Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-39/2021 10.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Hacıyev Camaləddı̇ n Cəmı̇ l oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Hacıyev Camaləddı̇ n Cəmı̇ l oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 340 manat və 1300 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə cavabdehlə tanış olmuşdur. Bir müddət sonra cavabdeh ondan iş qurmaq üçün borc pul verməsini xahiş etmişdir. O, cavabdehə inanaraq xx xxxx 2020-ci il tarixdə 340 manat və 1300 ABŞ dolları məbləğində sonuncuya borc vermişdir. Cavabdeh həmin pulu xx xxxxxxxx 2020-ci il tarixə kimi qaytaracağına söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Bu barədə cavabdehin qardaşı ilə danışmış, lakin nəticəsi olmamışdır. Cavabdehdən 340 manat və 1300 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir və işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid ifadə verərək göstərdi ki, o, Bakı şəhərində yaşayır və iddiaçı ilə qonşudur. O, cavabdehi birinci dəfə iddiaçıdan 200 ABŞ dolları pul alanda, ikinci dəfə isə iddiaçı tərəfindən tərtib olunmuş ödəmə cədvəlinə imza çəkərkən görmüşdür. xx xxxx 2020-ci il tarixli iltizamın surətindən görünür ki, cavabdeh iddiaçıdan 500 ABŞ dolları və 320 manat pul götürdüyünü, həmin pulu 60-90 gün ərzində qaytaracağını bildirmiş və sonradan xx xxxx 2020-ci il tarixdə yenidən cavabdeh iddiaçıdan 800 ABŞ dolları və 20 manat pul aldığını göstərərək imza çəkmişdir. xx xxxx 2020-ci il tarixli ödəmə cədvəlinin surətindən görünür ki, cavabdeh xx xxxx 2020-ci il tarixdə aldığı 2450 manat pulu qaytarmaq üçün iddiaçı tərəfindən tərtib olunmuş ödəmə cədvəli ilə razılaşmışdır. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və iddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 340 manat və həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 1300 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı Hacıyev Camaləddı̇ n Cəmı̇ l oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-39/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-39/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver