Məhkəmə qərarları › İş №2(037)-22/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-22/2023

11.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-22/2023 11.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı aralarında olan razılığa əsasən bölünmüş fərdi yaşayış evinin ona aid olan hissəsindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyət hüququna olan maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 11 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********68-10301 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq verilmiş Çıxarış üzrə mülkiyyətində olan, İsmayıllı rayon Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evinin şərti olaraq cavabdehlərlə aralarında olan qeyri-rəsmi müəyyən olunmuş bölgüyə uyğun onun və ailəsi tərəfindən istifadə edilən alt-üst iki otaqdan ibarət hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılması və cavabdehlər tərəfindən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi mərhum anası Adilə Xəlilovadan miras qalmışdır. Anasının sağlığında öz vəsaiti hesabına mübahisəli fərdi yaşayış evinə bitişik iki otaqlı zirzəmili fərdi yaşayış evi inşa etmişdir.O,ailə üzvləri ilə birlikdə inşa etdiyi fərdi yaşayış evinin birinci mərtəbəsində yaşamış,anası isə yaşlı olduğundan özünün razılığı ilə onun yaşadığı evin zirzəmi hissəsində yaşamışdır.Cavabdehlər isə fərdi yaşayış evinin əvvəl inşa olunmuş əsas hissəsində yaşamışlar. Anası vəfat etdikdən sonra işi ilə əlaqədar bir müddət Rusiya Federasiyasında yaşamış, gedərkən inşa etdiyi fərdi yaşayış evinin və evin alt hissəsindəki zirzəmin giriş qapısını bağlamışdır. Qayıtdıqdan sonra yaşadığı İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə gəlmiş, həyətə daxil olduqdan sonra ona məxsus evin zirzəmisinin qapısının qıfılının sındırıldığını və qardaşı oğlu Cavabdeh2 arvadı Cavabdeh4 və uşaqları ilə birlikdə orada yaşadıqlarını görmüşdür. O, dəfələrlə cavabdehlərə müraciət edərək fərdi yaşayış evinin ona məxsus hissəsindən çıxmalarını tələb etsə də cavabdehlər çıxmamışlar. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-1001/2021 saylı qətnaməsi ilə mərhum anasından miras qalmış, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********68- 10301 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmişdir. Lakin cavabdehlər fərdi yaşayış evinin bütün sahəsini zəbt edərək ona mülkiyyətində olan daşınmaz əmlakdan sərbəst istifadəsinə maneçilik törədirlər və fərdi yaşayış evinə giriş-çıxışına mane olurlar. İş üzrə göründüyü kimi fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Ancaq buna baxmayaraq həmin evdə cavabdehlər yaşayırlar. Onun cavabdehləri mülkiyyətində olan evdən çıxarmaq niyyəti yoxdur. Onun niyyəti cavabdehlərin öz zəhməti hesabına inşa etdiyi iki otaqdan ibarət fərdi yaşayış evinin zirzəmi hissəsindən çıxarılmalarıdır. Cavabdehlər mülkiyyətindən sərbəst istifadəsinə maneçilik törətməklə yanaşı birgə yaşayış qaydalarına əməl etmirlər, evdə daim söz-söhbət olur və narahatçılıq yaradırlar. Cavabdehlər mülkiyyətində olan fərdi yaşayış evinin yaşadığı hissəsinin altındakı zirzəmidən çıxmadıqlarından məhkəməyə müraciət etmişdir. O, mülkiyyətində olan, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evinin şərti olaraq cavabdehlərlə aralarında olan qeyri-rəsmi müəyyən olunmuş bölgüyə uyğun onun və ailəsi tərəfindən istifadə edilən alt-üst iki otaqdan ibarət hissəsindən cavabdehlərin çıxarılmasını və fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, İsmayıllı rayonu, Zeyvə kəndində yaşayır. İddiaçı qardaşıdır. X7 07 iyul 2007-ci il tarixdə, anası Adilə Xəlilova 06 iyul 2020-ci il tarixdə vəfat etmişlər. Mübahisəli fərdi yaşayış evi anası Adilə Xəlilovadan miras qalmışdır. O, valideynlərinin sağlığında öz vəsaiti hesabına ata-baba evlərinə bitişik hündür zirzəmili bir otaq tikmişdir. Həmin zirzəmidə valideynləri, ikinci mərtəbəsində isə qardaşı İddiaçı və ailəsi yaşamışdır. O və ailəsi isə valideynlərinə məxsus evdə yaşamışdır. Anası onun himayəsində qalmış, anasının müalicə və digər xərclərini çəkmişdir. Anası vəfat etdikdə onun hüzr və dəfn xərclərini o öz vəsaiti ilə ödəmişdir. Qardaşı İddiaçı anasının hüzr pullarını yığdıqdan sonra Rusiya Federasiyasına getmişdir.Qardaşı İddiaçı iddia etdiyi evi o tikmiş və həmin evin divarında da adı qeyd olunmuşdur. Qardaşı İddiaçı Sumqayıt şəhərində evi var və orada yaşayır. Mübahisəli evin bir otağında qardaşı İddiaçı həyat yoldaşına məxsus əmlaklar vardır. Həmin otağın açarı da qardaşı İddiaçı özündədir. İlqar və həyat yoldaşı yay fəslində mübahisəli evdə gəlib qalmışlar. Valideynləri vəfat edənədək onlarla birlikdə yaşamış, onların vəfatından sonra da miras əmlakı faktiki qəbul etmiş, miras əmlakı qoruyub saxlamışdır. Valideyinlərinin vəfatından sonra İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı ona qarşı əsassız iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(037)-1001/2021 saylı qətnaməsi ilə mərhum anasından miras qalmış, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. O, məhkəmənin qətnaməsini əsassız hesab etsə də, qanunla müəyyən edilmiş müddət ərzində qətnamədən şikayət verə bilməmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınsa da həmin evdə əvvəldən valideyinləri ilə birlikdə o yaşamış və iddiaçının iddia etdiyi valideyinlərinə məxsus evə bitişik inşa edilmiş bir otaq və zirzəmidən ibarət ev onun tərəfindən inşa edilmişdir. İddiaçı mübahisəli fərdi yaşyış evində heç bir tikinti və təmir bərpa işləri aparmamışdır. İddiaçı istəyir ki, heç bir əziyyəti olmadığı yaşadığı fərdi yaşayış evinin bir otağının altındakı zirzəmidən oğlu Nicatı və gəlni Xəzanəni azyaşlı uşaqları ilə birlikdə çıxarıb çölə atsın. O, iddia tələbini əsassız hesab edir və izahatında göstərdiklərini nəzərə alaraq, ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədiyini bildirdi və Cavabdeh1 izahatına uyğun izahat verərək ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirak etdikləri məhkəmə iclası zamanı onlara qarşı irəli sürülmüş iddianı qəbul etmədiklərini bildirdilər və əlavə olaraq göstərdilər ki, onlar sözügedən fərdi yaşayış evində (zirzəmidə) 2009-cu il tarixdən yaşayırlar, çünki həmin fərdi yaşayış evini onun (onların) atası (qaynatası) tikmişdir. Yerli baxış zamanı şahid qismində dindirilmiş, X4 ifadə verərək göstərdi ki, İsmayıllı RİHB-nın Xankəndi İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. İddiaçı və cavabdehləri İsmayıllı rayon Zeyvə kənd sakinləri kimi tanıyır. İsmayıllı rayonu Zeyvə kəndində yerləşən fərdi yaşayış evi mərhum Lazım Xəlilova məxsus olmuşdur. Qeyd edilən fərdi yaşayış evində Lazım Xəlilov ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçı atasına məxsus fərdi yaşayış evinə bitişik bir mərtəbəli bir otaqlı zirzəmili fərdi yaşayış evi inşa etmişdir. Lazım Xəlilov vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evində övladı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçı isə atasına məxsus fərdi yaşayış evinə bitişik inşa etdiyi bir mərtəbəli bir otaqlı zirzəmili evdə yaşamışdır. İddiaçı anası vəfat etdikdən sonra bir müddət işi ilə əlaqədar Rusiya Federasiyasında olduğundan inşa etdiyi fərdi yaşayış evində yaşamamışdır. Həmin müddət ərzində Cavabdeh1 oğlu Cavabdeh2 ailəsi ilə birlikdə İddiaçı məxsus fərdi yaşayış evinin altındakı zirzəmiyə yerləşdirmişdir. İddiaçıla Cavabdeh1 arasında yaranmış mübahisə Cavabdeh1 oğlu Cavabdeh2 İddiaçı məxsus fərdi yaşayış evinin altındakı zirzəmiyə yerləşdirməsindən sonra yaranmışdır. Yerli baxış zamanı şahid qismində dindirilmiş, X3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Zeyvə kəndində yaşayır. İddiaçı və Cavabdeh1 hər ikisinin bibisi qızıdır. İsmayıllı rayonu Zeyvə kəndində yerləşən fərdi yaşayış evi mərhum Lazım Xəlilova məxsus olmuşdur. Qeyd edilən fərdi yaşayış evində Lazım Xəlilov ailə üzvləri ilə birlikdə yaşamışdır.İddiaçı işləyərək öz zəhməti hesabına atasına məxsus fərdi yaşayış evinə bitişik bir mərtəbəli bir otaqlı zirzəmili fərdi yaşayış evi inşa etmişdir. Lazım Xəlilov vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evində övladı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçı isə atasına məxsus fərdi yaşayış evinə bitişik inşa etdiyi bir mərtəbəli bir otaqlı zirzəmili evdə yaşamışdır. İddiaçı inşa etdiyi fərdi yaşayış evinin birinci mərtəbəsində özü, zirzəmi hissəsində isə anası yaşamışdır. İddiaçı anası vəfat etdikdən sonra bir müddət işi ilə əlaqədar Rusiya Federasiyasında olduğundan inşa etdiyi fərdi yaşayış evində yaşamamışdır. Həmin müddət ərzində Cavabdeh1 oğlu Cavabdeh2 ailəsi ilə birlikdə İddiaçı məxsus fərdi yaşayış evinin altındakı zirzəmiyə yerləşdirmişdir. Mübahisəli fərdi yaşayış evinə bitişik inşa edilmiş bir mərtəbəli bir otaqlı zirzəmili fərdi yaşayış evinin İddiaçı tərəfindən inşa olunduğunu təsdiq edir. Məhkəmə tərəfindən tərəflərin və şahidlərin iştirakı ilə İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirilmiş, yerli baxış zamanı İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən bir mərtəbəli kürsülü fərdi yaşayış evi və həmin evə sonradan inşa olunaraq bir mərtəbəli,bir otaqlı zirzəmili fərdi yaşayış evinin birləşdirildiyi, fərdi yaşayış evinin hər iki baş hissəsində sağ və sol tərəflərdən ayrıayrılıqda iki girişin olduğu, evin sol girişi olan əsas hissəsinin bir-birinə girişi olan iki otağında Cavabdeh1 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadıqları, evə sonradan inşa olunaraq birləşdirilmiş sağ tərəfdən girişi olan hissəsində birinci mərtəbədə İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı və İddiaçı yaşadığı hissənin altındakı zirzəmidə isə Cavabdeh2 və Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşadıqları, evin sol girişi olan hissəsinin altındakı zirzəminin boş olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib,yerli müayinənin nəticələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-1001/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 30 oktyabr 2020-ci il tarixli **********68-10301 reyestr nömrəli çıxarışa əsasən X2 məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinə dair İsmayıllı rayonu Notariat Ofisi tərəfindən cavabdeh Xəlı̇ lov Sədaqət Lazım oğlunun adına 08 dekabr 2020ci il tarixdə 486 və 487 nömrə ilə reyestrdə qeydə alınaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilərək X1 miras qalmış İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinin miras kimi iddiaçı Xəlı̇ lov İlqar Lazım oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatları, şahid ifadələri, yerli müayinə zamanı və iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçı və Cavabdeh1 analarından miras qalmış İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-1001/2021 saylı qətnaməsi ilə etibarsız hesab edilərək, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********68-10301 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınaraq Çıxarış verilmişdir. Hazırkı mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin tərəf ifadələrindən və yerli baxış zamanı, sözügedən fərdi yaşayış evinin giriş tərəfdən sol hissəsində yerləşən iki otaqlı və zirzəmili hissəsində cavabdehlər Sədaqət və Cavabdeh3ların yaşadığı, digər sağ hissəsində yerləşən iki otaqlı hissəsində iddiaçı və ailəsi, həmin otağın alt hissəsində isə cavabdehlər Nicat və Cavabdeh4ların 2009-cu ildən yaşadıqları müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları,yəni cavabdehlərin iddiaçının ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması,qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq,baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qardaş oğlu və ya onun ailəsi “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qardaşın digər qardaş oğlunu və ya onun ailəsini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdehlər Nicat və Xəzanə Xəlilovlar arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni,cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan zirzəmi hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan zirzəmi hissəsindən cavabdehlərin çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, fərdi yaşayış evinin İddiaçı yaşadığı hissəsinin altındakı zirzəmidə cavabdehlərdən ancaq Cavabdeh2 və Cavabdeh4 yaşayırlar. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə fərdi yaşayış evinin iddiaçı ilə aralarında olan şərti bölgüyə uyğun olaraq özlərinə aid hissədə yaşayırlar. Məhkəmə qərara gəlir ki, iddiaçının çıxarılmalarını tələb etdiyi mülkiyyətində olan fərdi yaşayış evinin zirzəmi hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yaşamadıqlarından və həmin şəxslər iddiaçıya həmin hissədən sərbəst istifadə etməsinə maneçilik yaratmadıqlarından iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibət bildirir ki, iddiaçı cavabdehlərin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna cavabdehlərin maneçilik törətdiklərini bildirsə də, konkret hansı yaşayış və torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən maneçilik törətməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda yerli baxış zamanı da şahidlər və cavabdehlər tərəfindən bu hal təkzib edilmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan zirzəmi hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar