Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-197/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünərək payının ayrılması tələbinə dair mülki işə 12 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən onun və mərhum anası X1 paylı mülkiyyətlərinə verilmiş 0.25 hektar həyətyanı torpaq sahəsindən onun payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək onun payına düşən hissənin ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 1971-ci ildə İsmayıllı rayonu,İsmayıllı kəndində doğulmuşdur.Cavabdeh qardaşıdır.JN-585A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə qanuni istifadələrində olan 0,25 hektar həyətyanı torpaq sahəsi onun və X3nın birgə mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən JN-585A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında paylı mülkiyyətlərində olan 0,25 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları təkrar olaraq **********5 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Anasının vəfatından sonra ondan İsmayıllı şəhəri,İsmayıllı kəndi ünvanda yerləşən JN-585A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında paylı mülkiyyətdə olan 0,25 hektar həyətyanı torpaq sahəsinin 2/1 hissəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi,JN 0056 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən 2,70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/11 hissəsi miras qalmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən mərhum X3nın sağ qalan vərəsələri qızları Rahilə Ağayeva, Lətifə Bədəlova, Rəna Məmmədova, İddiaçı və oğlanları Qurban Bədəlov,Bilal Bədəlov,Hilal Bədəlov və Cavabdeh qalmışdır. Anasının vəfatından sonra ondan qalan mirası faktiki olaraq o və qardaşı Cavabdeh qəbul etmiş,digər vərəsələr isə mirasdan imtina etmişlər.Cavabdeh ilə miras əmlakın bölgüsü ilə bağlı qarşılıqlı razılığa gəlmişlər,lakin sonradan qardaşı Cavabdeh İsmayıllı rayon notariat ofisinə gəlməkdən imtina etmişdir.Mirası yalnız o və qardaşı Cavabdeh qəbul etdiklərindən və digər vərəsələr bundan imtina etdiklərinə görə miras əmlak onun və qardaşı Cavabdeh arasında bölünməlidir. O, mirasın kütləsinə aid olan JN 0056 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 2,70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/11 hissəsindən pay istəmir. Eyni zamanda mirasın kütləsinə aid İsmayıllı şəhəri, İsmayıllı kəndi ünvanında yerləşən, paylı mülkiyyətdə olan 0,25 hektar həyətyanı torpaq sahəsinin 1/2 hissəsini, yəni onun payına düşən 0,125 hektarını tələb edir. Göründüyü kimi qardaşı Cavabdeh miras əmlakın qanun əsasında ədalətli bölgüsünü istəmir.Hesab edir ki, mərhum X3 ilə birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında bərabər bölünərək onun payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsi naturada ayrılmalıdır.O, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli, xx.xx.2023cü il tarixli Çıxarışa əsasən onun və mərhum anası X1 paylı mülkiyyətlərinə verilmiş 0.25 hektar həyətyanı torpaq sahəsindən onun payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək onun payına düşən hissənin ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. İddiaçı bacısıdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi bacısı İddiaçı və mərhum X3nın birgə mülkiyyətlərinə verilmişdir. Anasının vəfatından sonra ondan İsmayıllı şəhəri, İsmayıllı kəndi ünvanda yerləşən JN-585A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında paylı mülkiyyətdə olan 0,25 hektar həyətyanı torpaq sahəsinin 2/1 hissəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi, JN 0056 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 2,70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/11 hissəsi miras qalmışdır. Hazırda mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı ilə aralarında qarşılıqlı razılaşma olmuşdur. Razılaşmaya əsasən iddiaçı birgə mülkiyyətdə olan 0.25 hektar həyətyanı torpaq sahəsindən payına düşən 0.125 hektar torpaq sahəsini məhkəmə qaydasında naturada ayrıldıqdan sonra həmin torpaq sahəsindən 0.07 hektar hissəsini götürüb qalan hissəsini isə onun xeyrinə imtina edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini, tərəflərin izahatlarını və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyi verilməsindən imtina olunması barədə məktubunu nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon Notariat Ofisinin 15 dekabr 2023-cü il tarixli “Notariat hərəkətinin aparılmasından imtina haqqında” qərarından görünür ki, İddiaçı müraciəti əsasında “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ №334034 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 15 günündə 90 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2- 1486/2024 saylı məktubundan görünür ki,iddiada göstərilən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********35 reyestr nömrəli,********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin ölçülməsi məqsədi ilə mütəxəssisin iştirakı təmin edilmiş,Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin ölçülməsinə icazə verilmədiyinə görə mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsinin mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmədə tərəflərin izahatları və iş üzrə təqdim olunmuş sübutlar əsasında mülki işin materiallarından müəyyən olundu ki, iddiaçı ilə cavabdeh bacı qardaşdırlar. Tərəflərin mərhum anaları X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.Tərəflər arasında mübahisə olduğundan iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsinin payına düşən hissəsindən istifadə edə bilmir. Bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki,İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış tərtib olunmuş, sözügedən Çıxarış xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində İddiaçı və X1 adına qeydə alınmışdır. Belə olan halda 0.25 hektar həyətyanı torpaq sahəsinin 0.125 hektar hissəsi İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə tərəfindən mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmiş, həmin idarənin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-1486/2024 saylı məktubu ilə iddiada göstərilən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin ölçülməsi məqsədi ilə mütəxəssisin iştirakı təmin edilmiş, Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin ölçülməsinə icazə verilmədiyinə görə mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən İddiaçı və X1 ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında mülkiyyətçilər arasında bərabər bölünərək İddiaçı payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsi naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu barədə hər hansı tələb olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən İddiaçı və X1 ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında mülkiyyətçilər arasında bərabər bölünərək İddiaçı payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsi ayrılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-197/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-197/2024
12.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver