Məhkəmə qərarları › İş №2(037)-497/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-497/2020

26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-497/2020 26.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Fəxrəddı̇n oğlunun Cavabdeh Ramı̇z qızına qarşı birgə yaşayış dövründə fərdi yaşayış evinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Fəxrəddı̇n oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ramı̇z qızından mülkiyyətində olan fərdi yaşayış evinə tərəfindən çəkilmiş xərcin əvəzi kimi 6500 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclasları 05 və xx xxxxxx 2020-ci il tarixlərə təyin edilmişdir. İddiaçı qeyd olunan vaxtlarda məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblərini bildirməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdəməhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qərara gəlir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlmədiyinə və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyinə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Fəxrəddı̇n oğlunun Cavabdeh Ramı̇z qızına qarşı birgə yaşayış dövründə fərdi yaşayış evinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar