Məhkəmə qərarları › İş №2(037)-498/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-498/2020

07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-498/2020 07.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şı̇ralıyev Elçı̇n Əhməd oğlunun Cavabdeh qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şı̇ralıyev Elçı̇n Əhməd oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Xədicə Şiraliyeva adlı şəxslə xx xxxxxx 2013-cü ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2014-cü il təvəllüdlü Zeynəb adlı və xx xxxx 2017-ci il təvəllüdlü Aydan adlı övladları doğulmuşdur. xx xxx 2020-ci il tarixdə o, gecə saat 03:00 radələrində cavabdehlə arvadının telefon vasitəsilə danışıdığını görmüşdür. Həmin tarixdən arvadı onu və uşaqlarını tərk edərək evdən çıxıb getmişdir. Hazırda övladları onun himayəsindədir. Arvadının telefonu onda qalmış və cavabdehlə olan yazışmaları oxumuşdur. Həmin yazışmalarda onun arvadı anasını öldürmək niyyətində olduğunu göstərmişdir. Cavabdeh isə həmin yazışmalarda onun anasını təhqir etmişdir. Cavabdeh onun arvadını aldadaraq yoldan çıxartmış və əxlaqsız davranışlara sövq edərək ailələrinin dağılmasına səbəb olmuşdur. Cavabdehdən vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, onunla iddiaçının arvadı Xəyalə Şiraliyevanın tanışlığı əvvəldən olmuşdur. Xəyalə onun əlaqə nömrəsini taparaq zəng vurmuş və ərindən boşandığını bildirmişdir. Sonradan onun Xəyalə ilə telefon danışıqları və yazışmaları olmuşdur. O, Xəyalənin iddiaçıdan boşanmadığını bilməmişdir. O, iddiaçının anasına qarşı işlətdiyi ifadələrə görə ondan üzr istəmişdir. Sonradan iddiaçının anası da onu təhqir etmişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid X1 ifadə verərək göstərdi ki, iddiaçı onun oğludur. Xəyalə Şiraliyevanın telefonunda yazışmalar olmuş və həmin yazışmalarda cavabdeh onun gəlnini əxlaqsız hərərkətlərə sövq edərək ailəsinin dağılmasına səbəb olmuşdur. Həmin yazışmalarda cavabdeh ona qarşı da nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin onun həyat yoldaşını əxlaqsız davranışlara sövq etdiyini, anasını təhqir etdiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlə iddiaçının arvadı Xəyalə Şiraliyevanın onların qarşılıqlı razılıqları əsasında telefon danışıqları və yazışmaları olmuşdur. Belə olan halda bu fakt iddiaçının şərəf və ləyaqətinin təhqir edilməsi kimi qiymətləndirə bilməz. Bundan əlavə iddiaçı anasının cavabdeh tərəfindən təhqir edildiyini bildirir. İddiaçının anası hüquqlarını müdafiə etmək üçün özü məhkəməyə müraciət edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Şı̇ralıyev Elçı̇n Əhməd oğlunun Cavabdeh qarşı vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar