Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-44/2021 19.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Heydərov Sabı̇ t Məmməd oğlunun Mı̇ rzəyev Rövşən Zöhrab oğluna qarşı borc tələbinə dair iddiası, Mı̇ rzəyev Rövşən Zöhrab oğlunun Heydərov Sabı̇ t Məmməd oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Heydərov Sabı̇ t Məmməd oğlu Mı̇ rzəyev Rövşən Zöhrab oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 263 (iki yüz altmış üç) manat məbləğində məhkəmə xərclərinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mı̇ rzəyev X1 Sabı̇ t Məmməd oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 41000 manat pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabı̇ t Heydərov məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə İddiaçı məhkəmə prosesində iştirakının zəruri olması barədə dəfələrlə məlumat verməsinə baxmayaraq İddiaçı heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclaslarının Sabı̇ t Heydərovun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Sabı̇ t Heydərovun iştirakı olmadan baxılmasını qərara almışdır. Sabı̇ t Heydərovun nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında ticarətlə məşğul olarkən tanımışdır. Onların işlətdikləri obyektlər bir-birinə yaxın məsafədə yerləşdiyindən qarşılıqlı şəkildə bir-birilərinə geyim əşyaları və ya pul vermiş və beləliklə aralarında etibarlı münasibətlər yaranmışdır. Daha sonra Cavabdeh daha çox gəlir əldə etmək, ticarətini genişlədirmək məqsədi ilə İddiaçı borc istəmiş, İddiaçı isə Cavabdeh işlərinin normal vəziyyətdə olmasını, aralarında olan yaxın münasibətləri nəzərə alaraq Cavabdeh borcu vaxtında qaytaracağını güman etdiyindən xx xxxxxx 2019-cu ildə 30000 (otuz min) manat pul məbləğini yazılı razılaşma əsasında sonuncuya borc vermişdir. Həmin vaxt İddiaçı işçisi olan Şamil Şəmilov orada iştirak etmişdir. Bundan sonra İddiaçı yenidən 6700 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Cavabdeh aralarındakı razılaşmaya əsasən təxminən 5-6 ay müddətində öhdəliyini yerinə yetirməyi üzərinə götürmüşdür. İlk vaxtlar Cavabdeh İddiaçı 17 gün ərzində hər gün 170 manat olmaqla 2890 manat ödəməklə öhdəliyin kiçik bir hissəsini yerinə yetirmişdir. Cavabdeh borc aldığını xx xxxxxx 2020-ci il tarixdə yazaraq imzası ilə təsdiq etmiş və borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunmağa razı olduğunu bildirmişdir. Cavabdeh ayrı-ayrı zamanlarda hissə-hissə 940 manat pulu İddiaçı qaytarmışdır. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə ümumi borcunun 32870 manat olduğunu və təxminən 6 ay ərzində ödənişi gecikdirdiyini yazılı şəkildə etiraf etmişdir. Sonralar isə dəfələrlə borcun Cavabdeh tələb edilməsinə baxmayaraq o müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin bağlanmasından təxminən bir ildən çox vaxt keçsə də, Cavabdeh borcunu hələ də ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğ kifayət qədər böyük olduğundan, həmçinin öhdəliyi uzun müddət gecikdirdiyindən və borcunu ödəmək niyyətinin olmadığından İddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borcun Cavabdeh alınmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən vəkilə etibarnamə alınması üçün ödənilmiş 21,50 manat, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 11 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat müqavilə haqqı olmaqla, cəmi 263 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. O, Cavabdeh 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 263 (iki yüz altmış üç) manat məbləğində məhkəmə xərclərinin alınaraq İddiaçı ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh borcu İddiaçı artıqlaması ilə qaytardığını bildirsə və əlavə olaraq ödədiyi 41000 manat məbləği tələb etsə də, həmin faktları heç bir mümkün sübutla təsdiq edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mı̇ rzəyev Rövşən Zöhrab oğlu iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr bazarında geyim əşyalarının pərakəndə satışı ilə məşğul olur. İddiaçıla tanışlığı Şahid1 vasitəsi ilə 2019-cu ilin yaz-yay aylarında olmuşdur. İddiaçı 8-ci kilometr bazarının yaxınlığında Lotos ticarət mərkəzinin arxa hissəsində yerləşən 2 ədəd dükanda siqaret satışını həyata keçirmiş, Şahid1 da həmin mağazada satıcı işləmişdir. İşlədiyi yaxın çevrəsində hamı İddiaçı kiçik sahibkarlara sələmlə pul verən şəxs kimi tanımışdır. O, 2019-cu ilin iyul ayında sərmayə məqsədi ilə İddiaçı 20 gün müddətinə hər gün 120 manat sələm ödəməklə 1800 manat pul götürmüş və 20 gün müddətində 120 manat olmaqla, ümumilikdə 2400 manat məbləği geri qaytarmışdır. Həmin ilin avqust ayının əvvəlində o, İddiaçı 3000 manat pul götürmüş və hər gün 120 manat olmaqla, 30 gün ödəməklə, ümumilikdə 3600 manat pul geri qaytarmışdır. Beləliklə o, İddiaçı aldığı 1800 manat əsas borca 600 manat sələm ödəməklə 2400 manat, 3000 manat əsas borca 600 manat sələm ödəməklə 3600 manat pulu geri qaytarmış və hər iki borca görə 1200 manat sələm ödəmişdir. Pul vəsaitlərini götürərkən və geri qaytararkən onlar heç bir yazılı sənəd, akt, qəbz tərtib etməmişlər. 2019-cu ilin avqust ayının ortalarında İddiaçı ona 6000 manat dəyərində geyim əşyalarını vermiş, o həmin geyimlərin 3000 manat pulunu həmin anda ödəmiş və İddiaçı 3000 manat borcu qalmışdır. Həmin ilin sentyabr ayında İddiaçı 12000 manat borc almış, əvvəlki 3000 manat borcu da üzərinə hesablanmaqla 15000 manat borclu qalmış və 66 günə hər gün 300 manat ödəməklə, 67ci gün isə 200 manat olmaqla, 5000 manat sələm ödəməklə, ümumilikdə 20000 manat pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Pulun alınması zamanı Sahin Şəmilov da iştirak etmiş və bununla bağlı İddiaçı tərəfindən yazılı sənəd tərtib olunmuşdur. O, 20000 manat borcdan 23 gün 300 manat, bir gün isə 200 manat ödəməklə 7100 manat pulu İddiaçı qaytarmış, 12900 manat borcu qalmışdır. İddiaçı onun pulun qalan hissəsini ödəməkdə çətinlik çəkdiyini görüb şantaja əl atmış, yüksək vəzifəli şəxsin yaxın qohumunun başqa bir qadınla olan şəkilini ona göstərərək həmin qadının bacısı olduğunu və borc verdiyi pulların da başqa şəxslərə məxsus olduğunu bildirmiş və mobil telefonun kamerasında çəkiliş aparmaqla 7100 manat pul verib, ümumi borcun 20000 manat olduğunu bildirməklə, üzərinə 12700 manat sələm gələrək ümumi borcun 32700 manat olduğunu qeyd etmişdir. Həmin vaxt Şahid1 da onlarla birlikdə olmuş və İddiaçı özünün qeydə aldığı videoçəkilişdə guya onun 2019-cu ilin dekabr ayında 32700 manat borc aldığını hədə-qorxu və şantaj yolu ilə ona təsdiqlətmişdir. Bundan sonra o, hər gün 300 manat olmaqla, 183 gün ərzində ümumilikdə 54900 manat pulu bəzi hallarda özü, bəzən isə anası vasitəsi ilə İddiaçı ödəmişdir. O, hər gün ödədiyi vəsaiti 8-ci kilometr bazarında səyyar ticarət apardığı 4 köşkdən əldə etdiyi qazanc, digər sələmçilərdən götürdüyü borc və özünəməxsus avtomobilin satışından əldə etdiyi vəsait hesabına İddiaçı qaytarmışdır. O, yazılan 32700 manat borcu 109 gün müddətinə hər gün 300 manat olmaqla ödəməli olmuşdur. Sonuncu 109-cu gündə isə, yəni 2020-ci ilin aprel ayında pulun sonuncu hisəsini verərəkən İddiaçı bununla razılaşmayıb təkrar onu təhdid edərək əlavə 100 gün 300 manatdan pul ödəməli olduğunu bildirmiş və onun 32700 manat pulun ödənilməsini 3 aydan artıq müddətə hələ də başa çatdıra bilmədiyini bəhanə gətirmişdir. Ona görə də o, məcburiyyətdən İddiaçı təhdidi ilə müvafiq yazılı sənədlər tərtib etməklə hər günə 300 manat olan ödənişi daha 74 gün davam etdirmişdir. Yəni o hər gün 300 manat olmaqla ümumilikdə 183 gün İddiaçı pul ödəmişdir. Ödənişin 109-cu günündə İddiaçı əlavə olaraq 100 gün ödəniş tələb etdikdən sonra o ödənişi 74 gün davam etdirib 26 gün ödəniş etməkdən imtina etmişdir. Bu hadisədən sonra o, hər gün 300 manat olmaqla 26 gün ödəniş etmədiyinə görə İddiaçı onun koronovirusla əlaqədar borcu ödəməməsi ilə bağlı yazılı sənəd tərtib etmişdir. Pulların verilməsi və şantaj yolu ilə üzərinə sələm əlavə olunması ilə bağlı İddiaçı tərəfindən tərtib edilən bütün yazışma, videoyazı və sənədlər İddiaçı saxlanılır, həmin videoyazı əldə edilərsə mülki işin obyektiv araşdırılmasına zəmin yaratmış olar. Beləliklə İddiaçı ona ümumilikdə 29900 manat pul verdiyi halda, o həmin məbləğin qarşılığında sələmlə birlikdə 71000 manat pulu İddiaçı geri qaytarmış, yəni əlavə olaraq 41100 manat artıq ödəmişdir. O, əlavə olaraq ödədiyi 41000 manat pulun İddiaçı alınaraq ona ödənilməsini tələb edir, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid3 bildirdi ki, Cavabdeh onun qardaşıdır. O, anası və qardaşı 8-ci kilometr bazarında qadın geyimlərinin satışı ilə məşğul olurlar. İddiaçı isə 8-ci kilometr bazarının yaxınlığında Lotos ticarət mərkəzinin arxa hissəsində yerləşən 2 ədəd dükanda siqaret satışını həyata keçirmişdir. Qardaşı İddiaçı borc götürməmişdən öncə özü İddiaçı 12000 manat borc pul almış və faizi ilə birlikdə 14000 manat pulu İddiaçı qaytarmışdır. Daha sonra qardaşı İddiaçı borc götürmüşdür. İddiaçı qardaşına yüksək faizlə borc pul verdiyinə görə qardaşı borcu ödəməkdə çətinlik çəkmiş, İddiaçı qardaşına borcu qaytarması üçün təyziq göstərmişdir. Ona görə də özünəməxsus 70 qr çəkidə qızılı sataraq əldə etdiyi pulu qardaşının borcunu ödəmək məqsədi ilə İddiaçı vermişdir. Şahid2 bildirdi ki, o, əvvəllər “Lotos” ticarət mərkəzində mühafizəçi işləmişdir. Hər gün Cavabdeh orada görür, Cavabdeh oraya gəlib-getməsinin səbəbini soruşduqda Cavabdeh pul vermək üçün gəldiyini ona bildirirdi. Cavabdeh borcu ödəməsi üçün təyziq olunurdu. Borc məbləği ilə bağlı onun heç bir məlumatı olmamış, yalnız İddiaçıla Cavabdeh arasında borcla bağlı mübahisənin olduğu ona məlum olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. xx xxxxxx 2020-ci il tarixli yazılı qəbzin məzmunundan görünür ki, Cavabdeh qəbzdə İddiaçı xx xxxxxx 2019-cu il tarixində aldığı 30000 (otuz min) manat borcu göstərilən tarixdən göstərilmiş qaydada 17 gün hər gün 170 manat olmaqla ödədiyini, yazılı qəbzin tarixinə qədər ödəmədiyini, borcu ödəməsə məsuliyyətə cəlb edilməyinə razı olduğunu, əlavə olaraq 6700 manat aldığını, bu yazını yazarkən tamamilə özündə olduğunu, heç bir təziq olmadığını və heç bir psixatrop maddədən istifadə etmədiyini qeyd etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli yazılı qəbzin məzmunundan görünür ki, qeyd edilən tarixdə Nuranə 2570 manat, Rövşən 30300 manat borc almış, Cavabdeh ümumi borcdan yekun 2570 manat və 30300 manat borcunun qaldığını, ödəyib bitirəcəyini, təxmini altı ay gecikdirdiyini qeyd etmiş və imzası ilə təsdiq etmişdir. xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış, aparılmış araşdırma zamanı Cavabdeh şəxsi məqsədləri üçün İddiaçı 1800, 3000, 6000, 12000, 7100 manat omaqla ümumilikdə 29900 manat pul vəsaiti borc götürdüyü, İddiaçı tərəfindən həmin vəsaitin sələmi ilə birlikdə 32.700 manat şəkilində hesablanaraq Cavabdeh həmin məbləğdə, yəni 32700 manat borcunun olduğunu təsdiq edən yazılı sənədin alındığı, Cavabdeh sələmi ilə hesablanmış 32700 manat borcunu 2400, 3600, 3000, 7100, 54900 manat olmaqla ümumilikdə 71000 manat İddiaçı ödədiyi tam olaraq sübuta yetirilsə də, cinayət işi başlamazdan əvvəl yoxlama gedişində cinayət hadisəsi müəyyən edilməmiş, Cavabdeh və İddiaçı arasında yaranmış münasibət mülki xarakterli olduğundan və toplanmış materialda cinayət tərkibi olmadığından Cavabdehərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 48-1-ci bəndinə əsasən notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır. Həmin Təlimatın 160-1-ci bəndinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə 30000 (otuz min) manat pul məbləğini Cavabdeh borc verdiyini bildirdiyi halda, borcun alınması ilə bağlı sonuncudan müəyyən müddət keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə 30000 manat pul məbləğinin və xx xxxxxxxx 2020-ci il tarixdə isə 30300 manat və əlavə olaraq 2570 manat məbləğin borc götürülməsi ilə bağlı yazılı sənəd almışdır. Tələb olunan borc predmetinin məbləği üç min manatdan çox olduğu halda, İddiaçı 30000 (otuz min) manat pul məbləğini Cavabdeh verməsi ilə bağlı yazılı müqavilə tərtib etməmiş, yalnız Cavabdeh aldığı sonuncunun xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş yazılı sənəd isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsində qeyd olunan yazılı əqdin formasına uyğun tərtib olunmamışdır. İddiaçı tərəfindən tələb edilən borc məbləği verilmiş olsa belə yazılı əqdin notarial formasına riayət edilməmiş, pul vəsaitini tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Cavabdeh məhkəmə prosesində həmin əlyazmaları İddiaçı hədə təsiri altında yazdığını bildirmişdir. Məhkəmə tərəfindən İddiaçı prosesdə iştirakı zəruri hesab edilməsinə baxmayaraq sonuncu məhkəmə prosesinə gəlmədiyindən və iddia tələbində qeyd etdiyi faktların əsaslı olduğunu sübut edə biləcək, tərəflər arasında yaranmış münasibətlərdə iştirak etmiş Şahid1 məhkəmə prosesində şahid qismində ifadə vermək üçün iştirakını təmin etmədiyindən Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmaların sonuncunun iradə ifadəsi ilə və ya hədə-qorxu təsiri altında tərtib olunmasını müəyyən etmək mümkün olmamışdır. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissəsində rədd edilməlidir. Hazırki iş üzrə iddia tələbi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat hissədə rədd edildiyindən, 263 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində də rədd edilməlidir. Məhkəmə 41000 manat pulun alınmasına dair qarşılıqlı iddia tələbinə münasibət bildirirək qeyd edir ki, Cavabdeh İddiaçı 41000 manat ödədiyini bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də 41000 manat pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Heydərov Sabı̇ t Məmməd oğlunun Mı̇ rzəyev Rövşən Zöhrab oğluna qarşı borc tələbinə dair iddiası rədd edilsin. Mı̇ rzəyev Rövşən Zöhrab oğlunun Heydərov Sabı̇ t Məmməd oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-44/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-44/2021
19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver