Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-142/2022 11.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əlı̇ yev Rəşı̇ d Hüsaməddı̇ n oğlunun cavabdeh Qəndı̇ yev Aqı̇ l Fı̇ rı̇ dun oğluna qarşı avtomobilin geri qaytarılması və pul tələbinə dair mülki işə 11 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Əlı̇ yev Rəşı̇ d Hüsaməddı̇ n oğlu (bundan sonra iddiaçı) cavabdeh Qəndı̇ yev Aqı̇ l Fı̇ rı̇ dun oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Mercedes Benz E320” minik markalı, ** BM *** seriya nömrəli avtomobilin geri qaytarılması, 2500 manat pul və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə İsmayıllı rayonu Qurbanəfəndi kəndi ilə üzbəüz kafedə tanış olmuşdur. Həmin kafenin üzərində "satılır" lövhəsini görmüş və kafeni almaq üçün cavabdehlə kafenin satış qiyməti ilə maraqlanmışdır. İlk öncə cavabdeh kafeni 30000 manata satdığını demişdir. O, qardaşı Rəşad Əliyevə zəng edərək bu barədə məlumat vermişdir. Ertəsi gün o, qardaşı ilə birlikdə cavabdehlə həmin kafedə görüşmüşlər. Söhbət zamanı məlum olmuşdur ki, həmin kafenin sənədləri yoxdur. Cavabdeh həmin kafenin sənədlərini düzəldəcəyini söyləmişdir. Onlar qeyd olunan kafeni almaq üçün cavabdehlə 20000 manata razılaşmış və həmin pulun içində olmaq şərti ilə cavabdeh onlara sənədləri tam şəkildə verəcəyini bildirmişdir. Cavabdeh kafeni işlətmək üçün onların ixtiyarlarına vermişdir. Onlar kafedə yeni inşa işləri və təqribən 4000 manat civarında bərpa işləri görmüşlər. Bərpa işlərindən sonra kafeni işlətməyə başlamışlar. Cavabdeh hər dəfə gələrək onlardan sənədləri düzəltmək adı ilə hissə-hissə pul alaraq toplamda 2500 manat pul almışdır. Aralarında danışığa əsasən 20000 manat pulu vermək üçün o, özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobilini satıb pulu verəcəyini söyləmişdir. Cavabdeh həmin avtomobili 20000 manat pulun əvəzində ondan almışdır. O, özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili cavabdehə etibarnamə ilə vermişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək kafenin sənədlərini düzəltməmişdir. Onlara sonradan məlum olmuşdur ki, həmin kafe Meşə İdarəsinin ərazisində yerləşir və həmin ərazi Meşə İdarəsinin balansındadır. Həmin ərazinin cavabdehin icarəsində və ya istifadəsində olmasına dair heç bir sənəd yoxdur. Bundan sonra o, həmin avtomobilin mülkiyyətçisi kimi etibarnaməni ləğv etdirmişdir. Bir neçə gün sonra həmin avtomobil Sumqayıt şəhərində cərimə meydançasına aparmışlar. Polis İdarəsindən ona zəng edilərək həmin yerə gəlməyini bildirmişlər. O, qardaşı ilə Sumqayıt şəhərinə getmiş və avtomobilin cərimə meydançasında olmadığını görmüşlər. O, oradan çıxdıqdan sonra bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, dəfələrlə cavabdehdən “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin və 2500 manat pul geri qaytarmasını tələb etsə də sonuncu bundan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də o, məhkəmyə müraciət etməyə məcbur olmuşdur. “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasını, 2500 manat pul və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Hüsaməddin Əliyev iddiaçının izahatının məzmununa uyğun izhat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə İsmayıllı rayonu Qurbanəfəndi kəndi ilə üzbəüz kafedə tanış olmuşdur. O, qeyd olunan kafeni 30000 manata satmaq qərarına gəlmiş və iddiaçı həmin kafeni almaq istədiyini bildirmişdir. O, iddiaçı ilə kafenin satış qiymətini 20000 manata razılaşmışlar. O, iddiaçıya qeyd olunan kafenin sənədlərinin olmadığı barədə məlumat vermişdir. Həmin kafenin sənədlərini qaydasına qoyacağını iddiaçıya bildirmişdir. İddiaçı bununla razılaşmış və o, kafeni işlətmək üçün iddiaçıya təhvil vermişdir. İddiaçı əvvəlcə ona 2500 manat pul vermişdir. Aralarında danışığa əsasən 20000 manat pulu vermək üçün iddiaçı özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobilini satıb pulu ona verəcəyini söyləmişdir. O, həmin avtomobili 20000 manat pulun əvəzində etibarnamə əsasında iddiaçıdan almışdır. Həmin avtomobili o, başqa şəxsə satmışdır. O, həmin kafenin sənədlərinin düzəldilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir. Qeyd olunan kafenin sənədlərinin düzəldilməsində ləngimələr yaranmış və ləngimələr aradan qalxdıqdan sonra o, həmin kafenin sənədlərini düzəldib iddiaçıya verəcəkdir. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2002-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” minik markalı avtomobil İddiaçı adına qeydə alınmışdır. 26 iyul 2013-cü il tarixli 95 nömrəli müqavilənin surətindən görünür ki, X2 və Bərpası Müəssisəsi tərəfindən Qalınçaq meşəbəyliyinin 18-ci kvartalının 21-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 0,30 hektar sahə Cavabdeh verilmişdir. Cavabdeh Meşələrin İnkişafı Xidmətinə ünvanladığı 18 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh onunla X2 və Bərpası Müəssisəsi arasında 0,30 hektar sahə üçün istirahət-rekreasiya məqsədi ilə bir il müddətinə bağlanmış 01 may 2017-ci il tarixli 43 qeydiyyat nömrəli istifadə müqaviləsinə xitam verilməsinə kömək edilməsini və həmin ərazinin X1 adına keçməsinə razılıq verdiyini bildirərək bunun rəsmiləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. 06 noyabr 2021-ci il tarixli ********* nömrəli və 08 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 130,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçının cavabdehdən satın almaq istədiyi kafenin yerləşdiyi torpaq sahəsi X2 və Bərpası Müəssisəsinin balansındadır və həmin torpaq sahəsinin cavabdehin icarəsində və ya istifadəsində olmasına dair heç bir sənəd yoxdur. İddiaçı həmin kafenin satıldğını bildikdən sonra cavabdehlə aralarında kafenin satış qiymətini 20000 manata razılaşmışlar. Qeyd olunan kafenin sənədləri olmamış və razılaşmaya əsasən cavabdeh həmin kafenin sənədlərini yaxın müddətdə düzəldib iddiaçıya təhvil verməli idi. İddiaçı əvvəlcə cavabdehə 2500 manat pul vermiş, sonra isə iddiaçı özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili 20000 manat pulun əvəzində cavabdehə etibarnamə əsasında vermişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kafenin sənədlərini düzəltməmişdir. Bundan sonra iddiaçı dəfələrlə cavabdehdən “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobili və 2500 manat pulu geri qaytarmasını tələb etsə də sonuncu müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Cavabdeh həmin avtomobili etibarnamə əsasında başqa şəxsə satmışdır. İddiaçı həmin avtomobilin mülkiyyətçisi kimi etibarnaməni ləğv etdirmişdir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı "Mercedes Benz E320" minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasını, 2500 manat pul və ödədiyi dövlət rüsumunun cavabdehden alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarına əsaslanaraq qərara gəlir ki, iddiaçı kafenin satın alınması üçün özünə məxsus "Mercedes Benz E320" minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili ve 2500 manat pulu cavabdehə verməsi faktı sübuta yetirilmişdir. Cavabdeh qeyd olunan kafenin razılaşmış dəyərini iddiaçıdan alaraq sənədsiz olaraq satmış və həmin kafeni iddiaçının adına rəsmiləşdirməməmişdir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh kafenin sənədlərini düzəltmədən razılaşma ilə müəyyən edilmiş kafenin dəyərini almaqla və həmin məbləği iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 130 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobil iddiaçı Əlı̇ yev Rəşı̇ d Hüsaməddı̇ n oğluna geri qaytarılsın. Cavabdeh Qəndı̇ yev Aqı̇ l Fı̇ rı̇ dun oğlundan 2500 manat və 130 manat ödənilmiş dövlət rüsumu – cəmi 2630 (iki min altı yüz otuz) manat alınaraq iddiaçı Əlı̇ yev Rəşı̇ d Hüsaməddı̇ n oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-142/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-142/2022
11.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver