Məhkəmə qərarları › İş №2(037)-504/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-504/2020

26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-504/2020 26.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 4064 manat 38 qəpik borc və 31 manat dövlət rüsumu - cəmi 4094 manat 38 qəpik məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə iş yoldaşı olmuşdur.2014-cü ildə cavabdeh pula ehtiyacı olduğunu bildirmiş, lakin ona banklardan kredit verilmədiyindən öz adına kredit götürərək ona verməsini xahiş etmişdir. Kredit onun adına olsa da cavabdeh hər ay müəyyənləşdirilmiş cədvəl üzrə ödəniş edəcəyini öhdəsinə götürmüşdür. O da cavabdehlə razılaşmış, “xxxxxxxxxxxx” ASC ilə xx xxxxxx 2014-cü il tarixdə müqavilə bağlayaraq 36 ay müddətinə illik 25 faizlə 2800 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh krediti ödəmədiyindən o, məcburiyyət qarşısında qalaraq hal-hazıra kimi 1100 manat pulu banka ödəmişdir. Cavabdehin ona əvvəldən də 300 manat borcu olmuşdur. O, kredit borcunu ödəyə bilmədiyindən “xxxxxxxxxxxx” ASC ona qarşı məhkəmədə iddia qaldırmış və məhkəmənin xx xxx 2016-cı il tarixli əmri ilə 2217,5 manat əsas, 426,88 manat faiz və 20 manat dövlət rüsumu – cəmi 2664,38 manat borcun ondan tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi qərara alınmışdır. Borcun ödənilməsi icra məmuru tərəfindən onun əmək haqqına yönəldilmişdir. Cavabdehin təqsiri üzündən o, götürdüyü krediti vaxtında ödəyə bilmədiyindən 2800 manat əvəzinə 3764,38 manat pul ödəməli olmuşdur. Cavabdehin ona kredit borcuna görə 3764,38 manat və əvvəldən borc kimi aldığı 300 manat borcu qalmışdır. O, cavabdehdən borcunu tələb etdikdə, sonuncu həmin pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmiş və bunun üçün 31 manat da dövlət rüsumu ödəmişdir. Cavabdehdən 4064,38 manat borc məbləğini və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun iş yoldaşı olmuşdur. 2015-ci ildə iddiaçıdan 600 manat borc pul almışdır. İddiaçı ona bildirmişdir ki, borcunu onun əvəzinə banka keçirər. O, iddiaçının əvəzinə xx xxxxxx 2015ci il tarixdə 114 manat və xx xxxxxx 2015-ci il tarixdə 111 manat “xxxxxxxxxxxx” ASC-nin hesabına ödəmişdir. Müxtəlif vaxtlarda borcunu iddiaçıya ödəmişdir. Əvvəllər də bir neçə dəfə iddiaçıdan borc pul almış, əvəzində maaş kartını ona vermişdir. İddiaçı 3 - 4 il ərzində hər ay kartından 100 manat pul götürmüş, sonradan kartı ona qaytarmışdır. Onun iddiaçıya borcu qalmamışdır.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon Məhkəməsinin 2(037)-1081 nömrəli xx xxx 2016-cı il tarixli məhkəmə əmrinin sürətindən görünür ki, İddiaçı 2217 manat 50 qəpik əsas, 426 manat 88 qəpik faiz və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 2664 (iki min altı yüz altmış dörd) manat 38 qəpik kredit borcunun tutularaq “xxxxxxxxxxxx” X1 hesabına qərara alınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli 174455/16-45-1 məktubunun surətindən görünür ki, iddiaçının əmək haqqından hər ay 50% tutularaq 2237,5 manat borc məbləğinin “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi və əlavə olaraq 186,51 manat vəsaitin tutularaq icra və probasiya şöbəsinin depozit hesabına icra ödənişi təyinatı ilə köçürülməsi üçün İsmayıllı Kommunal Müəssisələri Kombinantına müraciət olunmuşdur. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin tələblər məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh 4095,38 manat pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar