Məhkəmə qərarları › İş №2(037)-214/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-214/2021

07.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-214/2021 07.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Nı̇ ftalı̇ yev Elcan Zı̇ yadxan oğlunun Cavabdeh Zahı̇ d qızına qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və əmlakların təhvil verilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nı̇ ftalı̇ yev Elcan Zı̇ yadxan oğlu iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ərazində yerləşən 0,06 hektar (JN-543A Kod ********) torpaq sahəsinə dair mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsindən Cavabdeh çıxarılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi və əmlakların təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun işin mahiyyəti üzrə həll olunmasını tələb edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Nı̇ ftalı̇ yev Elcan Zı̇ yadxan oğlunun Cavabdeh Zahı̇ d qızına qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və əmlakların təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Nı̇ ftalı̇ yev Elcan Zı̇ yadxan oğluna qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar