Məhkəmə qərarları › İş №2(037)-222/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-222/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-222/2021 23.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat borc, 500 manat əldən çıxmış fayda, 200 manat yol xərci, 1000 manat mənəvi zərər məbləği və 30 manat dövlət rüsumu olmaqla, 2370 (iki min yeddi yüz otuz) manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Araşdırılma zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsində cavabdehin yaşayış yerini İsmayıllı şəhəri Heydər Əliyev prospekti olmasını göstərmişdir. İddiaçı iddia ərizəsinə cavabdehin harada qeydiyyatda olmasına dair sənəd əlavə etməmişdir. Məhkəmə cavabdehin İsmayıllı şəhəri Heydər Əliyev prospektində yaşaması əsası ilə iddia ərizəsini icraata qəbul etmişdir. Cavabdehin qeydiyyat yerinin müəyyən olunması məqsədi ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatından cavabdehin qeydiyyat ünvanının Ağdam rayonun Boyəhmədli kəndində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəmədə baxılmağa verilir. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh Ağdam rayonun Boyəhmədli kəndində qeydiyyatda olduğuna görə mülki iş baxılması üçün Ağdam rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Ağdam rayon Məhkəməsinə verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar