Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-46/2024 26.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı və pay torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi tələbinə dair mülki işə 26 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ismayıllı rayon Ağbulaq kəndində yerləşən birgə mülkiyyətçilər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və X1 birgə mülkiyyətlərində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində **********4110301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı ildə qeydə alınaraq RX seriyalı ******* nömrəli çıxarış üzrə 0.12 hektar həyətyanı torpaq sahəsi,həmin daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində **********20 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış üzrə 0.6494 hektar pay torpaq sahəsi və həmin daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində **********21 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış üzrə 4,1244 hektar pay torpaq sahəsinin İddiaçı1 və İddiaçı4 birgə,İddiaçı3 Mürşud oğlu,İddiaçı2 və X1 paylarının isə ayrı-ayrılıqda naturada real bölgü əsasında bölünərək ayrılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublikada aparılan məlum torpaq islahatları zamanı bir ailə formasında yaşadıqları ismayıllı rayon Ağbulaq kəndində yerləşən 4,1244 və 0,6494 hektar pay torpaq sahələri,habelə 0,12 hektar həyətyanı torpaq sahəsi onun və digər birgə mülkiyyətçilər İddiaçı4, İddiaçı3, İddiaçı2 və şəhid övladı X1 birgə mülkiyyətlərinə verilmişdir. Birgə mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq 0,12 hektar həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində **********41-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016cı ildə qeydə alınaraq RX seriyalı ******* nömrəli çıxarış,0,6494 hektar pay torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində **********20 reyestr nömrəsi,192101 1875 qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış və 4,1244 hektar pay torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış verilmişdir. Həmin torpaq sahələrinin 1/5 hissəsi 2-ci 44 günlük Qarabağ müharibəsində şəhid olmuş oğlu X1 payına düşür. Oğlunun qanun üzrə birinci növbədə vərəsələri olan cavabdehlər-arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 torpaq sahələrinin birgə mülkiyyətçilər arasında bölünməsinə maneçilik törədir,bölgünün könüllü qarşılıqlı razılıq əsasında aparılmasına əngəl yaradırlar. Qeyd edilən,mülkiyyətlərində olan torpaq sahələrindən digər birgə mülkiyyətçinin varislərinin maneçiliyinə görə və eyni zamanda paylarına düşən torpağın konturlarını bilmədiklərindən istifadələrində və sərəncam vermə hüquqlarına maneçilik törədilir, həmçinin torpaq sahələri birgə mülkiyyətdə olduğundan torpağın əkilib becərilməsi üçün dövlət tərəfindən verilən subsidiyanı ala və subsidiyadan istifadə edə bilmirlər. Onlar torpaq sahələrinin naturada real şəkildə bölünərək mülkiyyət paylarının ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 9 saylı Ərazi idarəsinə müraciət etmişlər. Həmin təşkilat 03 avqust 2023-cü il tarixli 3-21-3-42/2-4-00xx-xx/2023 saylı məktubla tələblərini təmin etməkdən imtina etmişdir. Həqiqətdə də birgə mülkiyyətçinin qanuni varisləri tərəfindən qanuni mülkiyyətlərində olan torpaq sahələrinə mülkiyyət hüquqları həyata keçirmələrinə maneələr var və tələb olunan birgə mülkiyyətdə olan torpaq sahələrinin bölgüsünə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və sazişin əldə edilməsi mümkün deyildir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia təlkəbinin təmin edilməsini xahiş etmişdir.İşə iddiaçıların iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasına və torpaq sahələrinin bölünərək payının ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxx 1948-ci il tarixdə İsmayıllı rayonun Ağbulaq kəndində doğulmuş, İsmayıllı rayonun Ağbulaq kəndində yaşayır. - AZE seriyalı 16270227 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 24 aprel 1978-ci il tarixdə İsmayıllı rayonun Ağbulaq kəndində doğulmuş, Tərtər rayonu 703 saylı Hərbi Hissədə qeydiyyatdadır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1984-cü il tarixdə İsmayıllı rayonun Ağbulaq kəndində doğulmuş, İsmayıllı rayonun Ağbulaq kəndində yaşayır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonun Ağbulaq kəndində doğulmuş, İsmayıllı rayonun Ağbulaq kəndində yaşayır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1984-cü il tarixdə İsmayıllı rayonun Ağbulaq kəndində doğulmuş, ünvan 1 ünvanında yaşayır. - Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 04 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********41-10301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0911099 nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışın sürətindən görünür ki, İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisindən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********21 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın sürətindən görünür ki, İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisindən 4.1244 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********20 reyestr,********** qeydiyyat nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarışın sürətindən görünür ki, İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisindən 0.6494 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********41-10301 nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinin (bölünməsi nəzərdə tutulan torpaq sahələrinə yol yeri nəzərə alınmaqla) faktiki torpaq sahəsinin daxilində yerləşən quraqlıq və tövlə söküldükdən sonra bölünməsi mümkündür. Eyni zamanda faktiki naturada ölçülmüş torpaq sahəsi ilə **********41-10301 nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.12 hektar torpaq sahəsi arasında tərəf ölçüləri və coğrafi yerləşmə fərqi baxımından uyğunsuzluq mövcuddur.Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********20 saylı çıxarışla İddiaçı1,İddiaçı3,İddiaçı4, İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş 0.6494 hektar torpaq sahəsi ilə faktiki naturada istifadə olunan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, **********20 saylı çıxarışla İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş 0.6494 hektar torpaq sahəsinin bir hissəsi faktiki naturada meşəlik əraziyə düşür.Bu səbəbdən torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsi mümkün deyildir. **********21 saylı çıxarışla İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş 4.1244 hektar torpaq sahəsi mülkiyyətçilər tərəfindən bərabər hissədə bölünməsi mümkündür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonun Ağbulaq kəndində 4.1244 və 0.6494 hektar kənd təsərrüfatı təyinatlı və 0,12 hektar həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********41-10301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0911099 nömrəli, xx.xx.2016-cı il tarixli, **********21 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli və **********20 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarılar verilmişdir. Mülkiyyətçi X3 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. X2 üzrə birinci növbədə vərəsələri cavabdehlərarvadı Cavabdeh1 və oğlu Cavabdeh2dur. İddiaçılar paylı mülkiyyətlərində olan torpaq sahələrini əkib-becərmək, istifadə etmək üçün öz paylarının naturada ayrılmasını istəyirlər. Lakin tərəflər arasında mübahisə yarandığından bölgünün aparılması mümkün olmamış, məhkəməyə müraciət etmişlər.İddiaçılar birgə mülkiyyətlərində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində **********4110301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı ildə qeydə alınaraq RX seriyalı ******* nömrəli çıxarış üzrə 0.12 hektar həyətyanı torpaq sahəsi, həmin daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində **********20 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış üzrə 0.6494 hektar pay torpaq sahəsi və həmin daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində **********21 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış üzrə 4,1244 hektar pay torpaq sahəsinin İddiaçı1 və İddiaçı4 birgə,İddiaçı3 Mürşud oğlu,İddiaçı2 və X1 paylarının isə ayrı-ayrılıqda naturada real bölgü əsasında bölünərək ayrılması barədə qətnamə qəbul olunmasını xahiş edirlər. Cavabdeh1 teleqram göndərərək torpaq sahələrinin paylarına çatan hissəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********41-10301 nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinin (bölünməsi nəzərdə tutulan torpaq sahələrinə yol yeri nəzərə alınmaqla) faktiki torpaq sahəsinin daxilində yerləşən quraqlıq və tövlə söküldükdən sonra bölünməsi mümkündür. Eyni zamanda faktiki naturada ölçülmüş torpaq sahəsi ilə **********41-10301 nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.12 hektar torpaq sahəsi arasında tərəf ölçüləri və coğrafi yerləşmə fərqi baxımından uyğunsuzluq mövcuddur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********20 saylı çıxarışla İddiaçı1,İddiaçı3,İddiaçı4, İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş 0.6494 hektar torpaq sahəsi ilə faktiki naturada istifadə olunan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, **********20 saylı çıxarışla İddiaçı1, İddiaçı3,İddiaçı4, İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş 0.6494 hektar torpaq sahəsinin bir hissəsi faktiki naturada meşəlik əraziyə düşür.Bu səbəbdən torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsi mümkün deyildir. **********21 saylı çıxarışla İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş 4.1244 hektar torpaq sahəsi mülkiyyətçilər tərəfindən bərabər hissədə bölünməsinin mümkün olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 və İddiaçı2 paylı mülkiyyətlərində olan 4.1244 hektar kənd təsərrüfatı təyinatlı və 0.12 hektar həyətyanı torpaq sahələrində payların bölünməsi üsulu və şərtləri haqqında tərəflər razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərinin hər birinin payının naturada ayrılması məhkəmə qaydasında həyata keçirilməlidir. Məhkəmə mütəxəssis rəyi ilə razılaşır və hesab edir ki, mütəxəssis rəyində bölünməsi mümkün olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********41-10301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0911099 nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********21 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 4.1244 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri naturada real bölgü əsasında birgə mülkiyyətçilər arasında bərabər bölünərək hər birinin payı ayrı-ayrılıqda ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahələrindən iddiaçıların paylarının naturada ayrılmaqla bölünməməsi və həmin torpaq sahələrindən iddiaçıların istifadə etmələrinə birgə mülkiyyətçi X2 üzrə birinci növbədə vərəsələri cavabdehlər tərəfindən maneçilik törədilməsi və torpaq sahəsinin birgə mülkiyyətçilər arasında bərabər bölgü aparılmasına razılıq verməməsi iddiaçıların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********41-10301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0911099 nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş,**********21 reyestr,********** qeydiyyat nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarışa və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 4.1244 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri naturada real bölgü əsasında birgə mülkiyyətçilər arasında bərabər bölünərək hər birinin payı ayrı-ayrılıqda ayrılmalıdır. Məhkəmə iddianın daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində **********20 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmış çıxarış üzrə 0.6494 hektar pay torpaq sahəsinin naturada birgə mülkiyyətçilər arasında bərabər bölünməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilən torpaq sahəsinə dair birgə mülkiyyətçilər arasında naturada bərabər bölgü aparılması mümkün olmadığı qeyd edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********41-10301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0911099 nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi naturada real bölgü əsasında birgə mülkiyyətçilər arasında bərabər bölünərək hər birinin payı ayrı-ayrılıqda ayrılsın. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********21 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1, İddiaçı3,İddiaçı4,İddiaçı2 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 4.1244 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada real bölgü əsasında birgə mülkiyyətçilər arasında bərabər bölünərək hər birinin payı ayrı-ayrılıqda ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-46/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-46/2024
26.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver