Məhkəmə qərarları › İş №2(037)-157/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-157/2021

06.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-157/2021 06.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əlı̇ bala Samı̇ rə Tahı̇ r qızının cavabdeh Mürsəlov Kamı̇ l Məzahı̇ r oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əlı̇ bala Samı̇ rə Tahı̇ r qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Mürsəlov Kamı̇ l Məzahı̇ r oğlundan (bundan sonra cavabdeh) 1100 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxx 2016-cı ildə cavabdehin qardaşı Aqil Mürsəlova məxsus İsmayıllı rayonun Hapıtlı kəndində yerləşən torpaq sahəsini alğı-satqı yolu ilə əldə etmişdir. O, cavabdehin anasına həmin torpaq sahəsinə su çəkmək istədiyini bildirmişdir. Cavabdeh həmin əraziyə su çəkə biləcəyini bildirmiş və o da razılaşaraq Bakı şəhərinə qayıtmışdır. Bir müddət sonra cavabdehə zəng edərək suyun çəkilməsinə nə qədər pul lazım olduğunu soruşduqda o, ərazini ölçdükdən sonra nə qədər boru lazım olduğunu və zəhmət haqqını deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra cavabdeh əlaqə saxladıqda 300 manat borulara və 200 manat zəhmət haqqı istədiyini bildirmiş və o da razı olmuşdur. O, atası ilə Hapıtlı kəndinə gələrək cavabdehə 500 manat pul vermişdir. Bir neçə gündən sonra atası cavabdehə əlaqə saxladıqda o, boruların hazır olduğunu və suyu da qoşduracağını bildirmişdir. O, atası və həyat yoldaşı ilə 2018-ci ildə torpaq sahələrinə gəlmiş və cavabdeh yenə də suyu qoşduracağını bildirmişdir. Onlar cavabdehə inanaraq aldıqları 200 ağacı torpaq sahəsinə əkmişlər. Cavabdehə dəfələrlə zəng vurub suyu qoşdurduğunu soruşduqda o, yalan vədlər vermişdir. Bir müddət sonra cavabdehlə əlaqə saxlayanda o, boruların bir hissəsinin oğurlandığını bildirmişdir. Bundan sonra cavabdehin onları aldatmasını başa düşmüşdür. Onların əkdiyi 200 ağac cavabdehin təqsiri üzündən qurumuşdur. Cavabdeh 200 ağaca görə 400 manat və Bakıdan İsmayıllıya nəqliyyat vasitəsi ilə gediş-gəliş yol pulu 200 manat olmaqla ona zərər vurmuşdur. Sonuncu dəfə həyat yoldaşı cavabdehlə əlaqə saxlayaraq suyu çəkməsə polisə şikayət edəcəyini bildirdikdə o, həyat yoldaşını təhqir etmişdir. Bu məsələ ilə bağlı İsmayıllı rayon Polis şöbəsinə də müaciət etmişdir. Cavabdeh ona 1100 manat məbləğində zərər vurmuşdur. Cavabdehdən 1100 manat alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı və onun atası ilə tanışdır. İddiaçı torpaq sahəsinə su çəkmək istədiyini bildirmiş və o, həmin torpaq sahəsinə su çəkə biləcəyini söyləmişdir. O, iddiaçının atası ilə su çəkmək üçün material almaq məqsədi ilə Göyçay şəhərinə getmişlər. İddiaçının atası materialların alınması üçün 300 manat pul xərcləmiş, ustaya zəhmət haqqı olaraq 150 manat pul vermiş və qalan 50 manat pulu isə sonradan göndərmişdir. İddiaçının atası material çatmadığından sonradan 100 manat pul da əlavə olaraq göndərmişdir. O, iddiaçının torpaq sahəsinə su borularını çəkmiş və suyu qoşmuşdur. O, bu barədə iddiaçı və onun ailə üzvlərini məlumatlandırmış və iddiaçının atası suyun boş yerə axıb getməməsi üçün ona borunun ağzına tıxac qoymasını bildirmişdir. Sonradan kəndin bələdiyyə üzvü iddiaçının icazəsi olmadan sudan istifadə etdiyinə görə suyu kəsmişdir. Bir müddət sonra o, iddiaçı və onun ailə üzvlərinə su borularının asfaltdan keçən yerinin təxminən 40 metr hissəsinin kəsilərək oğurlandığı barədə məlumat vermişdir. İddiaçı və onun ailə üzvləri su borularının oğurlanmasında onu günahkar sayırlar. O, iddiaçıya məxsus su borularını oğurlamamış və kimin oğurlaması barədə məlumatı yoxdur. İddiaçı və onun ailə üzvləri torpaq sahələrinə gəlməmiş və suyun çəkilməsi ilə bağlı maraqlanmamışlar. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X4 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Qızı torpaq sahəsinə su çəkmək istəmiş və cavabdeh həmin torpaq sahəsinə su çəkilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh suyun çəkilməsinin 500 manata başa gəlməsini bildirmiş və onlar da razılaşmışlar. O, qızının xahişi ilə cavabdehlə birlikdə Göyçay şəhərinə getmiş və su çəkmək üçün 300 manatlıq material almışdır. O, suyun çəkilməsi üçün zəhmət haqqı olaraq usta ilə 200 manata danışmış, pulun 150 manatını vermiş və sonradan isə 50 manatını da göndərmişdir. Bir neçə gündən sonra cavabdeh zəng vuraraq boruların çatmadığını bildirmiş və o da əlavə olaraq 100 manat göndərmişdir. Onlar torpaq sahələrinə gələrək su xəttinin çəkildiyini görmüş və cavabdehin suyu qoşacağına inanaraq 200 ağac torpaq sahələrinə əkmişlər. Cavabdehə dəfələrlə zəng vurub suyu qoşmasını bildirmişdir. Bir müddət sonra cavabdeh torpaq sahəsinə suyu qoşduğunu bildirmiş və o, suyun boş yerə axıb getməməsi üçün borunun ağzına tıxac qoymasını demişdir. Sonradan isə su kəsilmişdir. O, telefon vasitəsi ilə cavabdehdən suyun gəlməmisinin səbəbini soruşduqda cavabdeh ona suyun bələdiyyə tərəfindən kəsildiyini bildirmişdir. O, bir müddət sonra yenidən cavabdehlə əlaqə saxlayanda cavabdeh ona bildirmişdir ki, su borularının yoldan keçən bir hissəsi oğurlanmışdır. Onların əkdiyi 200 ağac cavabdehin təqsiri üzündən qurumuşdur. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır. Onların torpaq sahələrinə cavabdeh su çəkəcəyini öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. O, torpaq sahəsinə çəkilən borulara baxdıqda içində suyun olmadığını görmüşdür. O, cavabdehə zəng edərək suyu çəkməsi üçün ona 10 gün vaxt verdiyini, əks halda polisə müraciət edəcəyini bildirmiş, lakin nəticəsi olmamışdır. O, suyun çəkilməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş və bələdiyyə cavab olaraq suyun çəkilməsi ilə bağlı cavabdehin suyun çəkilməsinə ixtiyarının olmadığını və su idarəsinə müraciət edilməsini bildirmişdir. Cavabdehin təqsiri üzündən əkdikləri ağaclar qurumuşdur. X2 ifadə verərək göstərdi ki, cavabdeh onun oğludur. İddiaçının atası ilə oğlu suyun çəkilməsi məqsədi ilə material almaq üçün Göyçay şəhərinə getmişlər. Su xətti suyun qoşulacağı yerdən torpaq sahəsinin çəpər olan hissəsinin içinə kimi qoşulmuşdur. Xeyli vaxt torpaq sahəsinə su gəlmişdir. Bir müddət sonra qonşular ona boruların müəyyən hissəsinin oğurlandığını bildirmişlər. Onun oğlu boruları oğurlamamış və iddiaçıya maddi ziyan vurmamışdır. HK-1/991 saylı material üzrə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən müəyyən edilir ki, Əlı̇ bala Samı̇ rə Tahı̇ r qızının Mürsəlov Kamı̇ l Məzahı̇ r oğluna qarşı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasındakı ifadəsində cavabdehə 500 manat nağd pul verdiyini göstərsə də araşdırma zamanı müəyyən edildi ki, iddiaçının atası 300 manat material almaq üçün özü xərcləmiş, 150 manat usta xərci olaraq özü vermiş, sonradan əlavə olaraq 50 manat usta xərci olaraq və 100 manat isə material üçün göndərmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini mötəbər sübutlarla izah edə bilmədi. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadı. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Əlı̇ bala Samı̇ rə Tahı̇ r qızının cavabdeh Mürsəlov Kamı̇ l Məzahı̇ r oğluna qarşı 1100 (bir min yüz) manat pul tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar