Məhkəmə qərarları › İş №2(037)-160/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-160/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-160/2021 12.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Abdurazaqov Ası̇ f Yusı̇ f oğlunun Cavabdeh Rəşı̇ d oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Abdurazaqov Ası̇ f Yusı̇ f oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Rəşı̇ d oğlundan (bundan sonra cavabdeh) 1087,60 manat məbləğində borc, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və 360 manat hüquqi yardıma görə ödənilmiş haqqın əvəzi olaraq – cəmi 1478 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi ərizə verərək işə onun işirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla İsmayıllı şəhərində “Xəyal Market” adlı yerdə ərzaq mallarının topdan və pərakəndə satışını təşkil etmişdir. O, cavabdehi İsmayıllı şəhər sakini kimi və İsmayıllı rayon Dövlət Yanğından Mühafizə hissəsində çalışan şəxs kimi tanımışdır. Cavabdeh bir aydan gec olmayaraq pulunu ödəmək şərti ilə mağazadan nağd ödəniş etmədən müxtəlif çeşidli ərzaq malları götürmüş, lakin vəd etdiyi vaxtda pulu qaytarmamışdır. Belə ki, cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə ******* nömrəli satış fakturası ilə 335,2 manatlıq və ******* nömrəli satış fakturası ilə 186,48 manatlıq, xx xxxxxxxx 2020-ci il tarixdə ******* nömrəli satış fakturası ilə 211,84 manatlıq və ******* nömrəli satış fakturası ilə 48 manatlıq, xx xxxxxxxx 2020-ci il tarixdə ******* nömrəli satış fakturası ilə 234,08 manatlıq və xx xxxxxxxx 2020-ci il tarixdə ******* nömrəli satış fakturası ilə 72 manatlıq olmaqla, cəmi 1087,60 manat məbləğində mal aparmışdır. Cavabdeh bütün hallarda şəxsən özü müraciət etmiş və bu müşahidə kamerasında qeydə alınmışdır. O, cavabdehə vaxtında borcu qaytarmadığı üçün bir neçə dəfə müraciət etsə də müxtəlif bəhanələrlə əlavə vaxt istəmiş, sonradan isə onunla əlaqə saxlaya bilməmişdir. Ona cavabdehin başqa mağazalardan da nisyə mal alaraq aldatdığı sonradan məlum olmuşdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən 1087,60 manat məbləğində borcun, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 360 manat hüquqi yardıma görə ödənilmiş haqqın əvəzi olaraq – cəmi 1478 manat alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçıdan ayrı-ayrı vaxtlarda 1080 manat məbləğində mal götürmüşdür. O, maddi vəziyyəti yaxşı olmadığından borcunu qaytara bilməmişdir. İddiaçıya olan borcunu aprel ayına qədər ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixdə ******* nömrəli topdan satış fakturalarından görünür ki, Cavabdeh “Xəyal Market” adlı mağazadan 1087,60 manat məbləğində mal götürmüşdür. xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. xx xxxx 2021-ci il tarixli 25836 nömrəli qəbzdən görünür ki, iddiaçı hüquqi yardıma görə Vəkil hesabına 300 manat ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 615-ci maddəsinə əsasən əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda 1087,60 manat məbləğində mal götürmüşdür. Bu fakt iş materiallarına əlavə edilmiş topdan satış fakturaları ilə öz təsdiqini tapır. Cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda 1080 manat məbləğində mal götürdüyünü, maddi vəziyyəti yaxşı olmadığından borcunu qaytara bilmədiyini, borcunu aprel ayına qədər ödəyəcəyini bildirir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi 1087,60 manat borc məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə 360 manat məbləğinin cavabdehdən alınması hissəsinə münasibətdə iddia tələbini həmin hissədə qismən, 100 manat məbləğində təmin edilməsini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi 1087,60 manat borcun, 100 manat hüquqi yardıma görə məbləğin cavabdehdən alınması hissələrində təmin edildiyindən, iddia tələbi 30,40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Rəşı̇ d oğlundan 1087,60 manat borc, 100 manat hüquqi yardıma görə ödənilmiş haqq, 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 1218 (bir min iki yüz on səkkiz) manat alınaraq iddiaçı Abdurazaqov Ası̇ f Yusı̇ f oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar