Məhkəmə qərarları › İş №2(037)-138/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-138/2021

07.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-138/2021 07.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı cavabdehlər Heybətlı̇ Hı̇ kmət Eldar oğlu və Cavabdeh2 Sabı̇ r qızına qarşı birgə mülkiyyətdə olan evin və evin yerləşdiyi torpaq sahəsindən ona çatan payın cavabdehlərdən alınaraq ona qaytarılması və mülkiyyət, əmlak, insani hüquq və azadlıqların bərpası tələbinə dair mülki işə 07 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Heybətlı̇ Hı̇ kmət Eldar oğlu (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 Sabı̇ r qızına (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək Nümayəndə ilə rəsmi ailə nikahlarından birgə qazandıqları qazancla tikdikləri İsmayıllı rayon, M.Əsədov küçəsi, 1 nömrəl ev və evin yerləşdiyi torpaq sahəsindən ona çatası paylı mülkiyyətlərindən iki otaqlı evin bir otağı, iki otaqlı evin balkonunun yarısı, doqquz sota torpaq sahəsinin beş sotası, küçəyə çıxış iki qapısından bir qapısı və qırx beş metr daş hasardan iyirmi iki metri ona çatası payla birgə mülkiyyətlərindən payını cavabdehlərdən alınaraq ona qaytarılması, mülkiyyət, əmlak, insani hüquq və azadlığının bərpasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışının birinci iclasında iştirak edən nümayəndəsi Nümayəndə işə baxan məhkəmə sədrinə və bütün məhkəmə tərkibinə etiraz vermişdir. Apelyasiya məhkəməsi tərəfindən etiraz təmin edilməmiş və baxılması üçün məhkəməyə qaytarılmışdır. Təyin olunmuş məhkəmə iclasında iddiaçı işitrak etməmiş, nümayəndəsi Nümayəndə işə İsmayıllı rayon Məhkəməsində baxılmasına etiraz əlaməti olaraq məhkəmə iclas zalını tərk etmiş və təxirə salınaraq yenidən təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. İkinci cavabdeh də məhkəmə iclasında iştirak etməmiş, birinci cavabdeh ərizə verərək işə iddiaçı, nümayəndəsi və ikinci cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlara məxsus xüsusi mülkiyyətlərində və daimi istifadələrində olan İsmayıllı rayon M.Əsədov küçəsi bir nömrəli evin bir otağında həyat yoldaşı Nümayəndə icazəsi ilə müvəqqəti kirayəniş olan Cavabdeh2 və oğlanları Cavabdeh1 və X4 15 fevral 2016-cı ildə İsmayıllı rayon Məhkəməsində həyat yoldaşı Nümayəndə qarşı öz mülkiyyətlərinə və mənzillərinə daxil olmağa qadağa qoyulması və maneələrin aradan qaldırılması tələbi ilə iddia qaldırmışlar. Qeyd olunan mənzilin yerləşdiyi torpaq sahəsinin 0,06 sotu onlara 1986-cı ildə verilmişdir. Torpaq sahələrinə bitişik olan 0,02 sot dərəni öz hesablarına torpaqla doldurularaq yararlı hala salmış və həmin torpaq sahəsi İsmayıllı bələdiyyəsinin 19 avqust 2003-cu il tarixli 11 saylı protokoluna əsasən onlara satılmışdır. Qeyd olunan ərazi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə onların mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahələrində 2003-cü ildə rəsmi icazə sənədləri ilə bir mərtəbəli, iki otaqlı yaşayış evi tikmişlər. Həmin ev üzərində mülkiyyət hüququ DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 05 aprel 2016-cı il tarixdə rəsmi dövlət qeydiyyatına alınaraq çıxarış və fərdi yaşayış evinin texniki pasportu onlara verilmişdir. Onun ailəsinə qarşı əsassız iddia qaldıran Cavabdeh2 və Cavabdeh1 mərhum oğulları Eldar Balayevin həyat yoldaşı və oğludur. X7 2001-ci ildə vəfat etdikdən sonra onlar həmin həyətlərində yaşayış evi tikərək oğullarının ailəsinə, yəni gəlinləri Cavabdeh2 və onun iki azyaşlı uşaqları olan Hikmət Balayev və Fikrət Balayevə öz xüsusi evlərində müvəqqəti yaşamağa şərait yaratmışlar ki, uşaqlar böyüdükdən sonra özlərinə ev tikərək öz mənzillərinə köçərlər. Həmin vaxtdan 2016-cı ilin əvvəlinə kimi aralarında heç bir mübahisə olmadığı halda cavabdehlər xəbərləri olmadan onlara məxsus evə pasport qeydiyyatına alınmışlar. Cavabdehlər onları mənzillərindən qovmağa cəhd edirlər. Cavabdehlərin onların öz mənzillərinə daxil olmaqlarına qadağa qoyması qanunla yol verilməzdir. Tələb olunan mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi onların mülkiyyətindədir. 1986-cı ildən 2021-ci ilə kimi olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 1986-cı ildən 2021-ci ilə qədər hər il mülkiyyət və əmlak vergisini ödədiklərini hüquqi sənədlər və elektron məlumat sistemi təsdiq edir. Cavabdehlərin adlarında torpaq və mənzillərinin olması, dövlətə torpaq və əmlak vergisi ödədikləri haqqında sübutları və dövlət reyestr çıxarışları olmadığı halda saxta sənədlərlə onları mülkiyyətlərindən qovmuşlar. Onlara verilmiş reyestr çıxarışları Daşınmaz Əmlak Dövlət Reyestri haqqında Qanunun 4.1-ci maddəsinə əsasən özü hüquqi qüvvəsini saxlayır. Nümayəndələ rəsmi ailə nikahlarından birgə qazandıqları qazancla tikdikləri İsmayıllı rayon, M.Əsədov küçəsi, 1 nömrəl ev və evin yerləşdiyi torpaq sahəsindən ona çatası paylı mülkiyyətlərindən iki otaqlı evin bir otağı, iki otaqlı evin balkonunun yarısı, doqquz sota torpaq sahəsinin beş sotası, küçəyə çıxış iki qapısından bir qapısı və qırx beş metr daş hasardan iyirmi iki metri ona çatası payla birgə mülkiyyətlərindən payını cavabdehlərdən alınaraq ona qaytarılması, mülkiyyət, əmlak, insani hüquq və azadlığının bərpasına dair qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mübahisəli evdə o, anası Cavabdeh2 və qardaşı Fikrət Heydərli yaşayırlar. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli qərarı ilə iddiaçının həyat yoldaşı Nümayəndə adına verilmiş mübahisəli ev üzrə çıxarışın ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar icra olunmuş, iddiaçının həyat yoldaşı Nümayəndə adına verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv olunmuşdur. 08 avqust 2019-cu il tarixdə atası Eldar Balayevin adına mübahisə predmeti olan fərdi yaşayış evinin xüsusi mülkiyyətində olmasına dair çıxarış verilmişdir. İddiaçı və həyat yoldaşının mübahisəli əmlaklara dair heç bir hüquqları qalmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524 nömrəli qətnaməsinin surətindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 cavabdeh Nümayəndə mülkiyyətində olan, İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması, Cavabdeh2, Cavabdeh1 və X4 tərəfindən Nümayəndə mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması qət edilmiş, ilk və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən Nümayəndə mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsi üzrə iddia tələbi təmin edilmiş, qalan hissədə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757 / 2017 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Nümayəndə kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasın Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 13(102)-4/2019 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 saylı qərarı, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2017-ci il tarixli 2(107)-59/2017 saylı qətnaməsi və İsmayıllı rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(037)-513/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 iddia tələbi təmin edilərək İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə Nümayəndə daxil olmasına qadağa qoyulması qət edilmişdir. Nümayəndə Cavabdeh1 qarşı mülkiyyətində olan evin dəmir darvazasının və əl qapısının açılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 21(84)-55/2017 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə Nümayəndə adına verilmiş 20 iyul 2010-cu il tarixli A seriyalı 273690 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüququların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 29 avqust 2017-ci il tarixli 2-1(107)-243/2017 nömrəli qərarının surətindən görünür ki, Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2- 1(84)-55/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 27 oktyabr 2017-ci il tarixli **********32 nömrəli məktubun surətindən görünür ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin 02 may 2017ci il tarixli 2-1(84)- 55/2017 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən qanunamüvafiq qaydada icra olunmuşdur. 08 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, M.Əsədov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 55.7 kv.metr olan fərdi yaşayış evinə X2 adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. Fərdi yaşayış evi Eldar Balayevin mülkiyyətindədir. Məhkəmə birinci cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524 nömrəli qətnaməsi ilə Cavabdeh1 05 aprel 2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış üzrə cavabdeh Nümayəndə mülkiyyətində olan, İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnu müəyyən olunmuş, Cavabdeh2, Cavabdeh1 və X4 tərəfindən Nümayəndə mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən Nümayəndə mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsi üzrə iddia tələbi təmin edilmiş, qalan hissədə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Göstərilən qətnamədən Nümayəndə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar Cavabdeh2, X4 və Cavabdeh1 cavabdeh Nümayəndə qarşı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə ərizəsinə Azərbaycan Respublikasın Ali Məhkəməsinin Plenumunda baxılaraq Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 13(102)-4/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 saylı qərarı, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2017-ci il tarixli 2(107)- 59/2017 saylı qətnaməsi və İsmayıllı rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(037)-513/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə Cavabdeh2 və X1 iddia tələbi təmin edilərək İsmayıllı şəhəri, M.Əsədov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə Nümayəndə daxil olmasına qadağa qoyulması qət edilmişdir. Nümayəndə X3 qarşı mülkiyyətində olan evin dəmir darvazasının və əl qapısının açılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(84)-55 / 2017 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə Nümayəndə adına verilmiş 20 iyul 2010-cu il tarixli A seriyalı 273690 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2017-ci il tarixli 2-1(107)-243/2017 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(84)-55/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar mübahisələndirilməmiş və qüvvəyə minmişdir. Qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra olunmuş və Nümayəndə adına olan 05 aprel 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarış ləğv olunmuşdur. 08 avqust 2019-cu il tarixdə İsmayıllı şəhəri, M.Əsədov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə X2 adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. Fərdi yaşayış evi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının həyat yoldaşı – hazırki iş üzrə nümayəndəsi Nümayəndə mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi öhdəliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra olunmuş, iddiaçının həyat yoldaşı Nümayəndə adına verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv olunmuşdur. 08 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, M.Əsədov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi Eldar Balayevin xüsusi mülkiyyətindədir. Hazırda mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçı və həyat yoldaşı Nümayəndə heç bir mülkiyyət hüququ yoxdur. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Heybətlı̇ Hı̇ kmət Eldar oğlu və Cavabdeh2 Sabı̇ r qızına qarşı Nümayəndə ilə rəsmi ailə nikahlarından birgə qazandıqları qazancla tikdikləri İsmayıllı rayon, M.Əsədov küçəsi, 1 nömrəl ev və evin yerləşdiyi torpaq sahəsindən ona çatası paylı mülkiyyətlərindən iki otaqlı evin bir otağı, iki otaqlı evin balkonunun yarısı, doqquz sota torpaq sahəsinin beş sotası, küçəyə çıxış iki qapısından bir qapısı və qırx beş metr daş hasardan iyirmi iki metri ona çatası payla birgə mülkiyyətlərindən payını cavabdehlər Heybətlı̇ Hı̇ kmət Eldar oğlu və Cavabdeh2 Sabı̇ r qızından alınaraq ona qaytarılması, mülkiyyət, əmlak, insani hüquq və azadlığının bərpasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar