır. Gülüsüm Məmmədonın vərəslərinin dairəsi müəyyən edilmiş və mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının əri - X12 miras qoyanın vərəsəsidir. Gülüsüm Məmmədovanın qızları - X4 və X2 analarının ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini, etmək fikrində olmadığını ərizələri ilə bildirmişlər. Gülüsüm Məmmədovanın digər qızı - X1 08 fevral 2023cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən 1,02 hektar torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 11 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən 1,02 hektar torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-137/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-137/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver