Məhkəmə qərarları › İş №2(037)-1389/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1389/2023

01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1389/2023 01.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdehnə qarşı icra işinin ləğvi və icra məmuru Rahim Mustafayevin əməllərində yol verilmiş qanun pozuntularının aparılması üçün prokurorluğa göndərilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rahim Mustafayevin 06 noyabr 2023-cü il tarixli məktubla təyin etdiyi icra işinin qeyri qanuni olduğu, hərrac protokolunun ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi üçün əsas olan sənədlərin (xx.xx.2023-cü il tarixli məktubda göstərilən) surətlərinin ona təqdim edilməsi və R.Mustafayevin əməllərinin araşdırılması üçün prokurorluq orqanına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsində göstərilən forma və məzmuna riayət etmədən tərtib etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini bir surətdən ibarət təqdim etmiş, cavabdeh kimi işə cəlb etdiyi Cavabdeh tərəfindən 06 noyabr 2023-cü il tarixli məktubla təyin etdiyi icra işinin qeyri qanuni olduğu, hərrac protokolunun ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi üçün əsas olan sənədlərin surətlərinin ona təqdim edilməsi və R.Mustafayevin əməllərinin araşdırılması üçün prokurorluq orqanına göndərilməsi kimi qeyri-müəyyən tələblərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-c maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etmədiyindən və icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək əvəzinə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı icra işinin ləğvi və icra məmuru Rahim Mustafayevin əməllərində yol verilmiş qanun pozuntularının aparılması üçün prokurorluğa göndərilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar