Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-464/2020 29.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2300 manat əsas, 452 manat vurulmuş zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2782 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Sumağallı kəndində yaşayır. Cavabdehlə həmkəndlidir və əvvəllər aralarında dostluq münasibətləri olmuşdur. 2019-cu ilin dekabrında cavabdeh ona yaxınlaşaraq “xxxxxxxxxxx” ASC-dən öz adına götürdüyü kredit kartından borca pul çıxarıb verməsini xahiş etmişdir. Cavabdeh kartdan çıxarılacaq pula görə hesablanacaq faizləri özü ödəyəcəyini bildirmişdir. Aralarında olan dostluq münasibətlərinə görə cavabdehə inanaraq “xxxxxxxxxxx” ASC-dən öz adına götürdüyü kredit kartını cavabdehə vermişdir. 2019-cu ilin dekabrın 19-dan 2020-ci ilin yanvarın 20-dək olan bir aylıq müddət ərzində cavabdeh ona məxsus kredit kartından ümumilikdə 2300 manat pul götürmüş və həmin pulu ödəməmişdir. Cavabdeh 2300 manat pulu ödəmədiyindən ona 452 manat zərər dəymişdir. Cavabdeh 2752 manat pulu ödəmədiyindən məcbur qalaraq həmin pulu özü ödəmişdir. O, cavabdehdən 2752 manat pulu tələb etsə də sonuncu həmin pulu ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh 2752 manat pulu ona qaytarmadığından məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 2752 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2782 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı sinif yoldaşıdır. Maddi ehtiyacı olduğundan kredit götürmək qərarına gəlmişdir. Bunun üçün banka müraciət etsə də adına rəsmi əmək haqqı olmadığından ona kredit verilməmişdir. 2019-cu ildə iddiaçıya yaxınlaşaraq “xxxxxxxxxxx” ASC-dən öz adına götürdüyü kredit kartından ona borca pul çıxarıb verməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” ASC-dən öz adına götürdüyü kredit kartını ona vermişdir. 2019-cu ilin dekabrın 19-dan 2020-ci ilin yanvarın 20-dək olan bir aylıq müddət ərzində iddiaçıya məxsus kredit kartından hissə-hissə olmaqla ümumilikdə 2300 manat pul götürmüşdür. İddiaçıya məxsus kredit kartından götürdüyü pulu ödəmədiyindən həmin pula 452 manat faiz hesablanmışdır. İddiaçı 2752 manat pulu ondan tələb etsə də maddi imkanı olmadığından həmin pulu iddaçıya qaytara bilməmişdir. 2752 manat pulu qaytarmadığından həmin pulu iddiaçı özü banka ödəmişdir. Onun iddiaçıya 2752 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2782 manat borcu vardır və həmin borcu yaxın vaxtlarda iddiaçıya qaytaracaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh həmkəndlidirlər və aralarında dostluq münasibətləri olmuşdur. 2019-cu ildə cavabdeh iddiaçıya yaxınlaşaraq “xxxxxxxxxxx” ASC-dən öz adına götürdüyü kredit kartından borca pul çıxarıb verməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya kartdan çıxarılacaq pula görə hesablanacaq faizləri özü ödəyəcəyini bildirmişdir. Aralarında olan dostluq münasibətlərinə görə iddiaçı cavabdehə inanaraq “xxxxxxxxxxx” ASC-dən öz adına götürdüyü kredit kartını cavabdehə vermişdir. 2019-cu ilin dekabrın 19-dan 2020-ci ilin yanvarın 20-dək olan bir aylıq müddət ərzində cavabdeh iddiaçıya məxsus kredit kartından hissə-hissə olmaqla, ümumilikdə 2300 manat məbləğində kreditə pul götürmüş və həmin pulu ödəməmişdir. Cavabdeh 2300 manat pulu ödəmədiyindən həmin pula 452 manat faiz hesablanmışdır. Cavabdeh 2752 manat pulu banka ödəmədiyindən həmin pulu banka iddiaçı özü ödəmişdir. İddiaçı cavabdehdən 2752 manat pulu tələb etsə də sonuncu həmin pulu iddiaçıya qaytarmamışdır. Cavabdehin 2752 manat pulu iddiaçıya qaytarmaması nəticəsində sonuncuya 2752 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin təqsiri üzündən iddiaçıya 2752 manat məbləğdə maddi zərər dəyməsi faktı araşdırma zamanı və cavabdeh tərəfindən təsdiq edildiyindən cavabdehdən 2752 manat məbləği alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2300 manat əsas borc, 452 manat vurulmuş zərər məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2782 (iki min yeddi yüz səksən iki) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-464/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-464/2020
29.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver