Məhkəmə qərarları › İş №2(037)-341/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-341/2020

30.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-341/2020 30.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Nadı̇r oğlunun Məhərrəmov Rəşadəddı̇n Şəmı̇l oğluna qarşı pul tələbi barədə iddiası, Məhərrəmov Rəşadəddı̇n Şəmı̇l oğlunun İddiaçı Nadı̇r oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nadı̇r oğlu iddia ərizəsi ilə müraciət edərək Məhərrəmov Rəşadəddı̇n Şəmı̇l oğlundan maddi ziyanın əvəzi kimi 84000 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhərrəmov Rəşadəddı̇n Şəmı̇l oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı Nadı̇r oğlundan 17500 manat maddi, 10000 manat mənəvi ziyana görə olmaqla, cəmi 27500 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı özünün iddia tələbini müdafiə etdiyini, Cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, Bakı şəhərində antikvar maqazinində işləyir. X6 adlı yüksək vəzifədə işləmiş tanışı olmuşdur. Əhməd Əliyev xəstəliyini müalicə etdirmək üçün ondan borc olaraq 34000 manat pul və 50000 manat dəyərində xalı almışdır. Əhməd Əliyev onun borcunu ən geci 2012-ci ilin dekabr ayında geri qaytaracağını bildirsə də bir müddət ondan cavab olmamışdır. 2014-cü ilin may ayının əvvələrində Qədir adlı şəxs ona zəng edərək Qəbələdə oteldə qaldığını, ona çatası pulun olduğunu və gəlib götürməyini bildirmişdir. Onun qonaqları olduğundan Bakı şəhərindən kənara çıxa bilməmiş və İsmayıllı rayonunda yaşayan dost bildiyi Cavabdeh zəng edib Qəbələdə oteldə qalan Qədir adlı şəxslə əlaqə saxlamağı və Qədirdə olan pulu götürüb ona çatdırmağı xahiş etmişdir. Rəşadəddin Qədirin nömrəsin götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. Bir müddət Rəşadəddindən xəbər çıxmamışdır. O sonra Rəşadəddinə zəng vurmuş, Rəşadəddin isə Qəbələ şəhərində Qədiri tapmadığını və onunla görüşə bilmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Bakı şəhərində Nizami metrosunun yaxınlığında Əhmədlə birlikdə maqazininə gələn qadını görmüş və ondan Əhmədi soruşmuşdur. Həmin qadın Əhmədin İstanbul şəhərində xəstəxanada yatdığını və ona borclu olduğu pulunu göndərdiyini bildirmişdir. O, həmin qadına pulu almadığını bildirmişdir. Bir müddət sonra o, İsmayıllı rayon Prokurorluğuna dəvət olunmuş, orada ondan və Rəşadəddindən izahatlar alınmışdır. Sonradan o, Qəbələ rayon Polis şöbəsinə dəvət olunmuş və ondan izahat alınmışdır. 2017-ci ildə İstanbul şəhərinə gedərək Əhmədi tapmış və hadisəni danışmışdır. Əhməd onun telefonu ilə Rəşadəddinə zəng vuraraq pulun geri qaytarmasını tələb etmişdir. O bir neçə dəfə İstanbul şəhərində olmuş və ona məlum olmuşdur ki, Rəşadəddin pulu Qədirlə bölmüş və Qədir Dubaya qaçmışdır. O, Rəşadəddinə zəng vurub niyə belə hərəkət etdiyini soruşduqda Rəşadəddin pulu qardaşının aldığını bildirmişdir. 2018-ci ildə Bakıda Rəşadəddini Əhmədin bacısı ilə görüşdürmüş və orada Rəşadəddin pulu verəcəyini bildirmişdir. O, Rəşadəddinə onun pulunu verməsi qarşılığında həmin puldan 4000 manat bağışlayacağını bildirmişdir. Bir müddət sonra Rəşadəddin Nəriman adlı qohumu ilə ona 12000 manat pul göndərmiş, lakin o, qalan pulu da istədiyindən geri qaytarmışdır. 2019-cu ilin axırında yenidən Nəriman ona 19000 manat gətirmiş, lakin o yenə də pulu götürməmişdir. Rəşadəddin ona olan borcunu ödəməkdən boyun qaçırmaq üçün ona qarşı uydurma qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun qarşılıqlı iddia tələbinin heç biri əsası və sübutu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla özünün 84000 manat məbləğində iddia tələbinin təmin edilməsini, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh özünün qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İddiaçılə dostu İsa Əkbərov vasitəsilə tanış olmuşdur. 2011-ci ilin noyabr ayının ortalarında İsa ondan işlərinin nə yerdə olduğunu soruşmuşdur. O, işdən çıxdığını və iş tapa bilmədiyini bildirmişdir. İsa ona iş tapmasına köməklik etmək üçün tanışı Qurban adlı şəxslə əlaqə saxlamış və Qurbanın nömrəsini verərək əlaqə saxlamağını məsləhət bilmişdir. O, Qurbanla Bakı şəhərində görüşmüş və bir qədər özü haqqında məlumat vermişdir. Qurban yüksək vəzifədə işləyən Əhməd Əliyev adlı tanışının olduğunu və iş tapmasına köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra Qurban ona zəng edərək Əhmədlə danışdığını və köməklik edəcəyinə söz verdiyini bildirmişdir. Əhməd onun işdən çıxarılmasını səbələrinə dair iki ədəd ərizə yazmağı və müvafiq sənədləri göndərməyi bildirmişdir. Qurban 2011-ci ilin dekabrında yeni il bayramı ərəfəsində ona zəng edərək bayramla əlaqədar Əhməd üçün sovqat və 2500 manat pul gətirməyi demişdir. Dekabr ayının 30-da Qurban vasitəsilə sovqatı və 2500 manat pulu Qurbanın Əhmədin bacısı oğlu kimi təqdim etdiyi şəxsə vermişdir. Yanvar ayının axırlarında Qurban ona bir neçə sənəd göstərərək işinin tezliklə həll olunacağını bildirmişdir. Bir neçə gündən sonra Qurban ona və dostu İsaya zəng edərək iş üçün təcili pul lazım olduğundan Əhmədə 1600 manat pul verdiyini və həmin pulu ona qaytarmağı bildirmişdir. O məcbur olub tanışlarından 1600 manat pul borc götürərək bank vasitəsilə Qurbanın hesabına köçürmüşdür. Bir müddət sonra Əhmədin həyat yoldaşı Rahidə zəng edərək sonuncunun müalicəsi üçün İrana aparılıdığını bildirmişdir. Əhməd İranda olarkən bir neçə dəfə zəng vuraraq onun işini tapşırdığını və yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Əhməd telefon danışıqları zamanı İsmayıllı rayonunda ev və şirniyyat sexi tikdirəcəyini bildirmiş, həmin vaxt tikinti üçün ona eskiz layihəsi də hazırlatmışdır. Həmin vaxtlar Əhməd Qurban vasitəsilə ona müxtəlif sifarişlər vermiş, o da həmin sifarişləri mümkün qədər yerinə yetirmişdir. Həmin ərəfədə Əhməd ona zəng edərək Qurbanla banka getməyi və orada guya ev tikintisi üçün Qurbanın Əhməddən 40000 manat, onun da Qurbandan 20000 manat pul alması barədə sənədi imzalamağı tapşırmışdır. O bu hərəkətlərdən şübhələnmiş və onların dediyinə etiraz edərək verdiyi pulları qaytarmağı tələb etmişdir. Bir müddət keçdikdən sonra Qurban ona 800 manat qaytarmışdır. 2013-cü ilin yanvar-fevral aylarında Əhməd yenidən ona zəng edərək işə düzəlməyi ilə əlaqədar qəti olaraq danışdığını və Qurbanla birlikdə yüksək dövlət idarələrindən birinə getməyini bildirmişdir. O həmin vaxt Qurbanla birlikdə həmin dövlət idarəsinə getmiş, Qurban həmin dövlət idarəsinə daxil olub oradan bir məktubla qayıtmış və həmin məktubu ona göstərmişdir. O, həmin məktubla tanış olmuş və işinin düzələcəyinə inanmışdır. Bundan sonra Qurban ondan müxtəlif adlar altında pul tələb etməyə başlamış və o, müxtəlif banklardan aldığı kreditlər hesabına Qurbanın tələb etdiyi pulları vermişdir. Bir müddət sonra isə Əhmədin həyat yoldaşı Rahidə ondan müxtəlif məbləğdə pul və digər sovqat istəməyə başlamışdır. O, bu xərclərdən azad olmaq üçün evini satmağa məcbur olmuşdur. Həmin müddət ərzində Əhməd İrana, oradan Türkiyəyə, daha sonra Almaniyaya və sonradan isə İsveçrəyə getmiş və geri qayıtmamışdır. Əhməd Türkiyə olarkən Qurban Əhməddən borcunu almaq üçün Türkiyəyə getmiş, lakin pulunu ala bilməmiş və ona zəng edərək geri qayıtmaq üçün 200 ABŞ dolları istəmişdir. O da həmin pulu Qurbana göndərmişdir. Qurban Türkiyədən qayıtdıqdan bir müddət sonra ona və İsaya zəng edərək Qədir adlı şəxsin Qəbələ şəhərinə gəldiyini və otellərin birində qaldığını, Qəbələ şəhərində Qədirlə görüşüb vacib bir əşyanı götürməyini bildirmişdir. O və İsa Qəbələyə gedərək Qurbanın verdiyi nömrəyə, oteldə işləyən Rəşadət adlı şəxsə zəng vuraraq Qədiri soruşmuş, Rəşadət isə Qədir adlı şəxsin 3-4 ay bundan əvvəl oteldə qaldığını, hazırda isə burada olmadığını bildirmişdir. Sonra o, zəng vuraraq bu barədə Qurbanı məlumatlandırmışdır. O, Əhmədlə bir dəfə də olsun görüşməmiş, yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. Bütün işlər Qurban vasitəsilə həyata keçirilmişdir. O, Qədiri tanımamış, onunla görüşməmiş və telefon vasitəsilə əlaqə saxlamamışdır. Onun Nəriman adlı qohumu yoxdur. Bütün bunlar hamısı Qurbanın uydurmasıdır. O, Qurbandan pulunu tələb etdikdə adamları onu şantaj etməyə başlamışlar. İddiaçı iddia tələbini əsassız hesab edir. İddiaçı 17500 manat maddi, 10000 manat məbləğində mənəvi ziyana görə olmaqla, cəmi 27500 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün qarşılıqlı iddia tələbinin təmin edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid X2 ifadə verərək göstərdi ki, İddiaçı qardaşıdır. Cavabdeh tanımır. Rəşadəddinin qardaşına borcunun olduğunu eşitmişdir. Şahid X3 ifadə verərək göstərdi ki, İddiaçı kəndlisidir. O, bazardan keçərkən Cavabdeh içkili vəziyyətdə olduğunu görmüş və “basqalıların pulunu yedim” deməsini eşitmişdir. Rəşadəddinin Qurbana borcunun olduğunu bilir. Şahid X5 ifadə verərək göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır və hər ikisi ilə yaxşı münasibətləri olmuşdur. Rəşadəddini iş tapmasına köməklik məqsədilə Qurbanla o tanış etmişdir. O, Qurbanın xahişi ilə Qədir adlı şəxslə görüşmək üçün Rəşaddədinlə birlikdə Qəbələ şəhərinə getmiş, lakin orada heç kimi tapa bilməmişlər. Rəşadəddin Qurbana zəng edib heç kimi tapa bilmədiklərini söyləmişdir. Qurbanla Rəşadəddin arasında olan pul söhbətini bilmir. Şahid ifadə verərək göstərdi ki, İddiaçı və Rəşaddəin Məhərrəmovu tanıyır. Qurban Rəşadəddinin ona 84000 manat borcu olduğunu demişdir. 2020-ci ilin mart-aprel aylarında bu işdən imtina olunmasına görə ona müxtəlif zənglər edilmişdir. Nəriman adlı şəxs zəng edərək Qurbanla Rəşadəddinin barışdırılmasını və 14000 manat pul təklif etmişdir. Məhkəmə tərəfindən İddiaçı təqdim etdiyi CD-disklərə köçürülmüş audio yazılara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, telefon danışıqları İddiaçılə Cavabdeh arasında deyil, başqa şəxslər arasındadır, və həmin səs yazıları iş üzrə əhəmiyyət kəsb etmir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia və qarşılqlı iddia tələbi rədd edilməlidir. xx xxxxxx 2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh Bakı şəhərindən İstanbul şəhərinə İddiaçı 200 ABŞ dolları göndərmişdir. xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxx” ASC-nin İsmayıllı filialı tərəfindən Cavabdeh və X1 illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə hərəsinə 1500 manat məbləğində kredit verilmişdir. İsmayıllı rayon Prokurorluğunun xx xxxx 2020-ci il tarixli 332 X-20 nömrəli məktubundan görünür ki, 2013-cü il və sonrakı illərdə Nərminə Əliyeva, Cavabdeh, İddiaçı və Qədir Abiyev barəsində araşdırılan material olmamışdır. Qəbələ rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli 8/144-16120-1220 nömrəli məktubundan görünür ki, Nərminə Əliyeva, Cavabdeh, İddiaçı və Qədir Abiyev barəsində toplanmış material məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə İddiaçı göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar ziddiyyət təşkil etməklə bir-birini təkzib edir. İş üzrə dindirilmiş şahidlər Cavabdeh Qədir adlı şəxsdən İddiaçı məxsus 84000 manat pulu aldığını və bunu gördüklərini təsdiq etmədilər. İddiaçı izahatında adlarını çəkdiyi Əhməd Əliyev, Qədir, Nəriman adlı şəxslərin kimliyini, onların soyadlarını və ata adlarını, ünvanlarını, əlaqə telefon nömrələrini, onları müəyyən etmək və dindirmək üçün digər əlaqə vasitələrini məhkəməyə təqdim etmədi. İddiaçı iddia tələbinin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da təsdiq edilmədi. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, onun qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlar da ziddiyyət təşkil etməklə bir-birini təkzib edir. Cavabdeh qarşılıqlı iddia tələbinin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da təsdiq edilmədi. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Nadı̇r oğlunun Məhərrəmov Rəşadəddı̇n Şəmı̇l oğluna qarşı 84000 (səksən dörd min) manat pul tələbinə dair iddiası rədd edilsin. Məhərrəmov Rəşadəddı̇n Şəmı̇l oğlunun İddiaçı Nadı̇r oğluna qarşı 17500 (on yeddi min beş yüz) manat maddi və 10000 (on min) manat mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar