Məhkəmə qərarları › İş №2(037)-36/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-36/2021

21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-36/2021 21.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Ası̇ f oğlunun cavabdeh Qədı̇ rov Vüsal Şı̇ rvan oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ası̇ f oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Qədı̇ rov Vüsal Şı̇ rvan oğlundan (bundan sonra cavabdeh) 10065,94 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə qonşudur və münasibətləri normal olmuşdur. 2020-ci ilin may ayında cavabdeh ona zəng edərək yaşadığı evi satmaq istədiyini bildirərək alıcı tapmağını xahiş etmişdir. Cavabdeh əgər evi o, alsa 11000 manata satacağını bildirmişdir. O, cavabdehin yaşadığı evi almaq qərarına gəlmiş və bunun üçün evdə olan 6000 manat pulu və borc olaraq aldığı 4000 manat pulu, ümumilikdə 10000 manat pulu Azərbaycan Beynəlxalq Bankında cavabdehin adına açılmış hesaba ödəmişdir. Cavabdeh həmin gün hesabına ödədiyi 10000 manat pulu bankdan götürmüşdür. Aralarında olan razılaşmaya əsasən cavabdeh yaşadığı evin işıq və qaz sayğaclarının abonent kodlarını Asan Xidmət Mərkəzində onuna adına keçirmişdir. O, cavabdehin işıq sayğacında olan 65,94 manat abonent borcunu ödəmişdir. Aralarında olan razılaşmaya əsasən evin alğı-satqısı üçün qalan 1000 manat pulu evdə olan əşyalar götürüldükdən sonra cavabdehə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh 10000 manat pulu aldıqdan bir neçə gün sonra ona zəng edərək evin satılması ilə bağlı ailə üzvləri və valideynləri ilə aralarında narazılıq yaranmadığını bildirərək narahat olmamasını, ailə üzvləri və valideynləri ilə aralarında evin satılması ilə bağlı narazılıq yaranmasına baxmayaraq aralarında olan razılaşmanın qüvvədə olmasını bildimişdir. Bundan sonra cavabdehdən aldığı evə getmiş və evdə cavabdehin ailə üzvlərinin və valideynlərinin olduğunu görmüşdür. Cavabdehin valideynlərinə evin cavabdeh tərəfindən 10000 manata ona satıldığını bildirmiş və onlar cavabdehlə telefonla danışaraq evin satılması ilə bağlı aralarında mübahisə etmişlər. O, cavabdehin valideynlərindən yaşadıqları evin alğı-satqısı üçün verdiyi 10000 manat pulu tələb etdikdə onlar həmin pulu cavabdehdən tələb etməsini bildirmişlər. Bundan sonra o, ərazi üzrə sahə rəisi və DİN-nin 102 xidmətinə zəng edərək aralarında olan razılaşmaya əsasən cavabdehə yaşadığı evin alğı-satqısı üçün 10000 manat məbləğində pul verməsi barədə məlumat vermişdir. Həmin gün müraciəti ilə əlaqədar polis əməkdaşları tərəfindən ondan izahat alınmışdır. Növbəti gün cavabdehin İsmayıllı rayonu Bizlan kəndi ərazisində qətil hadisəsi törətdiyi üçün həbs edildiyini eşitmişdir. Həmin vaxtdan təxminən iki ay keçdikdən sonra İsmayıllı rayon Prokurorluğundan ona zəng edilərək cavabdehlə aralarında olan məsələ barədə izahat verməli olduğu barədə məlumat verilmişdir. O, İsmayıllı rayon Prokurorluğuna gedərək cavabdehə yaşadığı evin alğı-satqısı üçün 10000 manat məbləğində pul verməsi barədə izahat vermişdir. Cavabdeh tutularkən verdiyi ifadəsində üzərində olan 9500 manat pulun yaşadığı evin alğı-satqısı üçün ondan almasını, pulun 10000 manat olmasını və 500 manatını xərcləməsini İsmayıllı rayon Prokurorluğundan ona bildirmişlər. İsmayıllı rayon Prokurorluğunda cavabdehin tutularkən üzərindən götürülmüş 9500 manat pulun prokurorluğun depozit hesabında saxlanılması ona bildirilmiş və həmin pulun ona verilməsi üçün hüquqi əsas olmadığından mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdehdən 10065,94 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X2 cəza çəkən Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir və işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxx 2020-ci il tarixli, DPZT**********00 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 10000 manat köçürülmüşdür. xx xxx 2020-ci il tarixli, **********30021 abonent nömrəli müqavilənin surətindən görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmışdır. xx xxx 2020-ci il tarixli, AKX-02227xx/xx-2020 nömrəli müqavilənin surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmışdır. “xxxx” ASC-nin bildiriş xəbərdarlıq və xx xxx 2020-ci il tarixli, 33542 nömrəli qəbzin surətlərindən görünür ki, Cavabdeh işıq sayğacında olan abonent borcu 65,94 manat olmuş və həmin abonent borcuna 66 manat ödənilmişdir. İsmayıllı rayon Prokurorluğunun xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs Cavabdeh üzərindən 9489 manat götürülərək Azərbaycan Respublikası Baş X1 Təminat şöbəsinin maliyyə sektoruna depozit fonduna təhvil verilmişdir. İsmayıllı rayon Prokurorluğunda ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh ifadəsinin surətindən görünür ki, Cavabdeh evi İddiaçı 11000 manata satdığı, 10000 manatını bank vasitəsi ilə onun hesabına köçürtdüyü, qalan 1000 manatı sonra verəcəyi, Asan Xidmət Mərkəzinə gedərək evin qaz, su və işıq sənədlərini İddiaçı adına keçirtiyi barədə ifadəsində qeyd etmişdir. Məhkəmə iddiaçı və nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və iddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Cavabdeh iddiaçıdan pul aldığı halda həmin pulu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Qədı̇ rov Vüsal Şı̇ rvan oğlundan 10065,94 manat pul, 30 manat dövlət rüsumu – cəmi 10095 (on min doxsan beş) manat 94 (doxsan dörd) qəpik alınaraq İddiaçı Ası̇ f oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar