Məhkəmə qərarları › İş №2(037)-303/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-303/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-303/2022 20.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əlı̇ abbaszadə Qı̇ smət Azər oğlunun cavabdehlər Maxsudov Şəhrı̇ yar Məhəmməd oğlu, Maxsudov Şı̇ rxan Məhəmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Əlı̇ van oğlu, Cavabdeh8, Cavabdeh9, Hüseyı̇ nov Elvı̇ n Hüseyı̇ n oğlu, Cavabdeh11, Əlı̇ yev Süleyman Ağaverdi oğlu və Hüseynov Tahı̇ r Hüseyn oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 20 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Əlı̇ abbaszadə Qı̇ smət Azər oğlu cavabdehlər Maxsudov Şəhrı̇ yar Məhəmməd oğlu, Maxsudov Şı̇ rxan Məhəmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Əlı̇ van oğlu, Cavabdeh8, Cavabdeh9, Hüseyı̇ nov Elvı̇ n Hüseyı̇ n oğlu, Cavabdeh11, Əlı̇ yev Süleyman Ağaverdi oğlu və Hüseynov Tahı̇ r Hüseyn oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1755 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat olmaqla, 11755 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, ikinci Qarabağ müharibəsi iştirakçısıdır. X2 birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup müharibə əlili, bacısı Elnarə Kərimova isə ümumi xəstəlikdən 1-ci qrup əlilidir. O, İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən Meşə İdarəsinə aid 0,12 hektar torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün şifahi qaydada X1 və Bərpası Müəssisəsinə müraciət etmişdir. Bundan sonra o, hər biri 2 metr uzunluğunda dəmir borular, məftil tor, giriş qapısı üçün taxtalar və digər şeylər alaraq ərazini məftil torla hasara aldırmışdır. Hasara aldığı torpaq sahəsində 9 ədəd müxtəlif meyvə ağacları əkmişdir. 10 dekabr 2021ci il tarixdə hasara aldığı torpaq sahəsinə müəyyən işlər görmək üçün getdikdə görmüşdür ki, torpağın ətrafına çəkdiyi məftil hasar dağıdılıb, dirək kimi torpağa basdırılan dəmir borular əyilərək yararsız hala salınıb, taxtalar sındırılıb və həyətdə əkdiyim bütün meyvə ağacları dibindən sındırılaraq məhv edilmişdir. Onun şikayəti əsasında İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən araşdırma aöparılmış və məlum olmuşdur ki, hadisəni törədənlər cavabdehlər olmuşdur. Hadisə nəticəsində ona 1755 manat məbləğində maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar keçirtdiyi əsəb gərginliyindən və stresdən xəstəxanaya düşmüş və Şəki şəhərində yerləşən ruhi-əsəb xəstəxanasında müalicə olunmuşdur. O, hal-hazırda da ev şəraitində müailcə olunur. Ona vurulmuş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirir. Cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1755 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat olmaqla, 11755 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Cülyan kəndində yaşayır. İddiaçı Cülyan kəndi ərazisində yerləşən Meşə İdarəsinə aid 0,12 hektar torpaq sahəsini özbaşına olaraq məftil torla hasara almışdır. Bu səbəbdən o və həmin kəndin bir çox sakinləri iddiaçıya etirazlarını bildirmişlər. İddiaçı buna məhəl qoymamış və aralarında mübahisələr yaranmışdır. Onlar iddiaçının bu əməlindən narazı olduqlarından DİN-nin “102” xidmətinə zəng edərək ondan şikayətçi olmuşlar. Meşə İdarəsinin və “Şahdağ” Milli Parkının işçiləri onlara qanunsuz heç bir iş görmədiklərini və iddiaçının özbaşına çəkdiyi hasarı sökə biləcəklərini bildirmişlər. O, cavabdehlərlə birlikdə iddiaçının bu əməlindən narazı olduqlarından Meşə İdarəsinin və “Şahdağ” Milli Parkının işçilərinin iştirakı ilə 07 dekabr 2021-ci il tarixdə iddiaçının özbaşına çəkdiyi setka məftildən ibarət hasarı sökərək kənara qoymuşlar. O, iddiaçıya 1755 manat maddi zərər və 10000 manat mənəvi zərər vurmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Elvin Hüseyı̇ nov, Cavabdeh11, Süleyman Əlı̇ yev və Cavabdeh13 Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon Polis Şöbəsinin 31 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 və digərlərinin məqsədi İddiaçı əmlakını qəsdən məhv etmək yox, sonuncunun qanunsuz olaraq çəkdiyi çəpəri sökmək olduğu üçün toplanmış HK-1/1489 və HK-1/1524 saylı materiallar üzrə cinayət işinin və inzibati icraatın başlanılması rədd edilmişdir. İ-677, İ-17115, İ-13390, İ-7206 və İ-4759 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Əlı̇ abbaszadə Qı̇ smət Azər oğlu ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, müvafiq olaraq “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Şəki rayon Psixiatriya Xəstəxanasının 01 fevral 2022-ci il tarixli 027 nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, Əlı̇ abbaszadə Qı̇ smət Azər oğlu 29 dekabr 2021-ci il tarixdən 28 yanvar 2022-ci il tarixə kimi “şəxsiyyət pozuntusu, şəxsiyyət psixotropiyası, davranış pozuntusu, davamlı dekompeksasiya, nitq qüsuru, sağ tərəfli karlıq, İİ dərəcəli ağır eşitmə” diaqnozlarla ambulator müalicədə olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən X1 və Bərpası Müəssisəsinə aid 0,12 hektar torpaq sahəsini qanunsuz olaraq məftil torla hasara almışdır. Bu səbəbdən həmin kəndin bir çox sakinləri iddiaçıya etirazlarını bildirsələr də sonuncu buna məhəl qoymamışdır. Bundan sonra cavabdehlər Meşə İdarəsinin və “Şahdağ” Milli Parkının işçilərinin iştirakı ilə 07 dekabr 2021-ci il tarixdə iddiaçının özbaşına çəkdiyi setka məftildən ibarət hasarı sökərək kənara qoymuşlar. İddiaçı həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan fakt məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Əlı̇ abbaszadə Qı̇ smət Azər oğlunun cavabdehlər Maxsudov Şəhrı̇ yar Məhəmməd oğlu, Maxsudov Şı̇ rxan Məhəmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Əlı̇ van oğlu, Cavabdeh8, Cavabdeh9, Hüseyı̇ nov Elvı̇ n Hüseyı̇ n oğlu, Cavabdeh11, Əlı̇ yev Süleyman Ağaverdi oğlu və Hüseynov Tahı̇ r Hüseyn oğluna qarşı cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1755 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat olmaqla, 11755 manat məbləğinin alınaraq ona verilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar