Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-298/2025 22.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Ərizəçi İddiaçı İsmayıllı rayon Notariat Ofisini və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-ni maraqlı tərəflər qismində cəlb etdiyi İsmayıllı rayon Notariat Ofisinin Notariusu Sərdar Nəsibovun 01 oktyabr 2024-cü il tarixli 8İ-6532 reyestr nömrəli icra qeydindən verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi Musayeva X1 rayon Notariat Ofisini və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-ni maraqlı tərəflər qismində cəlb edərək İsmayıllı rayon Notariat Ofisinin Notariusu Sərdar Nəsibovun 01 oktyabr 2024-cü il tarixli 8İ-6532 reyestr nömrəli icra qeydindən verdiyi şikayət ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə məhkəməyə qeyri-prosessual formada verilmiş, ərizənin giriş hissəsində iddiaçı və cavabdehlər kimi qeyd olunmaqla iddia icraatı qaydasında verilməli olduğu halda, həmin qaydada deyil, şikayət verən və maraqlı tərəflər kimi qeyd olunmaqla, icra qeydindən şikayət formasında məhkəməyə göndərilmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir,yəni ərizənin giriş,təsviri əsaslandırıcı və nəticə hissələrinin qeyd olunmasını və giriş hissəsində iddiaçı və cavabdeh kimi qeyd olunmasına dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki,iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ona hazırkı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi İddiaçı İsmayıllı rayon Notariat Ofisini və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-ni maraqlı tərəflər qismində cəlb etdiyi İsmayıllı rayon Notariat Ofisinin Notariusu Sərdar Nəsibovun 01 oktyabr 2024-cü il tarixli 8İ-6532 reyestr nömrəli icra qeydindən verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tam şəkildə ərizəçi İddiaçı qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-298/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-298/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver