Məhkəmə qərarları › İş №2(037)-5/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-5/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-5/2024 24.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı/cavabdehlər İddiaçı1 nümayəndəsi və vəkili, İddiaçı2 və onun nümayəndəsi/Vəkil1, Cavabdeh/iddiaçı Cavabdeh1 nümayəndəsi/Vəkil2 iştirakı ilə İddiaçı/cavabdehlər İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və cavabdeh/iddiaçı Cavabdeh1 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və xx.xx.2010-cu il tarixli “A” seryalı 220432 nömrəli Plan və ölçü sənədinin X3 aid olması faktının müəyyən edilməsi tələbinə dair ilkin iddiasına,cavabdeh/iddiaçı Cavabdeh1 iddiaçı/cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mülkün və torpaq sahəsinin Əlimərdan Baxışova aid olması faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı/cavabdehlər İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İsmayıllı rayon,Lahıc qəsəbə sakini olmuş,X7 həlak olmuş X1 miras qalmış 0,02098 ha həyətyanı torpaq sahəsində yerləşən, 1937-ci il tarixdə tikilmiş, iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın oğlu X6 tərəfindən qəbul edilməsi faktının,Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə Əlimərdənov Xalidin adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin Plan və ölçüsünün X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh/iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Lahıc qəsəbəsi ünvan 1 ünvanda yerləşən mülkün və həyətyanı torpaq sahəsinin Baxış Əlimərdan oğluna aid olması faktının müəyyən edilməsi və onun payına düşən hissəsinə onun vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı/cavabdehlər İddiaçı1 nümayəndəsi və vəkili, İddiaçı2 nümayəndəsi/Vəkil1 xx.xx.2010-cu il tarixli “A” seryalı 220432 nömrəli Plan və ölçü sənədinin məxsusluğu barədə mübahisə olduğundan, həmin sənədin kimə məxsus olduğu və ya sənəddə qeyd edilən şəxsin soyadında olan yalnışlığın aradan qaldırılması üçün müvafiq orqana müraciət edəcəklərini bildirərək, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh/iddiaçı Cavabdeh1 nümayəndəsi/Vəkil2 xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadənamənin” ləğv edilməsi barədə tələb irəli sürülmüş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı tələb üzrə qüvvədə olan vərəsəlik şəhadətnaməsi olduğundan həmin şəhadətnamənin ləğvi ilə bağlı yenidən məhkəməyə müraciət olunacağnı bildirərək, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər.Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən,ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır.Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı,onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İsmayıllı Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli qətnaməsi ilə İsmayıllı rayonu Lahıc qəsəbə sakini olmuş, X7 həlak olmuş X1 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu X6 tərəfindən qəbul edilməsi faktı və Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə Əlimərdənov Xalidin adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin Plan və ölçüsünün X5 məxsus olması faktı müəyyən edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2014-cü il tarixli qərardadı ilə İsmayıllı rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, sözügedən mülki iş baxılmamış saxlanılmış,Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmışdır. Lakin sözügedən mülki mübahisəyə yuxarı instansiya məhkəmələrində baxılan zaman birinci instansiya məhkəməsinin qətnaməsi icra olunaraq, X2 adına İsmayıllı rayonu,Lahıc qəsəbəsində 0,02098 ha mülkiyyət hüququ ilə ona məxsus həyətyanı torpaq sahəsində Seriya MA ******* nömrəli çıxarış verilmiş, 23 iyul 2020-ci il tarixdə İsmayıllı rayon Notariat ofisinə iddiaçı/cavabdehlərin adına “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə verilmiş və sözügedən fərdi yaşayış evinə onların adına çıxarış tərtib olunmuş, həmin çıxarış Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Eyni zamanda istər ilkin istərsə də qarşılıqlı iddia ərizələri üzrə tələblər Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə Əlimərdənov Xalidin adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin Plan və ölçüsünün məxsusluğu mübahisələndirilsə də sözügedən sənəddə yalnışlığın olub-olmaması, eyni zamanda həmin yanlışlığın düzəldilməsi ilə bağlı sənədi vermiş orqana müraciət etməli olmasına rəğmən, bunu etmədən birbaşa məhkəməyə müraciət etmiş, məhkəmə iclasında tərəflərə sözügedən sənədin əlavə edilməsi ilə bağlı vaxt verilsə də tərəflər sözügedən nöqsanı aradan qaldırmamışdır. Belə ki, mirasın kütləsinə daxil olan əmlaka (fərdi yaşayış evinə və torpağa) dair hüquqmüəyyənedici sənəddə və eyni zamanda tərəflərin sözügedən miras əmlakın faktiki qəbulu ilə bağlı tərəflər arasında mübahisə olduğundan, eyni zamanda vərəsəlik hüququ haqqında şəhadətnamə hazırda qüvvədə olduğundan və ləğvi barədə cavabdeh/iddiaçı tərəfindən irəli sürülmüş tələb baxılmamış saxlanıldığından göstərilən nöqsanların aradan qaldırılması üçün tərəflərə növbəti məhkəmə baxışınadək vaxt verilmiş, lakin onlar həmin müddət ərzində sözügedən nöqsanları aradan qaldırmamışlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397-cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş, tələbdə əks edilmiş cavabdehlərin məsuliyyət həddi (hər bir cavabdehə qarşı yönələn tələb) əks edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, işin icraat növü üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi üzrə iddiaçı/cavabdeh İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat və qarşılıqlı iddia tələbi üzrə cavabdeh/iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumları tam şəkildə onlara qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı/cavabdehlər İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və cavabdeh/iddiaçı Cavabdeh1 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və xx.xx.2010-cu il tarixli “A” seryalı 220432 nömrəli Plan və ölçü sənədinin X3 aid olması faktının müəyyən edilməsi tələbinə dair ilkin iddiasına,cavabdeh/iddiaçı Cavabdeh1 iddiaçı/cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mülkün və torpaq sahəsinin Əlimərdan Baxışova aid olması faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı/cavabdeh İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat və qarşılıqlı iddia tələbi üzrə cavabdeh/iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumları tam şəkildə onlara qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar