Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-486/2020 20.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı x5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki işə 20 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı x5 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 24 iyun 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 27 iyun 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 06 sentyabr 2014-cü il tarixdə idarə etdiyi ”Opel Zafira” markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq Rauf Hüseynova məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. ”Opel Zafira” markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş CYP 502696 saylı DYPİ x3 Protokolunda cavabdehin təqsirli olması öz əksini tapmışdır. 17 sentyabr 2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1250 manat ziyan dəymişdir. RK-PAT ********** saylı sığorta müqaviləsinə və 010339 saylı sığorta aktına əsasən iddiaçı 1250 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi İddiaçı Sığorta Şirkətində sığortalı olan zərərçəkən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkənə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə ödənilmiş sığorta ödənişini tələb hüququ sığortaçıya keçmişdir. Ona görə də x4 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində cavabdehdən 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir. 05 iyun 2013-cü il tarixli AC seriyalı 000763 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, ** FF *** dövlət qeydiyyat nişanlı, KNADE**********62 ban nömrəli, “Kia Rio” minik markalı avtomobil Rauf Hüseynova məxsusdur. 26 may 2014-cü il tarixli AC seriyalı 235630 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, ** HG *** dövlət qeydiyyat nişanlı, WOLOTGF75Y2018482 ban nömrəli, “Opel Zafira” minik markalı avtomobil Azad Səfərəliyevə məxsusdur. 08 sentyabr 2014-cü il tarixli CYP 502696 nömrəli x3 protokolun və həmin protokola əlavə edilmiş digər sənədlərin surətlərindən müəyyən edilir ki, cavabdeh 07 sentyabr 2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 17 sentyabr 2014-cü il tarixli aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1250 manat həcmində olması müəyyən edilmişdir. 18 sentyabr 2014-cü il tarixli, 010339 nömrəli sığorta aktından müəyyən edilir ki, “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil Rauf Hüseynov tərəfindən 06 avqust 2014-cü il tarixdən 1 il müddətinə sığortalanmış və 06 sentyabr 2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 1250 manat məbləğində maddi ziyan dəymişdir. 19 sentyabr 2014-cü il tarixli 2283 nömrəli kassa məxaric orderinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Rauf Hüseynova 1250 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 02 iyun 2020-ci il tarixli pretenziya məktubunun surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 1250 manat sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, sığorta ödənişi 10 iş günü ərzində ödənilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 03 iyun 2020-ci il tarixli ********* nömrəli rüsum qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 06 sentyabr 2014-cü il tarixdə idarə etdiyi ”Opel Zafira” markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq Rauf Hüseynova məxsus iddiaçı tərəfindən sığortalanmış “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş 08 sentyabr 2014-cü il tarixli CYP 502696 nömrəli x3 Protokolda cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. 17 sentyabr 2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1250 manat ziyan dəymiş və həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən həyata keçirmişdir. İddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə ödənilmiş sığorta ödənişini tələb hüququ sığortaçıya keçmişdir. İddiaçının ödədiyi sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. x4 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində cavabdehdən 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair 08 sentyabr 2014-cü il tarixli x3 protokol ilə yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 1250 manat sığorta məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh x1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1250 manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğ alınaraq İddiaçı x5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-486/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-486/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver