Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-389/2020 13.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı pul tələbinə dair mülki işə 13 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh Hüseyn oğlundan (bundan sonra cavabdeh) 550 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Basqal qəsəbəsində yaşayır. İsmayıllı şəhər sakini kimi tanıdığı Cavabdeh ondan bir neçə dəfə borc pul alaraq qaytarmışdır. 2019-cu ilin avqustun 20-də Cavabdeh yazılı qəbz yazaraq ondan 550 manat pul almışdır. Cavabdeh yazdığı qəbzdə ondan aldığı pulu 2019-cu ilin avqustun 25dək qaytaracağını qeyd etsə də, həmin pulu ona qaytarmamışdır. Yaşadığı Basqal qəsəbəsindən 30-35 km uzaqlıqda yerləşən rayon mərkəzinə dəfələrlə gələrək Cavabdeh pulunu tələb etmişdir. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. O, cavabdehdən 550 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 20 avqust 2019-cu il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 2019-cu ilin avqustun 20-də Cavabdeh İddiaçı 550 manat məbləğində borc pul almış və aldığı borcu 2019cu ilin avqustun 25-dək İddiaçı ödəyəcəyini qeyd etmişdir. 13 may 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödəmişdir. Araşdırma zamanı müəyyən edildi ki, 2019-cu ilin avqustun 20-də cavabdeh iddiaçıdan 550 manat məbləğində borc pul almış və aldığı borcu 2019-cu ilin avqustun 25-dək iddiaçıya ödəyəcəyi barədə qəbz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddiaçının izahatına və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdehin 2019-cu ilin avqustun 20-də iddiaçıdan 550 manat məbləğində borc pul alması və aldığı borcu 2019-cu ilin avqustun 25-dək iddiaçıya ödəyəcəyi barədə qəbz verməsi təsdiq edildiyindən cavabdehdən 550 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Hüseyn oğlundan 550 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-389/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-389/2020
13.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver