Məhkəmə qərarları › İş №2(037)-26/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-26/2021

28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-26/2021 28.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Dəmı̇ rov Babacan Ağa oğlunun cavabdehlər X4, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Cavabdeh5 Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbi və iddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə 28 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Dəmı̇ rov Babacan Ağa oğlu cavabdehlər X4, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Cavabdeh5 Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməsi və həmin evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlunun adına 19 mart 2016-cı ildə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı özünün iddia tələbini müdafiə etdiyini, Mayis Abdullayevin iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq ona ödənilməsi qət olunmuşdur. Cavabdeh Mayis Abdullayev qeyd olunan qətnamənin surətini uzun müddət Türkiyə Respublikasında olduğundan 2020-ci ildə rəsmi olaraq əldə etdiyini bildirsə də sonuncu, həmin qətnamədən ilk vaxtlardan məlumatı olmuşdur. Belə ki, cavabdeh Mayis Abdullayev qeyd olunan qətnamənin icrasının qarşılıqlı razılaşma ilə həll olunmasına dair ona müxtəlif təkliflər etmişdir. Lakin sonra cavabdeh Mayis Abdullayev bundan yayınmışdır. Qeyd olunan qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatına əsasən məhkəmə tərəfindən cavabdeh Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Ötən beş il ərzində icra məmuru tərəfindən cavabdeh Mayis Abdullayevin yaşadığı evə dəfələrlə gedilmiş və mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmişdir. Cavabdeh Mayis Abdullayevin qəbul olunmuş məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından məlumatı olmuşdur. Cavabdeh Mayis Abdullayev bir neçə dəfə onunla borcu ödəmək üçün şifahi danışıqlar aparmış, lakin sonradan bundan yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdeh Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatlı torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirici dəvət edilmiş, qiymətləndircinin tərtib etdiyi hesabatda İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsinin dəyəri 1350 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Mayis Abdullayevin ona olan borcunun əvəzi kimi həmin əmlakları qəbul etməsinə etiraz etməmiş və bu barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən akt tərtib olunmuşdur. 19 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi mülkiyyətinə verilməsinə dair RX seriyalı ******* nömrəli ona çıxarış verilmişdir. Cavabdehlər qeyd olunan fərdi yaşayış evindən istifadə hüquqlarını itirmələrinə baxmayaraq həmin evdən çıxmırlar. Mübahisə predmeti olan fərdi yaşayış evində cavabdehlər qeydiyyatdadırlar. O, mülkiyyətçi kimi öz mülkündən istifadə edə bilmir. O, cavabdeh Mayis Abdullayevdən dəfələrlə həmin evdən çıxmasını xahiş etsə də sonuncu, müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Mayis Abdullayevin iddia tələbini əsassız hesab edir. Belə ki, qeyd olunan çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. O, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməsini və həmin evdən məcburi qaydada çıxarılmalarını tələb edir və özünün iddia tələbinin təmin edilməsi, Mayis Abdullayevin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mayis Abdullayev özünün iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən 32000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsina uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləği ondan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin surətini 23 oktyabr 2020-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. O, uzun müddət Türkiyə Respublikasında olduğundan həmin qətnamənin surətini vaxtında əldə edə bilməmişdir. Məhkəmənin 16 iyun 2015-ci il tarixli qərardadının qəbulu zamanı məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş və qəbul olunmuş qərardadın surəti ona göndərilməmişdir. Həmin qərardada əsasən onun mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evinin və yeganə dolanışıq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Qərardadın surətini 28 oktyabr 2020-ci il tarixdə məhkəmədən qəbzə imza etməklə almışdır. Qərardadı aldığı gündən 10 gün müddətində şikayət vermişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsini "xxxx" MMC yerinə yetirmiş, mübahisə predmeti olan fərdi yaşayış evi 30000 manat və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qiymətləndirilmiş əmlak satılması üçün hərraca çıxarılmaq əvəzinə cavabdeh İddiaçı təklif olunmuş, cavabdehin 06 oktyabr 2015-ci l tarixli ərizəsi əsasında İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 13 oktyabr 2015-ci il tarixli akta əsasən İsmayıllı rayon Mican kəndində 0,18 hektar hayətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evi və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 31350 manat məbləğində borc əvəzinə cavabdehin mülkiyyətinə verilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmurunun 18 noyabr 2015-ci il tarixli məktubu ilə məhkəmənin qətnaməsi, icra vərəqəsi, akt və qərardad DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə göndərilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 mart 2016-cı il tarixdə cavabdehin adına qeydə alınmış və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarış verilmişdir. Nə onun, nə də ailə üzvlərinin bundan xəbəri olmamışdır. Cavabdehin adına 19 mart 2016-cı ildə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini tələb edir və özünün iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Gülər Abdullayeva, Cavabdeh4 və Cavabdeh5 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdikləri məhkəmə iclasında izahat verərək göstərmişlər ki, mübahisə predmeti olan İsmayıllı şəhərində (keçmış Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi 19 mart 2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin satılaraq satışdan əldə olunan puldan Mayis Abdullayevin borclu olduğu məbləğin İddiaçı ödənilməsini, qalan məbləğin isə onlara verilməsini istəyirlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh6 və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehin Cavabdeh6 və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, X5 əsas borc 7000 (yeddi min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3 (üç) manat və Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qanuni qüvvəyə minmiş qərardadının surətindən görünür ki, X7 оğlunun mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi qərara alınmışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli qərarının surətindən görünür ki, borclu X2 məxsus İsmayıllı şəhəri, Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatlı torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmişdir. "xxxx" MMC-nin 31 avqust 2015-ci il tarixli 15-758/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, X2 məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı İsmayıllı rayon İcra şöbəsinə ünvanladığı 06 oktyabr 2015-ci il tarixli ərizədə qeyd etmişdir ki, X1 ona borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində olan 30000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evini və Mican kəndində yerləşən 1350 manat dəyərində qiymətləndirilmiş 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsinə etiraz etməmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 13 oktyabr 2015-ci il tarixli aktında qeyd edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli icra vərəqəsinə əsasən X1 üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 İddiaçı 31350 manat məbləğində borc əvəzinə İddiaçı mülkiyyətinə verildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunun və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İsmayıllı rayon İHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 05 noyabr 2019cu il tarixli 4363 nömrəli arayışından görünür ki, İsmayıllı şəhəri, keçmiş Mican kəndi ərazisində yerləşən ev İddiaçı məxsusdur. Həmin evdə X4, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Cavabdeh3 Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Cavabdeh5 Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğlu qeydiyyatdadırlar. İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2(107)- 448/2021 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilmiş və apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)- 688/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən Mayis Abdullayev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 2(102)-5471/2021 nömrəli qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsindən Mayis Abdullayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 8(107)- 4/2021 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Mayis Abdullayevin iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən X5 əsas borc 7000 (yeddi min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3 (üç) manat və Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli qərarı əsasında borclu Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmişdir. "xxxx" MMC-nin 31 avqust 2015-ci il tarixli 15-758/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Mayis Abdullayevə məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı İsmayıllı rayon İcra şöbəsinə 06 oktyabr 2015-ci il tarixli ərizə ünvanlayaraq Mayis Abdullayevin ona borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində olan 30000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evini və Mican kəndində yerləşən 1350 manat dəyərində qiymətləndirilmiş 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsinə etiraz etməmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 Dəmirova 31350 manat məbləğində borc əvəzinə İddiaçı mülkiyyətinə verilməsi barədə 13 oktyabr 2015-ci il tarixli akt tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportu və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Mayis Abdullayev 05 noyabr 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermiş, məhkəmənin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Mayis Abdullayev qeyd olunan qərardaddan şikayət vermişdir. Məhkəmənin 03 dekabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2(107)-448/2021 nömrəli qərardadı ilə Mayis Abdullayevin şikayəti təmin edilmiş və onun apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsinə əsasən Mayis Abdullayevin apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mayis Abdullayev qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmə Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 2(102)- 5471/2021 nömrəli qərarı ilə Mayis Abdullayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mayis Abdullayev 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından 05 noyabr 2020-ci il tarixdə şikayət və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Məhkəmənin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Mayis Abdullayev qeyd olunan qərardaddan şikayət vermişdir. Məhkəmənin 03 dekabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadına əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 8(107)-4/2021 nömrəli qərardadına əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddiaçı Dəmı̇ rov Babacan Ağa oğlunun cavabdehlər X4, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Cavabdeh5 Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbinə münasibətdə qeyd edir ki, 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportu və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırki iddianın predmetinə aid olan İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməkdə davam etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə məhkəmə qərara gəlir ki, İddiaçı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən X5 7000 ABŞ dolları borc və Cavabdeh1 32000 ABŞ dolları alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)- 101/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Mayis Abdullayevə məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat dəyərində müəyyən edilmişdir. Babacan X3 borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus həmin əmlakları qəbul etməsinə etiraz etməmiş və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən 13 oktyabr 2015-ci il tarixdə bu barədə akt tərtib olunmuşdur. 19 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinin mülkiyyətinə verilməsinə dair İddiaçı RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Həmin çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı Babacan Dəmı̇ rovun adına 19 mart 2016-cı il tarixdə əsassız olaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Dəmı̇ rov Babacan Ağa oğlunun iddia tələbi təmin edilsin. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Dəmı̇ rov Babacan Ağa oğlunun mülkiyyətində olan İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə X4, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Cavabdeh5 Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğlunun istifadə hüquqları itirilmiş hesab edilsin və həmin evdən məcburi qaydada çıxarılsınlar. X1 Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı Dəmı̇ rov Babacan Ağa oğlunun adına 19 mart 2016-cı il tarixdə əsassız olaraq DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar