Məhkəmə qərarları › İş №2(037)-338/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-338/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-338/2021 19.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 1020 manat dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, 1 manat bank xidmətinin tutulub “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də AZ/ML/17/4019/0033 saylı şəhadətnamə ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitələrinin kompleks sığortası ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində idarə etdiyi “Saipa Sain“ ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdeh barəsində Bakı şəhəri DYPİ-si tərəfindən azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və TP2831289 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “xxxx” ASC tərəfindən “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 1170 manat məbləğində müəyyən edilmiş. Həçmin məbləğdən 150 manat azaldılma çıxılmaqla, avtomobilin dsahibinə 1020 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibi “xxxx” ASC-yə ödənilmiş 1020 manat mənbləğində pulu cavabdehdən tələb etmə hüququ yaranmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Şəfahət Xudiyev iddia ərizəsinə əlavə etdiyi ərizəsində iş üzrə tələb olunan bütün sənədlərin “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edildiyini, bu səbəbdən də işə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Poçt göndərişlərinin izlənməsinə dair “xxxx” MMC-nin saytından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini xx xxxxx 2021-ci il tarixdə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 0803/CM-040/2019 saylı sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1020 manat müəyyən edilmiş, sığorta ödənişi avtomobilin sahibi “xxxx” ASC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş AC № 868998 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı, Lada Qranada ********** minik avtomobil xxxx” ASC-yə məxsusdur. İş materiallarında olan avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xxxx” ASC-yə məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı, Lada Qranada ********** minik avtomobili xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitələrinin kompleks sığortası ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş İXP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində idarə etdiyi “Saipa Sain“ ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində həmin abvtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xxxx ASC-nin X1 ziyan aktının təsdiq edilmiş surətindən görünür ki, “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1190 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə, 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov küçəsində (körpünün altı) Cavabdeh idarə etdiyi “Saipa Sain“ ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil xxxx” ASC-yə məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı, Lada Qranada ********** minik avtomobili ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində idarə etdiyi “Saipa Sain“** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində həmin abvtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdeh barəsində Bakı şəhəri DYPİ-si tərəfindən azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2019cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və TP2831289 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “xxxx” ASC tərəfindən “Lada Qranata” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 1170 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən 150 manat azaldılma çıxılmaqla, avtomobilin sahibinə 1020 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 1020 manat məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 1020 manat məbləğində dəymiş ziyan tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1020 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1050 (bir min əlli manat) məbləğ tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar